Diş Ləkələri Niyə Yaranır

Müəllif
Bölmə Diş Sağlamlığı

İnsanın sosial həyatına mənfi təsir edən diş ləkələrinin əmələ gəlmə səbəbləri nələrdir? Bu vəziyyətə qarşı necə tədbir görülməlidir?

Diş Ləkələri

Dişlərdə ləkələr, yaxşı bir ağız təmizliyi aparılmamasına işarə kimi qəbul edildiyindən çox insan üçün narahatlıq yaradır. Natəmiz ağız gigiyena, siqaret çəkmək ya da yediyimiz qidalar qədər dişin quruluşuğuna daxildən təsir edən yaşlanma, uzun müddət antibiotik istifadəsi də diş ləkələrinə səbəb ola bilər.

Diş ləkələrinin səbəbləri

Natəmiz ağız gigiyenası dişlərin ətrafında bakteriyalar və qida qalıqlarından ibarət olan yapışqan və rəngsiz bir bakteriya təbəqəsi yaxşı təmizlənmədikcə, dişlərə yapışaraq zaman içində dişlərin saralmasına səbəb olur.

Çay, qəhvə kimi içəcəklər, müxtəlif növ ədviyyatlar tərkibindəki kofein və təbii rəngləndiricilər səbəbi ilə dişlərdiş ldə ləkə qoyur.

Qazlı içkilər tərkibindəki turşuya görə qırmızı şərab isə tünd rənginə görə dişlərdə ləkələnməyə səbəb olur.

Enerji içkiləri və hazır qidalarda olan qida boyaları diş ləkələrinə səbəb olur.

Bəzi antibiotiklər və dəmir həbləri də ləkə yaradır.

Yaşlandıqca nazikləşən diş minası zaman içərisində dişlərdə qəhvəyi ləkələrin yaranmasına səbəb olur.

Siqaret çəkmək dişlərdə ləkənin ən əsas səbəblərindəndir.

Tədbirlərinizi əvvəlcədən görün

Gündəlik ağız təmizliyinə kifayət qədər qayğı göstərmək diş ləkələrini əvvəlcədən yaranmasının qarşısını almağa yardımçı olur. Bakteriyaya qarşı təsirli və davamlı istifadəyə uyğun bir ağız qarqarası, fırça və diş ipi istifadəsi gündəlik fəal bir ağız təmizliyini təmin edir və diş ləkəsi əmələ gəlməsini əngəlləyir.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN