Ayaq Göbələyi

Müəllif
Bölmə Göbələk Xəstəliyi

Nədir?

Ayaq və dırnaq göbələyi çox geniş yayılmış bir dəri problemidir. Bir çox insanda həyat boyu ən az bir dəfə ayaq göbələyi yaranır. Daha çox yeniyetmə və yetkinlik dövründəki kişilərdə görülür, qadınlarda və 12 yaşından kiçik uşaqlarda isə daha nadirdir. Ayaq göbələyi asanlıqla müalicə edilməsinə baxmayaraq uğurlu bir müalicədən sonra belə təkrar edir. Səbəb olan mikrob, göbələk adı verilən kiçik bitki kimi orqanizmlərdir. Göbələk ən yaxşı qaranlıq, rütubətli və ilıq mühitdə böyüyür.
Birgə istifadə sahələri və ortaq istifadə edilən dəsmal, şəpit, ayaqqabı kimi əşyalar göbələklərin çoxalması və mantarrbulaşması üçün çox uyğundur. Bundan başqa, pişmələr, ayaqqabı vurması, su, yuyucu tozlar, sintetik geyim və corablara bağlı yaralar də ayaqlarda göbələk xəstəliyi inkişaf etməsi üçün münbit zəmin hazırlayır. Ayaq göbələk xəstəliyini müalicə etmədikdə dırnaqlara bulaşa bilər. Dırnaq göbələyi əsasən sadə bir yaralanma ilə başlayır. Məsələn, əl və ayaq dırnaqlarının sındırılması, dırnaqların çox qısa kəsilməsi, dar ayaqqabının dırnağı sıxışdırması kimi. Nəmişlik, tərləmə, ayaqların kifayət qədər qanad açması, ayaq və dırnaq göbələyi inkişafı üçün əlverişli şərtlərdir.

Ayaq göbələyi xəstəliyi hamıda eyni deyil. Bəzi insanlarda yalnız ayaq barmaqları arasında (xüsusilə son iki ayaq barmağı arasında) soyulma, kəpəklənmə və çatlamalar şəklində görülərkən bəzi insanlarda isə ayaq dabanında və yanlarında qızartı, kəpəklənmə və su toplayan yaralar görülür. Ayaq göbələyi eyni zamanda ayaqda qaşıntı və yanma hissinə səbəb ola bilər. Qaşıntı ayaq göbələyində hər zaman olmaz. Ayaq dırnaqlarında da göbələk xəstəliyi görülə bilər və bunun müalicəsi çətindir. Dırnaq göbələyi dırnaqda qalınlaşma, xırdalma, rəng dəyişikliyi və hətta dırnaq itkisi ilə nəticələnir. Yaş irəlilədikcə ayaq dırnaqlarında olan qalınlaşma normal deyil. Bu cür dəyişikliklər dırnaq göbələyinə bağlıdır.

Müalicə edilməmiş ayaq göbələyi cilddə çatlamalara, su toplayan yaraların çıxmasına və ikinci bakteriyel infeksiyalara səbəb olacaqdır. Göbələk diaqnozu qoyulduqdan dərhal sonra müalicə başlanmalıdır.

Ayaq Göbələyindən Qorunmaq Üçün Bu Sadə Qaydalara Riayət Etməyiniz Lazımdır

Ayaq təmiz, sərin və quru saxlanılmalıdır. Pambıq, yun və ya bunlar kimi əmici maddələrdən istehsal olunmuş corablar geyinilməlidir. Ayaqqabılar ayağa tam olmalı və beləcə ayağa ya da dırnaqlara travma (təzyiq) azaldılmalıdır. Dar burunlu, hündür dabanlı, qədim, köhnəlmiş ayaqqabılar, corabsız geyilən ayaqqabılar və ya başqasının ayaqqabısı geyinilməməlidir.Daha çox göbələk ola biləcək ərazilərdə çılpaq ayaqla yeriməkdən çəkinin: Xalça ilə döşəməli, hamam yerləri, duşxanalar, gimnastika zalları, soyunub-geyinmə otaqları, üzgüçülük salonları, hamamlar kimi.

Dırnaqlar qısa və düz kəsilməlidir. Kənarlarını dairəvi kəsməyin. Yay mövsümündə sıx və dar ayaqqabı geyinməkdən çəkinin, bu mövsümdə sandal tipli ayaqqabılar ən münasibidir.

Ayaq Göbələyinin Növləri Hansılardır?

– Ayağınızın altında kəpəklənmantarqmə, qızarma və quruma kimi əlamətlər ortaya çıxa bilər.
– Ayağınızda həddindən artıq bir şəkildə qaşıntı, qızarma və su toplama nəticəsində yaralar yarana bilər.
– Kiçik ayaq barmağınızın arasında soyulma, yarılma və ağ rütubətli bir görüntü meydana gəlir.
– Ayaq dırnağınız qalınlaşır və rəng dəyişdirir.Bununla birlikdəı, dırnaq soyulması və ya dırnaqlarınızın əriməsi da bunun növlərindəndir.

Ayaq göbələyinin tibb dilindəki adı Tinea Pedisdir. Səbəb olan mikrob, göbələk adı verilən kiçik bitki bənzəri orqanizmlərdir. Göbələk ən yaxşı qaranlıq, rütubətli və ilıq mühitdə böyüyür.

SON MƏQALƏLƏR
29 şərh
  • Anar55

    Salam.Ayaq dırnaqlarım çatlayan kimidir xətlər əmələ gəlib və dırnaqlarının uclarının rəngi sarıya dəyişib. Bu göbələk xəstəliyidir ? Evdə bunun müalicəsi var ? varsa necədir ? təşəkkürlər

  • Anonim

    hekim bir meslehet verin desetli qasima var nece edim

    • Fuad Nəzərov

      Salam. Səbəbini araşdırdıqdan sonra müalicə yollarını təyin etmək mümkündür. Sağ olun

  • Anonim

    birde daban catlamasin ev de nece mualice etmek olar tsk

    • Fuad Nəzərov

      Salam. Bu gün daban çatlarında reseptsiz əldə edilən dərmanlardan yumuşaldıcı kremlərdən geniş istifadə edilir. Sağ olun

  • Anonim

    salam helim menim eyaqimin uzunde deset qasima var qizatilar evde nece edimki sagalsin xais edirem deyin

    • Fuad Nəzərov

      Salam. Ayağın dərisində olan səpgiləri ev şəratində müalicə etmək üçün ən asan üsullardan biri duzlu su ilə kompress etməkdir. Sağ olun

  • Nise Mikayilzade

    Göbelek xesteliyi nece gun davam edir?

  • Salam

    Həkim zəhmət deyilsə sualıma cavab verin.

  • Salam

    Həkim deyirlər ki, əgər dırnaqda göbələy varsa və dırnağı yarasız hala gətiribsə onda dırnağı cərrahiyyə üsulu ilə çıxardıb daxilə göbələk əleyhinə dərmanlar qəbul etməklə azad olmaq olar. bu belədirmi? saq olun.

    • Fuad Nəzərov

      Salam. Siz düzgün deyirsiniz. Ancaq dırnağın yatağı da müalicə almalıdır. Sağ olun

  • Elməddin

    Salam. Mənim 19 yaşım var və ta uşaq yaşlarımdan ayaqlarımın üstündə (ayaq barmaqlarında da həmçinin) sulu yaralar çıxır. Bir nöx səpmə kimi xırda-xırda yayılır. Sağalır və yenə bitir . Doktor, bir də hardasa 2 aya yaxındır ki, ayaqarası ( cinsi orqan ətrafı ) qırmız dairəfi şəkildə yaralar əmələ gəlir və dəhşətli şəkildə qaşınır. Göbəkdən bir qədər aşağı hissədə halqa şəklində səpmələr meydana çıxıb və gün bə gün artmaqdadır. Zəhmət olmasa bunların səbəbini və nə cür bir xəstəlik olduğunu izah edin.

  • arzu

    Salam.Menim ayagimin alti suludur ve icinde nokteler var.Bunun bir xorxusu varmi?

  • Faiq

    Salam, Yuxaridaki meqalede qeyd etmisiz ki, pambiq, yun ves. emici maddelerden hazirlanan corablar geyinmeyek. Hansi maddelerden hazirlanmish corablardan istifade etmeyi meslehet gorursuz ???

    • Fuad Nəzərov

      Salam. Müasir yarım sintetik materiallardan ayaq dərisinə qıcıqlandırıcı təsiri olmayan corablardan istifadə edilməlidir. Sağ olun

  • Fuad Nəzərov

    Salam. Apteklərdə reseptsiz buraxılan məlhəm Clotrimazole kömək edir. Ancaq həssaslıq yoxlandıqdan sonra dəqiq preparat təyin edilməlidir. Sağ olun

  • Anonim

    Salam ayaq gobeleyi ucun en yaxwi maz hansidi

  • Fuad Nəzərov

    Salam. Həkim baxışından öncə əgər ev şəraitində müalicə etmək fikrindəsinizsə onda hipertonik duz məhlulu ilə vanna edin , əgər kömək etməzsə həkimə müraciət etməli olacaqsınız. Sağ olun

  • ayka

    Salam. Qızımın 7yaşı var ayaqlarında güclü qaşınma və səpgilər var.Nə edə bilərəm.

  • Fuad Nəzərov

    Salam. Sizin dediyiniz böyük ehtimalla göbələk xətəliyidir. Onun üçün apteklərdə reseptsiz preparatlar vardır. Sağ olun

  • Ağa

    Salam.Sağ ayağımın altında, baş barmağımın arasında və son barmaqlarımın arasında qızartı, su yığılan qızartılar var və bu qaşınma verir.Bunu necə müalicə edim? Minnətdaram

  • Sevinc

    Salam.Ayaq dirnagim gobelekden tamamen ovxalanib.Mualicesi ve dirnagin berpasi mumkundurmu?

    • Fuad Nəzərov

      Salam. Ayaq barmaqlarında olan Göbələk xəstəliyi yayılmış xəstəliklərdəndir. Bunun bu gün tibbi müalicə protokolu vardır. Siz mütləq həkimə müraciət edin. Sağ olun

ŞƏRH YAZIN