Doğuş Ana bətninin Xərçəng Olma Təhlükəsini Azaldır

Müəllif
Bölmə Hamiləlik, Qadın Sağlamlığı

Qadınlardan ən çox görülən xərçənglərdən biri ana bətni xərçəngidir.

Ana bətni xərçəngi endometrium adlandırılan uşaqlıq içərisini döşəyən zərin xərçəngidir, buna görə ana bətni xərçəngi endometrium xərçəngi adlanır.

Menopauzadan sonra görülür

Ana bətni xərçəngi, qadın yumurtalama sisteminin ən çox görülən xərçəng xəstəliyidir. Qadınlarda da ən çox rastlanan 4-cü xərçəngdir. Qadınlarda daha çox menopauzadan sonra ortaya çıxır, orta hesabla görülmə yaşı 61ödir, xəstələrin yalnız %5-i 40 yaşın altındadır.

Hamiləlik ana bətni xərçəng riskini azaldır

41

Ana Bətni Xərçəngi

Ana bətni xərçəngi inkişafında ən mühüm amil endometrium hüceyrələrinin qarşılıqsız ostrogen hormonuna məruz qalmasıdır.Ostrogen hormonu hüceyrə səviyyədə endometrium hüceyrələrinin inkişafına yol açarkən yumurtalıqlardan ifraz olunan başqa bir hormon olan progesteron da ostrogenin bu təsirinə təzyiq göstərir. Əgər həmin bu şəraitdə progesteron hormonu yetərli səviyyədə olmazsa endometrium hüceyrələrində ostrogenə bağlı nəzarətsiz inkişaf meydana gəlir və bu şəkildə endometrium təbəqəsində qalınlaşmağa və hüceyrə səviyyəsində nəzarətsiz inkişafa bağlı olaraq xərçəng inkişafına yol aça bilər.

Hamiləlik dövründə yumurtalıqlardan ostrogen hormonu ifraz olunmadığına görə endometrium üzərində ostrogen təsiri olmur və bu şəkildə ana bətni xərçəng riski azalır.

Ana bətni xərçəngi inkişafında risk faktorları

Heç doğum etməmək

Obezite (köklük): Yağ hüceyrələrindən ostrogen hormonu ifraz edilir

Erkən yaşda adət olmaq

Gec menopauza yaşı

Endometrial hiperplazi (uşaqlıq divarında qalınlaşma) kimi ana bətni xərçənginə qabaqcıl lezyonlar

12

Təbii Doğuş

Diabetes Mellitus (şəkər xəstəliyi)

Çox yağ tərkibli pəhriz tətbiqi

Riski azaldan faktorlar

Doğum kontrol həb istifadəsi (1 illik istifadə, 10 il qoruyucu təsir göstərir)

Siqaret çəkmək (vagina ağzı xərçəng xəstəliyini artırır)

Çox doğuş etmək

Az yağ tərkibli pəhriz

Nizamlı adət olmaq

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN