Cərrahi əməliyyata hazırlıq

Müəllif
Bölmə Məsləhət

Hazırlıq Necə Aparılır?

Qorxu hissi insanın özünü qoruması üçün əmələ gəlmiş bir duyğudur. Əməliyyatlarda da ölüm qorxusu və nə olacağını bilməmək əsas qorxu səbəblərdən biridir. Bununla yanaşı bəzi insanların narkozdan qorxma səbəbləri öz üzərlərindəki nəzarətlərinin itirməsi ilə bağlıdır.

Əməliyyata qədərki dövrdə məlumatlandırma qorxunun azaldılmasında, xəstənin uyğunlaşmasını və müalicəyə müsbət yanaşması üçün olduqca mühümdür.Xəstənin əməliyyatdan əvvəl əməliyyat haqqında məlumatlarndırılması qorxunun azaldılması ilə birgə xəstə ilə cərrah arasında müsbət əlaqənin qurulmasında və güvən yaranmasında da rol oynayır. Əməliyyat əvvəlində xəstəyə xəstəliyinin nə olduğu, cərrahi müdaxilənin məqsədi, birbaşa və ya yan təsirə məruz qalacaq orqan və toxumalar, narkoz, cərrahi əməliyyatın növü,müvəqqəti və yaxud daimi dəyişikliklərin olub olmayacağı, reabilitasiya üsulları haqqında məlumat verilməlidir. Buna baxmayaraq qorxular davam edirsə xəstəyə psixoloji dəstək verilməlidir. Əgər xəstə meyllidirsə hipnotik təlqinlərə də müraciət etmək olar.

Əməliyyat əvvəli psixoloji hazırlanma və dəstək, əməliyyat sonrası tibbi və davranış problemlərini azaltmaqla yanaşı psixososial uyğunlaşmanı da sürətləndirir.

Psixoloji hazırlanma, cərrahi əməliyyatın həyata keçirilməsini asanlaşdırır, həqiqətin qəbulunu, əməkdaşlığı artırır, xəstənin məsuliyyət daşıma səyini, öz həyatına nəzarət və müdaxiləsi olduğu fikrini gücləndirir. Əlbttə ki, xəstə yaxınlarının dəstəyi də bu mövzuda mühüm rola sahibdir

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN