Bağırsaq Parazitləri və Müalicəsi

Nədir?

İnsanların qarnında yaşayıb çoxalan, cəmiyyətimizdə də çox görülən parazitlər aşağıdakılardır.
Askarid
Oksiyur (qıl qurdu)
Giardia
Tenya (Zolaq)

Askaridaskaris

Askarid lumbricoides adlı parazitin səbəb olduğu daha çox məktəbəqədər və erkən məktəb yaşı dövründə uşaqlarda görülən,ümumiyyətlə əlamət verməyən,ancaq nadir də olsa ciddi ağciyər xəstəliyi,öd kisəsi yada bağırsaq tutulması kimi xəstəlikləri yarada bilən bir parazitdir.

Askarid ən çox xəstəlik yaradan parazit olup,isti iqlimin hakim olduğu bölgələrdə daha çox görülür.Erkək parazitin uzunluğu 15-25 sm,dişilərdə isə 23-35 sm arasındadır.Gövdə diametri isə 0.5 sm qədərdir.Yetişkin parazitin ömrü 1-2 ildir.Bu müddət ərzində dişi parazit orta hesabla gündə 200 000 yumurta yumurtalaya bilir.Həm erkək, həm də dişi parazit daşıyan uşaqların nəcisində döllənmiş yumurtalar olur. Bunlar nəcis vasitəsi ilə xaric edildikdən sonra 5-10 gün içində,uyğun şəraitdə,içlərində balca qurdlar olan yumurtalar halına çevrilirlər.Bu mərhələdən sonra yoluxma qabiliyyətinə malik yumurtalar 6 il qədər canlı qala bilirlər.Əgər yalnız dişi parazit insan nəcisində varsa,bunların yoluxma xüsusiyyəti yoxdur.

Yoluxması

Ən çox yoluxma şəkli parazit yumurtaları olan nəcis ilə torpaq, qida yada suların ağızdan qəbul edilməsi ilə olur.İnsan nəcisinin gübrə olaraq istifadə edildiyi ərazilərdə yetişən bitkilərin çiy yeyilməsi ilə də yoluxma olur.

Əlamətləri

Kolik şəklində qarın ağrısı
Mədə bulanması,qusma
İştahasızlıq
Allergik səpgi
Ağızdan burundan parazitin çıxması,gaitada görülməsi
Nadir hallarda Sətəlcəm (löffler pnevmoniyası)
Bağırsaq tutulması

Diaqnozu

Nəcisdə tipik yumurtaların görülməsi ilə yada parazitin özünün görülməsi ilə diaqnoz qoyulur.Diaqnoz üçün təkcə gaita analizi yetərli olmaya bilər,ən az 3 dəfə analiz və konsentrasiya etmə üsullarından sonra daha etibarlı nəticə əldə edilə bilər.

Müalicəsi

Həkimin məsləhət gördüyü askaridə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.

Qorunma Yolları

3 əsas yanaşma növü vardır.

Paraziti olanların müalicəsi
Nəcis ilə yoluxmanın qarşısının alınması
Gigiyena qaydalarına tam riayət edilməsini təmin edəcək təhsilin verilməsi

Oksiyur (qıl qurdu)

Təsiri enterobius vermikularis adlı sarımtıl-ağ rəngdə kiçik bir parazitdir.Erkək parazitin boyu 3-6 mm,dişinin kil kuboyu isə 8-13 mm olur,diametri 0.3 mm civarındadır.Cütləşmiş bir dişi 100 000 qədər yumurta qoyur.Ömrü orta hesabla 2 aydır.Dişilər gecələr anusa doğru hərəkət edərək yumurtalarını anusa ətrafına qoyurlar və ölürlər.Xüsusilə anus və ətrafının qaşınması ilə ətrafa saçılan yumurtalar uyğun temperatur və rütubətli şəraitdə,altı saat ərzində içlərində balaca qurdlar olan yoluxucu yumurtalar halına çevrilirler.Bu yumurtalar quruya 3-10 gün qədər dayanıqlıdırlar.Qıl qurdu bütün yaş və sosial-iqtisadi qruplarda görülməklə bərabər,uşaqlıq çağında xüsusilə 5-14 yaş arasında daha çox görülür.

Yoluxması

Ən çox yoluxma anus ətrafı bölgənin qaşınması zamanı əllərə və dırnaqlara bulaşan yumurtaların ağız yolu ilə qəbul edilməsi nəticəsində əmələ gəlir.Parazit yumurtaladıqdan sonra 6 saat ərzində yoluxma funksiyasına çatır və bu hal 20 gün davam edir.

Əlamətləri

Ümumiyyətlə çox əlamət verməz
Ən çox görülən əlaməti anus ətrafında xüsusilə gecələr artan şiddətli qaşıntıdır
Burunda qaşıntı, diş qıcama
İshal, qarın ağrısı
İştahsızlıq,çəki itkisi
Nəcisdə qan olması

Diaqnozu

Qıl qurdunun nəcisdə görülməsi ya da səhər erkən saatlarda anus ətrafında yumurtaların axtarışı ilə olur.yumurta axtarışı üçün tətbiq olunan selefon üsulu həm asan, həm də yaxşı nəticə verən üsuldur.Bunun üçün selefonu (seloteyp) əvvəl anal regiona möhkəm bastırılır,sonra lam üzərinə yapışdırılıb mikroskopik müayinə edilir.

Müalicəsi

Həkimin məsləhət gördüyü Oksiyur (qıl qurdu) parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.

Qorunma Yolları

Gigiyenik qaydalarına tam əməl edilməsi
Paraiztli şəxslərin müalicəsi
Ailə fərdlərinin yoxlanılması
Uşaqların dırnaqlarının qısa olamsı,çamaşırlarının yataq örtüklərinin qaynadılaraq təmizlənməsi,anus bölgəsinin təmiz saxlanılması

Giardia

giadrGiardia lambianın səbəb olduğu bir parazit kökənli infeksiyadır.Xüsusilə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha çox görülür.

Yoluxması

Giardia kistləri bulaşmış su və ərzaqların qəbul edilməsi,insandan insana birbaşa təmas,oral və ya anal seksual təmas,oyuncaqlar və ev heyvanları xəstəliyin yayılmasında başlıca rol oynayırlar.Filtirilizasiya sistemi yetərli olmayan regionlarda və kənd yerlərində bulaşmış suların içilməsi ilə epidemiyalar yarana bilər.

Əlamətləri

Xəstəlik özünü 3 şəkildə göstərə bilər.

Heç əlamət verməyə
Kəskin ishal şəkli:Sərt,sulu,açık rəngdə bəzən yağlı görünümde,pis qoxulu tualetə getmək ilə başlayır.Buna halsızlıq,kolik tərzində qarın ağrısı,qarında şişkinlik,qusma,halsızlıq,yüngül temperatura,iştahsızlıq da əlavə etmək olar.

Xroniki ishal şəkli:uzun müddət davam edən yağlı pis qoxulu tualetə getmək,qarın ağrısı,qarın şişliyi və çəki itkisi ilə özünü göstərir.

Diaqnozu

İshal xəstələrdə nəcisdə giardianın kista ya da torofozoitinin görülməsi ilə qoyulur.

Qorunma Yolları

Xəstə uşaqların müəyyənləşdirib müalicə edilməsi
Ana-ata və baxıcıların şəxsil gigiyenik mövzusunda maarifləndirilməsi
Uşaq bağçalarında ətraf mühitin sağlamlığa əlverişli hala gətirilməsi

Giardia yolcularda,kamplarda tətil edənlərdə və xüsusilə turistlərdə problem ola bilməkdədir.Təmiz içmə və istifadə etmə suyunun təmin olunması ən mühüm məqam olub,suyun təmizlənməsində davamlı olaraq istifadə edilən çökdürmə,süzdürmə,xlorlama və süzülmə üsulları ilə ortadan qaldırılmasıdır.Giardia kistalarını xaric etməkdə ən təsirli və təhlükəsiz yol suyun 3 dəqiqə müddətdə qaynadılmasıdır.

Müalicəsi

Həkimin məsləhət gördüyü giardia parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir.

Tenya (Zolaq) 

Bişirilməmiş yada az bişirilmiş xəstə inək ətinin yeyilməsi ilə Tenya Saginata,donuz ətinin yeyilmtenya-610x250əsi ilə də Tenya Solium əmələ gəlir.Parazit 10-15 metrə qədər ola bilir.Nəcis ilə atılan yumurta torpaqda 8 həftə yaşaya bilir.

Əlamətləri

Adətən əlamət verməzlər.Qarın ağrısı,iştahsızlıq,çəki itkisi kimi şikayətlər ola bilər.

Diaqnozu

Nəcisdə parazitin yada rəngli və hərəkətli segmentinin görülməsi yada mikroskopik olaraq yumurtaların müəyyənləşdirilməsi ilə olur.

Qorunma Yolları

Ətin yaxşı bişirilərək yeyilməsi ən mühüm tədbirdir.

Müalicəsi

Həkimin məsləhət gördüyü tenya parazitinə təsir edəcək anti-parazit dərmanlardan istifadə edilir..Tenya nəcis ilə çıxmağa başlayanda uşaq oturduğu yerdən qaldırılmamalı,tenyanın tamamilə düşməsi gözlənilməlidir.Tenya zorla çıxarılmağa çalışılmamlıdır,çünkü başı düşmədikcə tenyadan xilas olmaq mümkün deyil.

SON MƏQALƏLƏR
4 şərh
  • sovqi

    Salam doktor. oglumun 13 yasi var lyambliya qurdu var.Hal hazirda mualice olunur.qurdun nece xaric olunmasini nece bilmek olar.

  • turane

    salam doktor menim oglumda lambirya qurdu var.bunu nece mualice etmek olar.usagin yasi 2yas yarimdi.
    qurdun miqdari 7.5
    xahis edirem mene etrafi Cavab yazasiz. diqqetinize gore minnetdaram

ŞƏRH YAZIN