Cinsi Yolla Yoluxan Xəstəliklər

Müəllif
Bölmə Kişi Sağlamlığı

Nədir?

Cinsi yolla keçən xəstəliklər, iki insan arasında yaranan cinsi xarakterli yaxın təmasla keçən mikroblar (bakteriya, virus, parazitlərə bağlı) xəstəliklərdir. Qədimdən zöhrəvi xəstəliklər olaraq adlandırılan bu xəstəliklərin bir qismi yalnız genital bölgədəki simptomlara səbəb olarkən, (qadında vajinal axıntı, kişilərdə sidik axıntısı, hər iki cinsdə genital bölgədə xora və s.) digər bir qisimi bütün bədənə təsir edən ümumi simptomlara səbəb olurlar (sifilis, Gepatit B,AİDS və s).

Bu xəstəliklərin bir qisimi üçün ən əhəmiyyətli yoluxma yolu cinsi təmas ikən (genital ziyil, herpes simpleks, vajinit kimi), digər bir qisim xəstəliklər cinsi yolla keçməsinə əlavə olaraq qan yoluyla (AİDS və Gepatit B-nin virusu daşıyan qanın nəql edilməsiylə keçməsi kimi, anadan uşağına hələ doğulmadan sifilisə yoluxması kimi) və cinsi əlaqə xaricindəki yaxın təmasla da keçə bilər (anadan uşağına doğum əsnasında və ya doğuşdan sonra əmizdirmə və qulluq əsnasında keçən genital ziyil, herpes simpleks və Gepatit B kimi, ailə daxilində məişət şəraitinin bölüşdürülməsi nəticəsində keçən Gepatit B kimi).

Bu qrupdakı xəstəliklərin keçməsi üçün heteroseksual əlaqə (qadın-kişi cinsi əlaqəsi) şərt olmadığı kimi, yoluxma üçün gerçək cinsi əlaqə olmadan infeksiya daşıyan birinin genital regionu ilə yaxın təmas belə xəstəliyə tutulmaq üçün kifayətdir(genital ziyil kimi). Cinsi yolla keçən xəstəliklər bütün digər yoluxucu xəstəliklər kimi bildirilməyi zəruri xəstəliklər qrupunda yer alırlar.

Əlamətləri Nələrdir?images (10)

Kişilərdə;

Tez tez sidiyə getmə və sidikdə yanma, ağrı

Penisdən sidik sonrası və ya daimi axın

Penis səthində ağrılı yaralar və qasıqlarda əllə hiss edilən sərtlik

Qadınlarda;

Sidiyə getmədə ağrı və yanma, tez tez sidiyə getmə

Vaginadan tünd rəngli və pis iyli axıntı

Hər iki cinsdə;

Cinsi əlaqə zamanı, ya da cinsi orqanlarda davamlı ağrı

Tez tez ölü doğumlar

Törəmə orqanlarında ziyillər

Törəmə orqanlarında uçuğa bənzər maddələr, şiddətli ağrı

Makat və ya perina (ayaqların arasında qalan və törəmə orqanlarını örtən əzələ toxuması) bölgəsində apseslər

Müntəzəm fasilələrlə təkrarlanan xərçəng nəzarəti (qadınlarda pap smear testi), erkən diaqnoz üçün əhəmiyyətlidir.

Yenə çox yoluxucu olan və ölümə yol açan Gepatit-B virusuna qarşı peyvənd vurulması əhəmiyyətlidir. Hər iki cinsdə də axıntılara diqqət etmək və gördükdə həkimə müraciət etmək lazımdır. Kişidə və qadında tünd rəngli və qoxulu axıntılar cinsi yolla keçən xəstəliklərin təzahürüdür. Ağ və qaşınan axıntılar, ya da sırf qaşıntı, göbələklərin təzahürüdür.

Özümüzü Necə Qorumalıyıq?

Cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün,hansı şəkillərdə yoluxduqlarını və etibarlı cinsi əlaqənin nə olduğunu bilmək lazımdır. Cinsi əlaqə zamanı, kişilərin penis və ya qadının mayesinin (vaginal mayesinin) digər tərəfin ağzı, uşaqlıq yolu və ya anusla təması, keçiciliyə səbəb ola bilər. Qucaqlaşma, sarılıb yatmaq, öpüşmə, masaj, əllə oxşama və masturbasiya təhlükəsiz yollardır. Ən etibarlı yol vajinal (penis-vagina əlaqəsi), anal (arxadan əlaqə) images (2)(1)və oral (ağızla) cinsi əlaqə zamanı prezervativdən istifadə etməkdir.

Penis vajina ilə təmas edəndə, cinsi yolla keçən xəstəliklər spermadan vajina səthinə və ya vajina mayesindən penisdəki sidik dəliyinin uc hissəsinə keçə bilər. Vagina və ya penisdə yara varsa, yoluxma qan ilə vajina səthinə və ya penisdəki sidik dəliyinin uc hissəsinə keçə bilər. Penisdən axan maye və ya maddə ağızla təmas etdiyi zaman, cinsi yolla keçən xəstəliklərə tutulma ehtimalı vardır. Ağızda qanaxma və ya yara varsa, yoluxma ehtimalı artır. Eyni şəkildə ağız,vajina ifrazatı ilə təmas edəndə də yoluxma ola bilər. Bundan başqa, ağızın, cinsi orqanlar və anus ətrafındakı dəri ilə təmasında parazitlər keçə bilər.

Anal (arxadan) cinsi əlaqədə, cinsi yolla bulaşan xəstəliklər spermadan anus səthinə və ya anus səthindəki qandan penisdəki sidik dəliyinin uc hissəsinə keçə bilər.

Sifilis, Gepatit B və HIV üçün digər bir yoluxma şəkli, qan yoluyla yoluxmadır. Xəstə insandan qan nəqli, xəstəylə eyni iynənin və ya eyni təraş bıçağının istifadə edilməsi mikrobun yoluxmasına səbəb olur. Yaxşı təmizlənməmiş manikür-pedikür vasitələri, diş və qadın doğuş müayinəsi vasitələri də yoluxmaya yol açır.

Cinsi yolla bulaşan xəstəliklərin yoluxma təhlükəsi, qadın və ya kişi sayında artımla birlikdə artır. Maddi qarşılıq əsasında cinsi əlaqəyə girənlər, qorunmaq üçün daim prezervativdən istifadə etməli və yoluxmaya səbəb olacaq davranışlardan çəkinməlidirlər.

Cinsi əlaqə zamanı cinsi yolla keçən xəstəliklərdən qorunmağı təmin edəcək yeganə üsul prezervativdən istifadəimages (9) etməkdir. Sperma öldürücü krem, köpük və fitillərin (spermisitler) də bəzi mikroblara qarşı QİSMƏN qoruyuculuğu vardır. Ancaq bu maddələr tək başına qorunmağı təmin etməz. Əgər spermisitler və prezervativ birlikdə istifadə edilsə qorunma səviyyəsi artır. Cinsi əlaqədə olmamaq da bir qorunma yolu sayılır.

Sifilis, Gepatit B və HIV üçün, qanla yoluxma yoluna diqqət edilməli və qadın bərbəri və bərbər salonlarındakı alətlərin, istərsə də aptek və tibb müəssisələrindəki xidmətin təmizliyindən əmin olunulmalıdır.

Xüsusilə törəmə orqanlarında meydana gələn yara,sızanaq və ya qaşıntıdan ibarət olan xəstəlik dərhal müalicə edilməli, yoluxma təhlükəsini azaldır.

Qorunma yollarından başqa, bıhs edilən əlamətləri bilmək və kişidə ya da həyat yoldaşında görüldüyü təqdirdə dərhal həkimə müraciət etmək lazımdır.

CİNSİ YOLLA YOLUXAN XƏSTƏLİYİ OLANLARIN HƏYAT YOLDAŞLARININ DA MÜTLƏQ MÜALİCƏ EDİLMƏSİ LAZIMDIR.

SON MƏQALƏLƏR
6 şərh
  • Emin Nifteliyev

    Hekim salam.Uzr isteyirem ifademe gore mende cinsi elaqeden sonra sunnetimden iltihab gelmeye basladi ve hekime muraciet etdim infeksiyaya yoluxdugumu bildirdi ve antibiotik yazdi.Bu dermanlardan istifade etdikden sonra cirk temizlendi.Ancaq arada bir yanma olur cox qorxuram ve bilmek isterdim ki bu infeksiyanin boyreye yada sidik kanalina tesiri ola biler?yada prostat yarada biler? mulaice olunmaliyam yene de? sizden cox xahis edirem cavab yazin.onceden tesekkur edirem.

ŞƏRH YAZIN