Autizmin Yaranması və Səbəbləri

Müəllif
Bölmə Autizm Xəstəliyi

Nədir?

Autizm,üç yaşından əvvəl ortaya çıxan və həyat boyu davam edən, sosial qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, təkrar olunan davranış və məhdud maraq dairəsi ilə özünü göstərən, mürəkkəb inkişafla bağlı bir pozğunluqdur.

Günümüzdə hər 110 uşaqdan birinə təsir etdiyi məlum olan və bir çox ailənin həyatının alt-üst olmasına yol açan bu pozğunluğun XX əsrin ortalarına qədər bir adı da yox idi. 1943-cü ildə Həkim Leo Kanner 11 uşaq üzərində apardığı tədqiqatlar sonunda ədəbiyyata Erkən Uşaqlıq Autizmi terminini qazandırdı. Həmin illərdə Hans Asperger, bu gün Asperger Sindromu kimi bilinən, eyni pozğunluğun daha yüngül bir formasını xarakterizə etdi. Kanner üzərində çalışdığı 11 uşaqda, sosial ünsiyyət qura bilməmək, dili kommunikasiya üçün istifadə edə bilməmək, ekolali, təkrar olunan davranışlar, dəyişiklikləri qəbul edə bilməmək kimi bəzi xüsusiyyətlər təyin etmişdir.

Bir uşağa autizm xəstəliyi diaqnozu qoyulması üçün aşağıdakı maddələrdən ən azı 6-ı olmalıdır.

Sosial qarşılıqlı təsirdə pozğunluq (uşaqda ən az iki simptom müşahidə olunmalıdır)otizm_0

Sosial qarşılıqlı təsirlərdə çətinlik yaşamaq. Məsələn: Uşaq, göz təması, yüz ifadəsi, duruş və mimikalar kimi şifahi olmayan bir çox davranış nümayiş etdirəcəkdir.
Uşağın inkişaf səviyyəsinə uyğun olaraq həmyaşıdları ilə ünsiyyətinin çatışmazlığı
Uğurları,maraq sahələrini və ya həzz aldığı şeyləri digərləri ilə paylaşmaqda istəksizlik
İctimai və ya emosional fəaliyyətdə iştirak etməmək və ya cavab verə bilməmək

Ünsiyyət çatışmamazlığı (ən azı bir dənə)

Danışılan dilin inkişafının ləngiməsi və ya dil inkişafının olmaması və uşağın bu çatışmamazlığı hərəkətlərlə əvəz etməyə çalışması
Danışa bilən uşaqlarla dialoq qurmaq və ya söhbəti davam etdirmək məsələsində az cəhd göstərmək
Təkrarlayan,şablon və ya çox subyektiv danışıq dili istifadəsi

Xəyali və ya simvolik oyun oynama (ən azı bir dənə)

Uşağın inkişaf səviyyəsinə uyğun olaraq yansılamağa əsaslanan sosial oyunlar oynamamaq və ya spontan, fantastik oyun oynamamaq

Təkrar edən, məhdud və şablon fəaliyyətlər, davranışlar və maraq dairələri (ən az 1 dənə)
Məhdudlaşdırılmış və şablon (məsələn, bəzi şeyləri çevirmək) anormal maraq dairələri ilə məşğul olmaq
Bir funksiyası və ya məqsədi olmayan və ya təkrarlanan hərəkətləri israrla təkrar etmək
Əşyaların hissələri ilə daim məşğul olmaq

Autizmə Nə Səbəb Olur?

Autizmin səbəbi hələ tam olaraq müəyyən edilməmişdir. Autizmin tək bir səbəbi yoxdur. Bir çox səbəbi olduğu artıq məlumdur. Autizm olan insanlarda beyin hüceyrələri fərqli işləyir. Hüceyrələr arasında mesaj daşıyan kimyəvi daşıyıcılarda çatışmazlıq yaxud artıqlıq olduğu güman edilir. Bəzi genetik xəstəliklər autizmə yol açır. Genin autizmin səbəbləri arasında əhəmiyyətli bir yeri vardır. Qardaşəkiz araşdırmaları bunu təsdiqləyir. Autizm xəstəsi olan bir uşağın qardaşında autizm görülmə riski ümumi populyasiyaya görə 50-100 qat daha çoxdur. Tək yumurta əkizlərdə hər ikisinin birdən autizm xəstəsi olma nisbəti cüt yumurta əkizlərinə görə daha çoxdur. Bütün bunlar genin təsirini bizə göstərir amma təkcə genin yeganə səbəb olmadığını da ortaya qoyur. Sadəcə genetik təsirli olsaydı tək yumurta əkizlərində hər iki uşağın da hər zaman autistik olması lazım idi.Aparılan tədqiqatlarda bir tək gen deyil, birdən çox genin qarşılıqlı təsiri nəticəsində xəstəlik konstruktiv təsir yaratdığını ortaya qoymuşdur.

Doğuşdan əvvəl,doğuş zamanı ve doğuşdan sonrakı faktorlar ilə autizm arasında anlamlı bir əlaqə müəyyən edilmişdir.Əldə edilən ipucular genetik olarak autizmə yatqınlığı olan uşaqların doğuş zamanı problem yaşama riskinin daha çox olduğunu göstərməkdədir. Ayrıca, ana qarnında keçirilən məxmərək virusunun, bir çox anormallıq ilə birlikdə autizmə də yol verdiyi bilinir.

Daha dəqiq olaraq bilinir ki autizm tək bir səbəbə bağlı olaraq yaranmır, birdən çox faktorun bir araya gəlməsi ilə meydana gələn olduqca mürəkkəb bir haldır.

Autizm oğlanlarda qızlara nisbətən 4 dəfə daha çox rastlanır amma adətən qızlarda daha ağır seyr edir. Autizmdən əzab çəkən insanların % 70-də mental gerilik görülür. % 30-u normal və bu %30-luq kütlənin %10-u üstün zəkaya malikdirlər. Ağıl səviyyəsi və müşayiət edən digər xəstəliklər autizmin ağırlıq dərəcəsi üzərində müəyyənedici rol oynayır. Müşayiət edən xəstəliklər arasında ən çox rast gəlinənlər diqqət çatışmazlığı və hiperfunksiya pozğunluğu, duygu qüsurları və epilepsiyadır. Hər üç uşaqdan biri epileptik mənada risk daşımaqdadır. 0-5 yaş arası və yetkinlik dövründə epilepsiya növbələrinin görülmə ehtimalı artır.

Autizmin Tipik Əlamətləri Nələrdir?

Autizm diaqnozu qoyulan şəxslərdə aşağıdakı tipik davranışların ən az yarısı görülməlidir . Bu simptomlar çox yüngül ya da çox ağır ola bilər. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər. Həmçinin, bu davranışlar bir çox fərqli səbəblə ortaya çıxaraq, inkişafına uyğun olmayacaq şəkildə nümayiş etdirilə bilər.

OTİZM-NEDİRGözlə ünsiyyət məhduddur ya da yoxdur.
Ətraf mühitə maraq yoxdur
Öz adlarına reaksiya verməzlər
Həddindən artıq hərəkətli və ya hərəkətsiz olurlar.
Bəziləri fiziki təmasa (öpülmə, qucaqlama və s). icazə verməzlər yada xoşlamırlar.
Əksəriyyətlə insanları deyil, cansız varlıqlara üstünlük verirlər.
Sosial və emosional baxımdan özlərini təcrid edirlər.
Yansılama bacarığı yoxdur yada məhduddur.
Danışma bir çoxunda inkişaf etməmişdir.
Nitq inkişaf etsə belə, bunu ünsiyyət vasitəsi kimi istifadə etmirlər.
Ekolalikdirlər, söylənənləri tutuquşu kimi təkrar edirlər.
Əvəzliklərdən tərsinə istifadə edirlər.
Uyğun olmayan təkidlərlə, şablon cümlələrlə danışırlar.
Mexaniki və vahid səs tonunda danışırlar.
Yersiz gülürlər.
Adi dəyişikliklərə reaksiya göstərirlər.
Təkrarlayan davranışları (stereotip) vardır. (əl çalma, qanad çırpma, tullanma, öz ətrafında dönmə, barmaq ucunda yerimə)
Oyuncaqlarla lazım olduğu kimi oynamırlar.
Xəyali oyun oynamazlar.
Davamlı eyni oyunları oynamağa üstünlük verirlər.
Bəziləri çox inadkardır.
Bəziləri səs, ağrı, qoxu, işıq və toxunuşa həddindən artıq həssaslıq göstərə bilər.
Bəziləri soyuq, isti, ağrı hiss etməzlər.
Bəziləri təhlükəyə qarşı laqeyd ola bilər.
Yemək yemə qüsurları vardır.
Bəziləri özünə, ətrafındakılara və əşyalara zərər verə bilər.
Gözləməyə yada istəklərini təxirə salmağa dözümlü deyillər.

 
.

 

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN