Amenore – Aybaşı Gecikməsinin Səbəbləri

Müəllif
Bölmə Qadın Sağlamlığı

Aybaşınız gecikdiyində, bunun səbəblərini bilmək çox əhəmiyyətlidir.Normal şərtlərdə hər ay nizamlı olaraq adət qanaxmalarında bəzən nizamsızlıqlar görülə bilər.

Amenore olaraq adlandırılan bu gecikmələrin müxtəlif səbəbləri vardır. 21 gün ilə 35 gün arasında baş verməsi halında normal dövriyyə olaraq qəbul edilən bu qanaxmaların səbəbləri mütəxəssis şəxslərə müraciət edilərək araşdırılmalıdır.

Qinekoloq sahəsinə aid olan adət nizamsızlıqları üçün xalq arasında bəzi fikirlər də vardır.

Adət Gecikməsi Hansı Hallarda Görülə Bilər?1319564623-623

Hamiləlik

Bunlardan ən önəmlisi şərtlərin münasib olması halında ilk ağla gələcək hamiləlik ehtimalıdır. Əgər belə bir ehtimal yoxsa hormonsal pozğunluqlar və ya gələcək yaşlarda menopauza təsirilə adət gecikmələri görülə bilər.

Yaş və müxtəlif şərtlər nəzərə alınaraq bir qadının hamiləlik şübhələri HCG kimi müxtəlif testlərlə aradan qaldırdıqdan sonra digər ehtimallar üzərində dayanılmalıdır.

Stress

Həddindən artıq stress və ya qalxanabənzər vəzi kimi xəstəliklər halında görülə biləcək hormonsal pozğunluqlar, bu dövrə yaxın dərman istifadəsi, yumurtalıq xəstəlikləri də adət gecikmələrinin başlıca səbəblərindəndir.

Klimaksa  keçid dövrü

«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir.    Bu dövrdə adətiniz daha az  və ya daha çox gələ bilər.  Ya da daha çox və  ya  daha seyrək adət ola bilərsiniz. Əgər hamilə qalmaq istəmirsinizsə, hamiləlik əleyhinə üsullardan istifadə etmək  faydalı olar. Çünki bu dövrdə doğurganlığınız hələ də  davam etməkdədir.

Səhv hesablama

Adət dövrü qadından qadına fərqlilik göstərə bilər. Ortalama adət dövrünün 28 gün olduğu deyilsə də bu hər qadın üçün etibarlı deyil. Bəzən adətinizin gecikdiyini hesab etdiyiniz zamanlarda yalnız səhv hesab etdiyinizi bilə bilərsiniz.

Çox arıq və ya kök olmaq

 Çox  kök olmaq, hormonal olaraq  adət dövrünüzü dəyişdirə bilər və  ya   tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir az arıqladığı  zaman  nizamlı  adət dövrünə  geri dönür.

Bədəninizdəki yağ nisbəti kafi səviyyədə deyilsə, nizamlı adət olmaya bilərsiniz, ya da adət dövrünüz tamamilə dayana bilər. Ümumiyyətlə bir az kökəlmək adət nizamınızın əvvəlki kimi olmasını təmin edə bilər. Bu vəziyyət, həddindən artıq dərəcədə idman edən ya da professional idmançı olan qadınların yaşadığı adət gecikməsinin ən çox görülən səbəbidir.

Klimaks

karin-agrisi-makat-yirtigi Klimaks artıq aybaşı qanaxmalarının olmadığı bir dövrdür.

Xəstəlik

Keçirdiyiniz ani, qısa və  ya da uzun, davamlı bir xəstəlik, adətinizin gecikməsinə səbəb ola bilər. Bu vəziyyət ümumiyyətlə keçicidir. Xəstəliyiniz yaxşılaşdıqdan sonra adətləriniz əvvəlki vəziyyətinizə qayıdacaqdır.

Amenore Üçün Nə edilməlidir? 

Adət nizamsızlığı yaşayan bir qadın ilk növbədə hamiləlik testi etdirməlidir. Bu testin nəticəsində əldə edilən nəticə mənfi isə bu vəziyyətdə bir həkimə müraciət etməlidir. Digər ehtimallar isə xəstəliyi olan sahəyə aid mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində təyin edilir.

Beləliklə, ən optimal müalicə üsulunun müəyyən edilməsi qısa müddət içərisində aybaşı qanaxmalarının vaxtında olmasına yardımçı olacaqdır.

SON MƏQALƏLƏR
2 şərh
  • Fuad Nəzərov

    Salam. Bədənin hərarəti neyrohumoral nizamlanır. Temperatur dəyişikliyi ola bilər, baxır nə qədər. Sağ olun

  • Gulnar94

    Salam. Aybaşı yaxınlaşdıqda 1 həftə öncə vəya 10 gün öncə bədən tempraturu yüksələ bilər mi?

ŞƏRH YAZIN