Varikoselektomiya Əməliyyatı

Varikosele Nədir?

Varikosele testis ətrafındakı toplardamarların genişlənməsi halına verilən addır. Ayaqlarda görülən varisdə və eyni zamanda hemoroiddə də eyni şəkildə toplardamarlarda anormal genişlənmə vəziyyətidir. Ayaqlardakı varis daim ayaq üstə durmaq məcburiyyətində olan şəxslərdə tez-tez görülərkən, babasil xüsusilə qəbizlik problemi olanlarda görülür. Varikoselenin isə insanda ortaya çıxmasına şərait yaradan bir səbəb yoxdur. İnsanın damar quruluşu səbəbiylə ortaya çıxır.

Varikosele necə bir xəstəlikdir?

Varikosel xəstəliyi, sonsuzluğunun müalicə edilə bilən ən mühüm səbəbidir. Varikosele ölümcül bir xəstəlik deyil, sadəcə kişi sonsuzluğunu yaradan testis ətrafı toplardamarların genişlənməsi ilə özünü birüzə verən bir xəstəlikdir. Varikosele müxtəlif mexanizmlərlə sperma sayı və hərəkətini azaldıb uşaq olmasını əngəlləyir və bu şəkildə kişi sonsuzluğuna səbəb olur.

Hər varikoseli olan xəstə əməliyyat olunmalıdır?varikosel4

Varikosele diaqnozu qoyulan xəstələrə mütləq 2 ədəd sperma analizi aparılması lazımdır. Sperma sayıhərəkəti aşağı və ya limit dəyərlərdədirsə əməliyyat aparılmalıdır. Əgər xəstə sperma vermə bilməyəcək yaşdadırsa varikosele əməliyyatı yenə də aparılmalıdır. Sperma sayı normal olan xəstələrdə 6 ay aralıqla sperma sayı aparılmalıdır,sperma sayı və hərəkəti normal dəyərlərin altına düşərsə əməliyyat aparılmalıdır. Hər varikoseli olan şəxs əməliyyat olmaq məcburiyyətində deyil, sperma sayı normal dəyərlərin altında isə əməliyyat aparılmalıdır.

Varikosele əməliyyat edilmədikdə mütləq sonsuzluğa səbəb olur?

Varikosele xəstəliyi diaqnozu qoyulan xəstələr əməliyyat olunmadığı zaman mütləq sonsuzluq ortaya çıxmaz. Xəstədə varikosele müəyyən edildikdən sonra əvvəlcə sperma analizi aparılmalıdır. Sperma analizindən sonra dəyərlər aşağıdırsa və əməliyyat edilməzsə dəyərlər daha da aşağı düşərək hamiləlik olmasını təmin edəcək dəyərlərdən az olaraq sonsuzluq yarada bilər. Sperma sayı və hərəkəti normal olan xəstələrin əməliyyat olmasına ehtiyac yoxdur, əməliyyat olmaması mütləq sonsuzluğa yol açmaz amma zamanla sperma sayı azala bilər. Bu səbəblə 6 ay aralıqla sperma analizi aparılaraq sperma sayı və hərəkətində azalma olub olmadığı yaxından müşahidə edilməlidir.

Varikosele əməliyyatı hansı hallarda aparılmalıdır?

Varikosel əməliyyatı aparılması üçün 2 səbəb vardır, bunlardan birincisi və ən önəmlisi sperma sayı və hərəkətinin azlığına bağlı uşaq olmaması vəziyyətidir. İkinci səbəb isə varikosele bağlı testislərdə olan ağrıdır. Əgər xəstədə gündəlik həyatına təsir edəcək qədər ağrı varsa və bu ağrı dərmanlarla keçmirsə əməliyyat tətbiq edilə bilər.

Varikosele öz-özünə düzələ bilərmi?

Varikosele cərrahi olaraq müalicə edilmədiyi müddətdə öz-özünə düzəlmir. Varikosele testis ətrafındakı toplardamarlarda genişlənmənin olması vəziyyətidir, damarlardakı genişlənmə getdikcə artıb varikosele ağırlaşarkən, müalicə edilmədikdə öz-özünə düzəlmə ehtimalı yoxdur. Varikosele xəstəliyi olan, eyni zamanda uşağı olan və yeni uşaq istəyi olmayan xəstələrdə varikosele xəstəliyinin müalicə edilməsinin bir önəmi yoxdur.

Mikrocərrahiyyə varikosele əməliyyatı nə qədər vaxt alır?

Varikosele əməliyyatının ən səmərəli müalicə üsulu mikrocərrahiyyə varikosele ameliyatıdır (varikoselektomiya).

Mikrocərrahiyyə varikosel-neden-ve-nasil-ortaya-cikarvarikosele əməliyyatından sonra cinsi əlaqə nə vaxt olar?

Varikosele əməliyyatından 15 gün keçdikdən sonra cinsi əlaqəyə girmək olar. Əməliyyat zamanı qasıq bölgəsində ingunal kanal açıldığı üçün, toxumalar sağalmadan ediləcək çətin hərəkətlər qrıja yaranmasına səbəb ola bilər. Cinsi əlaqə zamanı da çətin hərəkətlər ola biləcəyi üçün ən az 15 gün cinsi əlaqədən uzaq durmaq lazımdır.

Varikosele əməliyyatından sonra nə qədər müddət klinikada yatmaq lazımdır?

Mikrocərrahiyyə varikosele əməliyyatından sonra xəstələr klinikada 1 gün qalırlar. Əməliyyat ümumi anesteziya və ya beldən aşağısını keyləşdirmə (spinal və epidural anesteziya) ilə aparılır. Əməliyyatdan sonra olan ağrının kontrolu və ilk 24 saatda xəstəni müşahidə edərək qanaxma kimi hər hansı bir komplikasiyanın erkən təyin edilməsi baxımından da klinikada 1 gün qalması faydalıdır.

Varikosele əməliyyatından sonra nə vaxt idman etmək olar?

Varikosele əməliyyatı qasıq bölgəsində əzələlərdən ibarət olan inguinal kanalın açılması ilə həyata keçirilir. Əməliyyatdan sonrakı erkən dövrdə idman etmək xəstədə ağrı edə biləcəyi kimi,əməliyyat bölgəsində tikişlərlə bağlanmış əzələlərdə yırtıq inkişaf edərək qrıja əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən əməliyyatdan sonra 1 ay ərzində çətin hərəkətli idman edilməməsi faydalıdır. Əməliyyatdan sonra 1 ay keçdikdə də başlanğıcda ehtiyatlı hərəkətlər edərək idmana başlamaq olar.

Varikosele əməliyyatından sonra nə vaxt duş qəbul etmək olar?

Varikosele əməliyyatından sonra yara bölgəsinin islanmasına qarşı tegaderm tipli bir material ilə örtülməsi ilə erkən dövrdə duş qəbul etməsinə imkan verə bilər.5-6 gün sonra yara açıq şəkildə duş qəbul etmək olar.

Sperma analizində heç sperma olmayan varikosele xəstələri əməliyyat olunmalıdır?

Bununla əlaqəli bir çox araşdırma aparılmışdır. Əgər xəstədə yüksək dərəcəli varikosele var isə bu hallarda əməliyyat tətbiq edilmə ehtimalı olduqca yüksəkdir. Azoospermik xəstələrdə yüksək dərəcəli (grade 2 və 3 səviyyəsində) varikosele varlığında cərrahi əməliyyat aparıla bilər. Bu xəstələrdə əməliyyatdan sonra bir çox halda sperma analizində sperma görüldüyü və hətta normal yolla hamiləlik əldə olunan hallar olduğu müəyyən edilmişdir.

 Sonsuzluq

Kişilərdə sonsuzluğun yaranmasının başlıca səbəblərindən biri varikoseldir.Kişilərdəki sonsuzluq uşaq sahibi ola bilməyən ailələrin %50 –dən ibarətdir.Hərbi xidmətə gedənlərin %20 də varikosel görülür.

Varikosele,xayalardaVarikoselkı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur. Varikosele daha çox sol tərəfdəki xayada görülür. Sol tərəfdəki damarın sağdakından 10 cm daha uzun olması, solda daha sıx görülməsinin səbəblərindən biri ola bilər.Nadirən sadəcə sağ tərəfdə vəya hər iki tərəfdə də görülə bilər (%10-15).Xayaların üst hissəsində-yanda, skrotumun (torbanın) içində qıvrımlar şəklində şişlik hiss edilə bilər.Varikosele xayada istilik artışı başda olmaq üzrə bir çox problem yarada bilər.Tədqiqatlar bunu göstərir ki sonsuzluq (infertility) şikâyəti ilə müraciət edən kişilərin %35-40-da varikosele təyin edilmişdir.

Varikosele Xəstəliyinin Əlamətləri

 – Xayalarda ağrı

Xayalarda balacalaşma

Xayalarda dolğunluq hissi

Sonsuzluq (İnfertility)

Gözlə görülə bilən genişlənmiş damarlar

Ələ gələn genişlənmiş damarlar

SON MƏQALƏLƏR
623 şərh
  • Friz

    Salam hekim menim 24 yasim var 4 ildi evliyem ama usagim olmur androloqa getdim usm olindum dedi 1,8 ereceli varokosel var spermaqramma analizi verdim
    Akdiv duzune hereketli – 25
    Zeif duzune hereketli -28
    zeif ve dairevi hereketli 13
    hereketsizler 34
    agrilarim yoxdur allaha sukur analizi 2 ay evvel vermisem men emeliyyat olmaiyam yoxsa derman preparatlari qebu edim faizi qaldirmag olar. cavab verseniz minnetdar olaram tessekur edirem

  • kanan

    Salam hekim.Bu neticeynen usaq dunyaya gelmesi mumkundu? xahis edirem cavablayasiz
    eyakulyatin hecmi-1,0; durulasma muddeti-20 deqiqe;ph-7.6; 1ml-de spermatozoidlerin sayi-68;a)hereketli-22;b)zeif hereketli-5;c)hereketsiz-73; spermatogenez huceyreler-2%

  • Emin Beyishov

    salam mende sol terefde 2ci dereceli resediv sag terefde birinci dereceli varkasel var sol terefde siddetli sag teref minimal refleks var sperma faizide 52 % uwag olmur emelliyat olunmaliyam ya mualice

    • Fuad Nəzərov

      Salam.Böyük ehtimalla Siz müalicə və əməliyyat olunmalısınız. Dəqiqləşdirmək üçün yoxlanmaq vacibdir. Sağ olun

  • Vafa

    Salam Fuad həkim!
    Anamın ayaqlarında dizdən aşağı şiş var, həmçinin dizində və belində ağrılar olur, təzyiqi çox vaxt olmur ,xahiş edirem mene cavab yazardınız teşekkür edirem.

    • Fuad Nəzərov

      Salam. Düşünürəm ki, kardioloqa müraciət etsəniz ipucu əldə etmiş olarsınız. Sağ olun

  • Elnur83

    Salam hekim 8 ildi evliyem 2 oglum var lakin son 5 ilde usaq olmur.tesadufen burd yazilanlari gordum ve mende butun bunlar var xayam sallanir esasda sol terefin damarlari aciq aydin yogun gorunur.emeliyat edilsem 3 cu usaq olarmi.birde varikos xesteliyi ola ola cinsi elaqede olmaq olar? Ya yox?

  • nihad

    Salam doctor narahat etdim sizi. Men 1 il olar emeliyat olmusam vorkasilden 3 cu dereceli amma yene salanma var .cinsi elaqede oldugdan sora xayamda agri olur . xais edirem cavab yazin

    • Fuad Nəzərov

      Salam. Siz təkrar USM aparın və sonra nəticəsinə görə müayinə-müalicə planı gözdən keçirilməlidir. Sağ olun

  • ilham.kerimov

    Salam. Hekim xayada damar yiginaqlari var idi 20 gun bundan evvel varikaselden emeliyyat olmusam yenede heminki damar yiginaqlari yerindedi bu duzelelecek? Xayiw edirem cavab yazin

    • Fuad Nəzərov

      Salam. Mən bilmirəm Sizdə hansı üsulla əməliyyat aparılıb, əməliyyat edən həkimlə əlaqə saxlasanız daha düzgün olar. Sağ olun

  • Fuad Nəzərov

    Salam. Varikosele əməliyyatı Marmara üsulu ilə aparıldıqda qısa müddətdə effekt əldə edilir. Sağ olun

  • rahil

    salam həkim. mən 1 aydirki 3dərəcəli varikoseldən əməliyyat olmuşam. amma hələdə sol tərəfdə damarlar var. bilmək istəyirəm ki əməliyyatdan sonra damarlarin olmasi normal haldir?

  • Gul

    Salam hekim.. 2 terefli varikosel diaqnozu qoydu dopler hekimi..Yanilmis olarmi? Saq terefde gorduyu varikosel deyilse neyise yiqinti ola bilermi?

  • imran

    salam hekim men iyun ayinin 18-i emeliyyat olunmusham vakoselden sol terefli. spermanin deyerleri duzelmish olarmi ve mualice olunmadan ovlad sahibi ola bileremmi. bir deki emeliyyat olunsamda hele de xayalarin temperaturunda azalmasini hiss ede bilmirem

  • Gul

    Salam hekim..Yoldasimda doplerde xayalarin 2 terefli varikoseli diaqnozu qoyulub..Bilmek isteyirem 2 terefli varikosel olurmu? Bezi hekimler deyir saqda varikosel olmur..Fikriniz menimcun cox onemlidi

    • Fuad Nəzərov

      Salam.Sağ tərəfli varikosele xəstəliyi nadir olur. Anatomik quruluşuğa görə ən çox sol tərəfli olur.Sağ olun

  • Vusal

    Salam Hekim. Varikosel emeliyatindan 1 ay sonra mualicesiz usaq ola biler? Yeniki problemim Varikasel olub bawqa hecneyim yoxidi. Onceden Tesekkurler.

  • leman

    Salam doctr. Biz 3 aydi evliyik. Yoldasimin sprema anlizi neticeleridi
    Eyakulyat hecmi 3ml
    Rengi bozumtul ag
    Spesifik iyi
    Qatiligi qati
    Dur.muddeti 40deq
    PH 7.7
    1ML de sperm sayi 1 mln
    Butun eyakulyatda sperm sayi 3mln
    A+B 15%
    A celd irel her 5%
    B Ireli proqressiv 10%
    C zeif ireli herk 20%
    D hereketsiz 65%
    Morfoloji normal sperm sayi70%
    Patoloji formalar 30%
    Lesitin deneleri az miqdarda
    Epitel huceyreler 5-6
    Leykositler 20-30
    Eritrositler 0-1
    Makrofaq 2-3

    Xahish edirem diyesiz bu analizden ne neticeye gelmek olar??

  • fuad

    salam hekim. menim 18 yasim var. 3 ay bundan evvel sol terefden emeliyyat olmuwam. ama agrilarin 70 faizi yoxdu.sanki ayagimin arasi birde xayanin yan hissesi agriyr.hekime gedirem baxir deyir hecne yoxdu.bawqa hekime de getdim dedi her sey yaxisdi. ne ede bilerem men ??

  • Resul

    salam hekim mende 2-3 dereceli varikosel askar olundu musyinede agri yoxdu spermaqrammada faiz yaxsidi ama spermaqlutinasiya cixib lesitin az miqdarda ve eritrositler 0-1 cixib . Bununla uwaq olur? 1 ildi evliyem

    • Fuad Nəzərov

      Salam. Göstərdiyiniz spermaqramma təsvirinə əsaslanaraq reproduktiv funksiya saxlanıla bilər. Sağ olun

  • Anonim

    Salam. Həkim oğlumun 12 yaşı var.Hakim müayinasindən sonra bilmişik ki, varikoseil var. Gözlə də görünur. Deyildi ki, əməliyyat olunmalıdır.Xahiş ediram bildirəsiniz, bu yaşda əməliyyat düzgündürmu?

  • Mehriban

    Salam. Mənim yoldaşıma həkim müayinəsindən sonra əməliyyat məsləhət gördü. Sperma sayı azdır və hərəkət sürəti aşağıdır. Əməliyyatdan sonra sperma sayı və hərəkəti normaya yüksələcəkmi?

    • Fuad Nəzərov

      Salam. Sizə ehtimal edilir ki varikoselektomiya əməliyyatı təklif edilib. Bu əməliyyat spermanın sintezinin yaxşılaşdırmaq məqsədi güdür.Sağ olun

  • Fuad Sultanov

    salam. hekim mende 3 cu derece vorikoseldi herbide oyrenmişəm əməliyyata 2 il gecikdiyimi dediler. artıq 3 ildi daimi ağrı var.aöır yük qaldıranda daha çox ağrıyır. yəni bundan sonra əməliyyat olsam bir xeyri olar mı? yoxsa artıq gecdi? sonsuzluğa gətirib çıxararmı. xahiş. cavabı mənim emailimə yazın ya da +994708443957. cox xahiş edirəm cavab yazın

  • Fuad Sultanov

    salam. hekim mende 3 cu derece vorikoseldi herbide oyrenmişəm əməliyyata 2 il gecikdiyimi dediler. artıq 3 ildi daimi ağrı var.aöır yük qaldıranda daha çox ağrıyır. yəni bundan sonra əməliyyat olsam bir xeyri olar mı? yoxsa artıq gecdi? sonsuzluğa gətirib çıxararmı. xahiş. cavabı mənim emailimə yazın ya da +9948443957. cox xahiş edirəm cavab yazın

  • Ferid

    Salam hekim.bagiwliyin.mende 1ci dereceli varikosel var.usm duwmuwem ele cixib.men trinajora gede bileremmi yoxsa nece?qorxuram agir gerginlik falan dahada ziyan olar?mumkunse melumat vererdiZ.cox sagolun

    • Fuad Nəzərov

      Salam.Siz düzgün düşünürsünüz. Qarındaxili təzyiqi kəskin şəkildə artması varikosele xəstəliyinin inkişafını artırır. Sağ olun

  • ulvi

    yeni esgerlikde baw verdi bu xestelik mende

    • Fuad Nəzərov

      Salam. Siz USM və Spermoqramma təhlili aparmalısınız. Nəticələrə görə sizin xəstəliyiniz haqda tibbi qərar vermək olar. Sağ olun

  • ulvi

    hemde dsx hosbitalinda olmuwam hec spermani yoxlamadilar yoxluyub dediler 3 cu derecedi ve emeliyyat etdiler sora agrilar oldu ve uenede az az damarlar cixmaqa bawladi

    • Fuad Nəzərov

      Salam. Siz USM və Spermoqramma təhlili aparmalısınız. Nəticələrə görə sizin xəstəliyiniz haqda tibbi qərar vermək olar. Sağ olun

  • ulvi

    salam hekiim men 2014 cu ilde sol terefli 3 cu dereceli varokaselden emeliyyat olmuwam ama indi yenede sol terefde damarlar gorunur bu neden ola biler ve ziyani varmi

    • Fuad Nəzərov

      Salam. Siz USM və Spermoqramma təhlili aparmalısınız. Nəticələrə görə sizin xəstəliyiniz haqda tibbi qərar vermək olar. Sağ olun

  • Rewad

    Vorkoselle bagli problem olanda cerrahiyyeden ne vaxt sonra uwaga qalma olur?bezilerei 3 bezileri 6 ay deyir bu dogrumu?

  • Cavid

    Salam doktor vorkosel ve xayada kista emeliyyati birlikde hansi qiymete bawa geler ?mumkunse yazin da

  • Rewad

    Salam hekim mende 2ci dereceli vorkosel var amma sperm sayi hereketi normaldi amcaq ovladim olmur hekimlerde deyir vorkoselin zerer vermir ancaq wubheli qaliram .bu vorkoseldem olar sizce?

    • Fuad Nəzərov

      Salam. Varikosele xəstəliyi zamanı Spermoqramma göstəriciləri norma daxilində ola bilər. Sağ olun

  • Revan

    Salam fuad hekim Hekim menide bagisliyin men bu gun siyende siydik kanalimdan qan geldi o hecne olmazki sonralar xais hekim menim sualima cavab vererdiz

    • Fuad Nəzərov

      Salam. Sidiyə gedərkən qan olması sidik yollarında olan patoloji prosess olmasını göstərir.Ən çox daş və ya prostat vəzinin dəyişikliyi zamanı baş verir. Sağ olun

  • islam

    salam doctor mende 1 ci dərərceli varkasel USM-da göstərib sol xayada mənim övladım ola bilərmi ya yox

    • Fuad Nəzərov

      Salam. Sizdə varikosele xəstəliyinə başlanğıc mərhələdədir və reproduksiya funksiyasına təsiri praktiki yoxdur. Sağ olun

ŞƏRH YAZIN