Atrofiya Nədir?

Müəllif
Bölmə Atrofiya

Nədir?

 Normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir. Atrofiyalar, hüceyrə sayısının azalmasına (riyazi) və ya hüceyrə həcmlərinin kiçilməsinə bağlıdır; İkisi birlikdə ola bilər. Atrofiya səbəbilə həcmi kiçilən toxumanın yerini bağ toxuması ala bilər (fibrosis). Sümük iliyi atrofiyasında, bu toxumanın yerini yağ toxuması alır. Atrofiyalar iki qrupa bölünür: Fizioloji atrofiya, patoloji atrofiya.

Fizioloji Atrofiya: Həyatın müəyyən dövrlərində bəzi orqan və toxumaların atrofiyaya məruz qalmasıdır, buna “involusiya” da deyilir. Yaranması normaldır, olmadığı zaman patologiya kimi qəbul edilir.Məsələn; Doğuşdan sonra ana bətni, əmizdirməkdən sonra məmələr kiçilir və normal halına qayıdır. Yaşlandıqda bütün orqanlar və bədən kiçilir, buna senil atrofiya deyilir. Müəyyən sərhədlər daxilində təbiidir.nocanvas_spinal-muskuler-atrofi

Patoloji Atrofiya: Xəstələrin çoxunda damar sərtliyi və buna bağlı olaraq damarlarda daralma vardır. Daralan damarların qidalandırdığı toxumalara az qan gəlir və qeyri-kafi qidalanma ortaya çıxır. Patoloji atrofiyanın bütün bədəni əlaqələndirdiyi hallarda atrofiya hədsiz isə xəstə bir dəri bir sümük qalır, buna “kaşeksi” deyilir. Əsas patoloji atrofiyalar; Aclıq və yaşlılıq atrofiyası, hərəkətsizlik atrofiyası, endokrin atrofiyası, təzyiq atrofiyası, damar atrofiyası və şüa atrofiyasıdır.

-Aclıq Atrofiyası: Yetərsiz qidalanmağa bağlıdır. Əvvəl karbohidratlar və yağlar sonra zülallar əridilərək istehlak edilir. Orqanlar kiçilir. Başlıca səbəbləri; Yoxluq (qıtlıq, müharibə, əsir düşərgələri), bəzi yoluxucu xəstəliklər və xərçəng, psixoloji anoreksiya (anoreksia nervosa), mədə-bağırsaq xəstəlikləri (xora, uzun müddətli ishallar).

-Yaşlılıq Atrofiyası: Fizioloji atrofiya sərhədlərini aşan yaşlılıq atrofiyasıdır. Beyin kiçilməsi nəticəsində yaşlılıq (dementia senilis), sümüklərdəki atrofiya nəticəsində yaranan osteopoz və sınıqlar önəmli nümunələrdir.

-Hərəkətsizlik Atrofiyası: İşləməyən orqanlar kiçilirlər. Uşaq iflici olan ayağın normal şəklinə nisbətən kiçik qalması, gipsə qoyulan qolun nazikləşməsi kimi.

-Endokrin Atrofiyası: Hormonların ifrazatı hipofiz vəzinin nəzarətindədir. Hipofiz vəzi xəstəliklərində, hormon tarazlığı pozulmasına bağlı olaraq başqa vəzilərində və zamanla bütün bədəndə atrofiya görülür. Bundan başqa bir hormon kənardan verilsə, o hormonu ifraz edən vəzi kiçilir, hormon verilməsi kəsilsə, yenidən əvvəlki böyüklüyünə çata bilər.atrofi

-Təzyiq Atrofiyası: Bir toxumanın uzun müddət normaldan artıq təzyiq altında qalması ilə olur. Təzyiq səbəbindən damarlar sıxılır və qidalanma pozulur. Pis düzəldilmiş bir protez, altındakı çənə sümüyünə təzyiq edərək onu incəldir.

-Damar Atrofiyası: Damar sərtliyi nəticəsi görülən qidalanma pozğunluğu bəzi orqanlarda atrofiyaya yol açır. Yaşlılıqda görülən və zəifliyə yol açan beyin atrofiyası ən çox görülənidir.

-Şüa Atrofiyası: Müəyyən bir ölçünün üzərindəki şüaların təsiri ilə bəzi orqanlarda atrofiya görülür. Uzun illər günəş şüalarının təsiri altında qalmaq dəri atrofiyasına və qarışmasına səbəb olur. Yüksək rentgen şüaları testis və ovarium atrofiyasını əmələ gətirir, sonsuzluq ortaya çıxır.

SON MƏQALƏLƏR
9 şərh
  • Abdurahman

    Salam Aleykum hekim. 5 yaşlı uşaqda anadan gəlmə 4-5 mm perimembranoz vsd vardır. Son müayinədə aorta qapağının zəifləməsi aşkarlanıb. Təcili əməliyyata ehtiyac varmı? Əks halda əməliyyat olunmasa uşağın səhhətinə risk yarada bilərmi? Cavablandırmağınızı Sizdən xahiş edirem.

    • Fuad Nəzərov

      Salam. Aorta qapağının çatışmamazlığı aşkarlanıbsa o prosses uşaq üçün təhlükəlidir.Əməliyyata göstəriş olunan kimi görünür.Əməliyyata uyğun risklər mövcuddur. Sağ olun

  • Abdurahman

    Salam Aleykum. Xahis edirem ki, mümkünse psixonevroloq adresi verəsiniz.Tesekkür edirem.

  • Abdurahman

    Salam Aleykum hekim. Mene qeyri-spesfik xorali kolit diaqnozu qoyublar yoğun baqırsaqımda. 5 ildir ki mualice aliram ve 2 ildir ki pehriz edirem. Pehriz saxlamadıqda qarin aqrisi ve sonra qanaxma bas verir. Pehriz ne vaxta qeder ola biler ? Emeliyyat yolu ile bu xestelik aradan qalxarmı ?

    • Fuad Nəzərov

      Salam. Qeyri spesifik kolit xəstəliyi əgər müalicəyə və pəhrizə tabe olursa bu sizin üçün yaxşı haldır. Elə də davam edin və zaman keçdikcə vəziyyətiniz düzələ bilər. Sağ olun

  • Abdurahman

    Salam Aleykum hekim. Minimal beyin atrofiyasinin mualicesi varmi? 61 yaslı xestedir. Kömeklik edə bilərsinizmi?

    • Fuad Nəzərov

      Salam. Beyin atrofiyasının spesifik müalicə protokolu mövcüd deyil, ancaq onun müalicə üsulları vardır. Siz psixonevroloqa müraciət edin. Sağ olun

  • Feride

    Doktor Salam.Davamli idmanla mesgul olmaqla atrofiyanin qarsisini tamamile almaq mumkundur?

    • Fuad Nəzərov

      Salam. Atrofiyanın səbəbi əgər fiziki durğunluqdursa onda idmanın müsbət təsiri olacaq. Sağ olun

ŞƏRH YAZIN