Ayaq Şişməsinin Səbəbləri və Müalicəsi

Müəllif
Bölmə Ayaq Şişməsi, Hamiləlik

Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir. Şiş ən çox ayaqlarda görülməsi ilə birlikdə bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər.

Ayaq şişməsinin müalicə üsulu əsas səbəbə görə aparılacağı üçün əvvəlcə bu səbəblərə nəzər salaq.

Ayaq Şişməsinin Səbəbləri

Ürək, Böyrək və Qaraciyər Xəstəlikləri

Ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol verir. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə yol açır.ayak-ve-parmaklarda-oluşan-ödem

Ayaqda şişmə ilə birlikdə bu əlamətlər də görülməyə başlasa təcili tibbi müdaxilə edin:İştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq.

Qan Laxtası

Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilməz və bu vəziyyət ayağın şişməsinə yol açır. Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası da olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölümcül hala gəlirlər.

İnfeksiya

Ayaqlarda şiş varsa infeksiyaya yoluxmuş olma riski çoxdur. Ayaq sinirlərində problem varsa və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyayoluxma ehtimalı yüksəkdir. Şəkər xəstəliyi varsa, yara və su qabarcığı yoxlaması üçün bir nöqtə yaratmalısınız.

Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır.

Toplardamar Çatışmazlığı

Bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilməz. Normalda toplardamarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur.

Xroniki toplardamar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər. Toplardamar çatışmazlığına dair bir əlamətiniz varsa təcili həkimə müraciət edin.

Lenfodem

Bu halda limfa mayesi bədən toxumalarında yığışır. Səbəbi limfa damarlarındakı problemlər və ya limfa damarı çatışmazlığı ola bilər. Limfa düyünlərinin yox olmasına da lenfodemiya təkan verə bilər. Limfa düyünləri limfa mayesini süzdüyü üçün arzuolunmaz maddələr maye içərisində qala bilər.

Lenfodem limfa düyününü çıxartdıran və radiasiya müalicəsi alan xəstələrdə çox tez-tez görüldüyü üçün bu xəstələrin ayaqları şişərsə təcili həkimə müraciət etməlidirlər.

Yaralanma

Ayaq yaralandığı zaman şişə bilər. Yaralanmadan sonra şişi azaltmaq üçün olan yaralı ayağı işlətməyin. Şişən bölgəyə buz torbası da yerləşdirə bilərsiniz. O bölgəni sarğı ilə sarıyın və ayağınızın altına bir stol və ya yastıq qoyaraq yüksəkdə saxlayın.

Hamiləlik

Hamiləlik zamanı ayaqların şişməsi normaldır. Ancaq şişmə birdən olarsa və ya çox şişmə olarsa preeklampsi narahatlığı ola bilər. Bu vəziyyət hamiləliyin beşinci ayı ilə birlikdə qan təzyiqində artma və sidikdə zülal olması ilə xarakterizə edilir, ciddidir.

Şişmə çox isə və ya ürək bulanması, baş ağrısı, sidiyə getməkdə azalma, danışıq problemləri, qusma və qarın ağrısı ilə birlikdə olarsa həkimlə əlaqə saxlamaq lazımıdır.

Dərmanların Yan Təsirləriayak-sismesinin-nedenleri-1079

Ayaqda şişmə, bu dərmanların yan təsiri olaraq da görülə bilər: Hormonlar, steroidlər, antidepressantlar, steroidsiz iltihab a qarşı ağrı kəsicilər (NSAID), şəkər xəstəliyi dərmanları.

Ayaq Şişməsinin Müalicəsi

Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır.Bundan başqa, ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır:

Ayağı Qaldırmaq

Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaqdır.

Xüsusi Corablardan İstifadə Edilməsi

Varis corabı kimi dar corablar ayağınızın daha çox şişməsinə mane olacaqdır. Qan və limfa dövranını da kömək edər.

Masaj

Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.

Duzlu Su Tətbiq Edilməsi və Yağlar

Çimərkən suyunuza Epsom (İngilis) duzu tökün. Şişi azaldacaqdır. Çiçək kökləri və yağlar da şişkinliyi azaldır.

Duzu Məhdudlaşdırın

Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın.

Daha Az Şəkər Qəbul Edin

Orqanizmə daxil olan şəkər ayaqda şişməyə yol açır. Enerji içkiləri, peçenye və tort kimi çox şəkərli qidalar yeməyin.Könlünüz istəsə şirin meyvələr yeyin.

SON MƏQALƏLƏR
62 şərh
  • Fariz

    Salam Fuad həkim mənim ayaq topuğum özü özünə şişir ve birmüddətdən sonra keçir və bir dəfə qol topuğum şişib və şişən yer çox isti olur və keşib ayağim isə tez tez şişir bunu səbəbi nə ola bilər sizcə ? Çox sagolun

    • Fuad Nəzərov

      Salam Ola biler mubadile pozqunlugu baslayir. Sag olun

      • Mehman kerimov

        Salam olsun size hekim men Noayabirin 10-da ayagimdan emelyat oldum qirilmisdi ayagim mil qoydular size sualim budurku hekim ayagim ustu sisib ama yuxarilari sismeyim bu nedendi?

        • Fuad Nəzərov

          Salam. Cerrahi emelyyatlardan sonra ayaqda odem olmasi tez tez bas verir. Zamanla duzelecek. sag olun

      • Mehman kerimov

        Salam tam anlaya bilmedim gozel hekimim sozlerinizi

  • Mina

    Salam hekim. Menim anamin ayaqlarinda 1il bundan qabaq ayagin asagi hissesinde xirda xirda noqte kimi qirmizi sepkiler vardi amma elle surtende derinin ustunde hec ne bilinmirdi ust temiz idi. Hekim maz,derman yazdi kecdi getdi. Az az o sepkilerden indi yene de var. Artiq 3 aydi ki sag ayagin diz hissesi şişib. Neden ola biler bu? Ağridir. Dizden ayagini qatlaya bilmir agriyir. Ayagina vurur agrilar dizinden. Ayaginda yuxari hissede xirda kapilyarlar da gorunur.

    • Fuad Nəzərov

      Salam. Aşağı ətraflarda olan şiş və ağrılar əsasən damar çatışmamazlığından və ya ürək damar sistemində olan çatışmamazlıqdan irəli gəlir. Onun üçün kliniki yoxlamadan sonra qərar vermək mümkündür. Sağ olun

      • ibrahim

        salam aleykum fuad mellim xaiş edirem mene kömək edin men futbol oynuyurdum yer sürüşkən idi arxaya gedərkən ayagım burxuldu bir daire vurdu sonra güclü ağrımağa başladı sabahsı gün şişdin hekime getdim rengene saldı dediki ayag damarları partlıyıb qan yığılıb dediki bunu iyneyle çıxarmaq lazımdı . Ayağıma el vururam diz qapağının yanında bir balaca yumru şey oynayır o bunun ne olduğunu bilmirem mene dedilerki o qırılıb bunun çaresi varmı xaiş edirem kömey edin heç olmasa qandan şişen yeri mualice edim .

        • Fuad Nəzərov

          Salam. Siz dediyiniz kimidirsə böyük ehtimalla bağlar zədələnib. Birinci növbədə sakitlik vermək lazımdır. MRT edib dəqiqləşdirməyə ehtiyac olacaq. Sonra müalicə taktikası seçiləcək. Sağ olun

      • ibrahim

        salam fuad mellim xaiş edirem mene kömək edin men futbol oynuyurdum yer sürüşkən idi arxaya gedərkən ayagım burxuldu bir daire vurdu sonra güclü ağrımağa başladı sabahsı gün şişdin hekime getdim rengene saldı dediki ayag damarları partlıyıb qan yığılıb dediki bunu iyneyle çıxarmaq lazımdı . Ayağıma el vururam diz qapağının yanında bir balaca yumru şey oynayır o bunun ne olduğunu bilmirem mene dedilerki o qırılıb bunun çaresi varmı xaiş edirem kömey edin heç olmasa qandan şişen yeri mualice edim .

        • Fuad Nəzərov

          Salam. Siz dediyiniz kimidirsə böyük ehtimalla bağlar zədələnib. Birinci növbədə sakitlik vermək lazımdır. MRT edib dəqiqləşdirməyə ehtiyac olacaq. Sonra müalicə taktikası seçiləcək. Sağ olun

    • ibrahim

      salam aleykum fuad mellim xaiş edirem mene kömək edin men futbol oynuyurdum yer sürüşkən idi arxaya gedərkən ayagım burxuldu bir daire vurdu sonra güclü ağrımağa başladı sabahsı gün şişdin hekime getdim rengene saldı dediki ayag damarları partlıyıb qan yığılıb dediki bunu iyneyle çıxarmaq lazımdı . Ayağıma el vururam diz qapağının yanında bir balaca yumru şey oynayır o bunun ne olduğunu bilmirem mene dedilerki o qırılıb bunun çaresi varmı xaiş edirem kömey edin heç olmasa qandan şişen yeri mualice edim .

      • Fuad Nəzərov

        Salam. Siz dediyiniz kimidirsə böyük ehtimalla bağlar zədələnib. Birinci növbədə sakitlik vermək lazımdır. MRT edib dəqiqləşdirməyə ehtiyac olacaq. Sonra müalicə taktikası seçiləcək. Sağ olun

  • xaliqBanluyev

    Tekrar muracietçun uzr isteyirem.3 ay evvel ancaq baw barmaqlar idi.indi ise uzu wiwir,çekilir.meslehetve ehtiyac var.MINNETDARAM…

  • xaliqBanluyev

    salam.padaqrada ayagin uzu wiwe bilermi? Tesekkur.

    • Fuad Nəzərov

      Salam. Podaqra xəstəliyi oynaq xəstəliklərinə aiddir. Onun üçün şiş oynaq və oynaq ətrafını əhatə edə bilər. Sağ olun

  • Nigarim

    Salam. Menim anamin dizine si gelib. Rentgen eleyib. Hekim mualice yazib. Deyibki, soyuq deymedi. Iyne vururam. Ancaq agrisi kesmir. Ne meslehet gorursuz. Qabaqcadan minnetdaram. Cox sag olun.

    • Fuad Nəzərov

      Salam. Həkimə müalicənin effektsizliyi haqda məlumat verin və müalicə taktikası dəyişdirilsin. Sağ olun

  • ayka

    Salam doktor.Menim anamin ayaqlari her ikisi cox şişir.topuqlari cox şişir.Sebebi neden olar??Tezyiqi cox olandir.Diqqetinize göre teşekkur edirem

    • Fuad Nəzərov

      Salam. Böyük ehtimalla ürək damar çatışmazlığını inkar etmək lazımdır. Sağ olun

  • Elşən

    Salam həkim!
    Parkinson xəstəliyində əl və ayaqların şişməsinin səbəbi nədir?
    Əvvəlcədən təşəkkür.

    • Fuad Nəzərov

      Salam Parkinson xəstəliyində ən çox zərər çəkən sistem sinir sistemidir. Sağ olun

  • Salam.Məsləhətinizə görə minnətdaram.Daha dəqiq ürəklə bağlı nə məsləhət görərdiniz.

  • Tahirə-11 iyul 2015 18:40

    Doktor,ayaqlarım hər günşiş içindədir.sidikqovucudan istifadə etdikdə bir az azalır.Bir qədər piyada gəzdiyimdə yenə artıq şişir və ayağımda bərk aağrılara səbəb olur,yerişim tamamilə çətinləşir.

  • Sevda

    Salam hekim menim atamin ayaqlari cox sisir gunuzler dermandanda istifade edir o qeder xeyri olmur ele bir tebii mualice deye bilersiniz biz onu gundelik edek cox saq olun.

    • Fuad Nəzərov

      Salam. Xəstəni görmədən müalicə təyin etmək həyati təhlükə yarada bilər. Sağ olun

  • səlimə

    Salam doktur

  • nermin eliyeva

    Salam hekim menim anam weker xestesidir ayaqlar cox wiwir loru dilde desek agac kimi olur ayaqlari cox agriyir az yeriyir krelerle masaj edir xeyir elemir ne etmek olar xaiw edirem ne etmek lazım olduqunu bildirerdiniz evvelceden tewekkur edirem

    • Fuad Nəzərov

      Salam. Şəkər xəstəliyinin daha çox zədələdiyi sistem qan damar sistemidir. Aşağı ətrafların damar keçiriciliyi pozulduğu üçün aşağı ətraflarda şiş əmələ gəlir. Siz kompleks müalicə almalısınız. Sağ olun

  • Elşad naxçıvan

    Salam həkim Mənim sağ dizimdə 5 aydır şiş əmələ gəlib xahiş edirəm məsləhət verəsiniz hələ ki müalicələr effekt vermir

    • Anonim

      Salam hekım menım qaynanamın dızı agrıyır sısır hemde rengen saldırdıq sora hekım baxdı dedı duz yıgılıb duzdan ola bıler agrı

    • Fuad Nəzərov

      Salam. Diz oynağınızı KT etdirin və nəticəsinə əsasən müalicə proqramı tətbiq edilməlidir. Sağ olun

  • Terane 07.06.2014 . 00:10

    Salam hekim menim ayaqlarim iki aydi sisir.hec bir yerim aqrimir bu neynen elaqeli ola biler.evvelceden tesekur edirem.

    • Fuad Nəzərov

      Salam. Asağı ətrafların şişməsi ürək mənşəli ola bilər. Onun üçün səbəbi araşdırılmalıdır. Sağ olun

  • safa

    Tamam sagolun

  • Fuad Nəzərov

    050 226 50 50

  • safa

    Mumkunsə telefon nomrənizi yazin..öncədədə təşəkkur edirəm

  • safa

    GeZəniz xeYir.Həkim sizinlə necə əlaqə saxlamaq olar?

  • safa

    BELƏ SİS OLDUQDA ƏMƏLİYYAT YOLU İLƏ NƏSƏ ELƏMƏK OLUR??

  • safa

    BİLMƏK OLAR SİZ HANSİ KLİNİKADA İŞLİYİRSİZ? ÖNCƏDƏN TƏŞƏKKUR EDİRƏM

  • safa

    Gecəniz Xeyir.həkim mənə hec bir mualiçə yazmir DEYİR DAMAR CORABİ GEYİN.ONUDA İSTİDƏ GEYİNMƏK OLMUR.BİLMƏK İSTİYİRƏM Kİ BİNUN MÜALİCƏSİ VAR.37 YASİM VAR.

    • Fuad Nəzərov

      Salam. Müalicə və ya operativ yolla həll etmək üçün xəstə yoxlanmalıdır. Sağ olun

  • safa

    Mənə yalniz damar corabi geyinmək deyiblər.hava isti olduqda geyinmək olmur.

    • Fuad Nəzərov

      Salam. Siz həkimə müraciət edin və corabı müvəqqəti əvəz edən müalicə təyin edəcək. Sağ olun

  • safa

    Həkim mənim sol ayagimda limfa damarinda genişlənmə var.və həmişə sisolur.bunun mualiçəsi var??

    • Fuad Nəzərov

      Salam. Siz diaqnozu dəqiqləşdirmək məcburiyətindəsiniz. Müalicə məsələsi sonra həll olunar. Sağ olun

  • Ülkər

    salam həkim Mənim 53 yaşım var dünən təsadüfən topuğum şışıb nədən olar

    • Fuad Nəzərov

      Salam. Her hansı lokal oynaqda şişmə həmin oynağın çox vaxt özündə olan problemlə bağlı olur. Sağ olun

  • Sevil

    Salam Fuad hekim
    Menim mamamın ayağı şişir
    Onda evvel dizinde ağrılar oldu
    Duzlu göle apardıq bir il
    Ordakı palçıqdan 10 gün
    Düzeldi
    Bir il fizioterapıya
    Bir il kompres
    Bu defe maz dediler
    Onu eledik
    Dizi ağrımağı bir yana
    İndi hemin ayaq şişmeye başlayıb
    Ne olar meslehet verin

    • Fuad Nəzərov

      Salam. Xəstənin ayaqlarında olan şişin ürəklə əlaqəli olmasını inkar etmək uçun EKQ edin və diz oynağının Rentgenoqrafiyasını etməlisiniz. Sağ olun

  • aysel

    Salam Hekim.bagiwliyin bir sualim var.menim ayagim kecen il burxuldugu ucun wiwmiwdi ve ayagimin barmaglarla birlewen hissesi oynagdi sehv etmiremse agriyrdi.hekime getdim zedelenib dedi mualice ucun maz yazdo..vurdum kecdi..dunen yolda ayagim biraz burxuldi.eve gelib ayaqqagini soyunan kimi agri basladi ve wiwib wiwkinlik o qedee cox deyil
    ama cox pis agri verir.sizildiyr ayagim tek sag ayagimdi.Traumel s cekdim gece .sehere kimi sizilti olub.arada kesilib.indide agriyr .ayagimi yere basa bilmirem…neden bele olur sebebi nedi ve ne etmek olarki kecsin??zehmet olmasa komek edin

ŞƏRH YAZIN