Hamiləlikdə Ürək Döyüntüsü: Səbəbləri və Müalicəsi

Ürək döyüntüsü, sanki ürək döş qəfəsinin altında çalxalanır, çırpınır,nizamsız vururmuş kimi bir hiss verir. Bu hal panikaya və nəfəs darlığına səbəb ola bilər. Amma, bəzi ürək döyüntüləri, xüsusilə hamiləlik dövründə görülənlər normal bir haldır. Yenə də qorxuducudur və  tərəddüd etməmək mümkün deyil. Bununla yanaşı, müxtəlif səbəblərlə daha çox qadın hamiləlikdə digər insanlardan daha çox ürək döyüntüsü yaşaya bilər.

Hamiləlikdə Ürək Döyüntüsünün Səbəbləri

Hamiləlikdə ürək döyüntüsü daha çox qarşılaşılan bir vəziyyətdir.Görünən odur ki,döyüntülər bir səbəb olmadan da baş verə bilər. Xüsusilə məşq ərzində,stress altında ikən, həyəcan olduğu anlarda ola bilər. Hamilələr döyüntü zamanı özlərini nəfəssiz qalırlar kimi hiss edə bilərlər. Bütün bu hisslər bir neçə dəqiqə ərzində ortadan qalxır.

Artan Qan Miqdarıhamilelik-hasta

Hamilə qadınlar, hamilə olmayanlara görə 50%-ə yaxın miqdarda daha çox qana malikdir. Bunun səbəbi ana qanının həm dölü həm də ananı qidalandırmasıdır. Ananın ürəyi daha çox qanı orqanizmə payladığı üçün hamiləlikdən əvvəlki dövrlə müqayisədə daha çox çalışır. Bu da döyüntüyə səbəb ola bilər.

Progesteron Hormonu

Progesteron hormon miqdarı hamilə qadınlarda artır. Bu hormon müxtəlif emosional və fiziki dəyişikliklərdən cavabdehdir.Bunun təsirlərindən biri də ürək vurmasının sürətini və gücünü artırmaqdır. Beləliklə, bütün qan döl daxil olmaqla vücud dövriyyəsini tamamilə tamamlayır. Artan ürək atış sürəti, xətalı atışların da çoxalmasına səbəb olur. Bu da döyüntünün səbəbidir.

Kofein Məhsulları

Döyüntülər bəzən də bol miqdarda qəbul edilən kofeinin nəticəsində ortaya çıxır. Kofein şokolad, keks və qazlı içkilərin tərkibində bol miqdarda olur. Kofein sizdə döyüntüyə səbəb olursa istehlakını azaldın, hətta lazım gələrsə menyunuzdan tamamilə çıxardın.

Duyğu Halları

Ürək döyüntüsünü hamilələrdəhamilə olmayan hər kəsdə görmək mümkündür. Həyəcan, qorxu, şok, əsəb gərginliyi və hədsiz fiziki səy bu döyüntülərin səbəbidir. Əgər döyüntü stress mənbəli isə stressə səbəb olan vəziyyət və mühitlərdən mümkün qədər uzaq durun. Rahatlanın və dərin nəfəs alın. Doğuşdan əvvəl yoqa və masaj da faydalı ola bilər.

Hamiləlikdə ortaya çıxan döyüntüdən nə vaxt narahat olmaq lazımdır?

Bəzi hallarda döyüntü hipertireoz əlaməti ola bilər. Hipertireoz anadan olmamış uşaq üçün həyati təhlükə kəsb edir. Bu vəziyyət diaqnostika və müalicəni əhəmiyyətli hala gətirir. Nəfəs darlığı ilə gələn döyüntü çox nadir hallarda bir qəlb aritmiyasının göstəricisi və əlaməti ola bilər. Nizamsız ürək atışı ilə birlikdə özündən getmə, baş dönməsi və ya nəfəs darlığı yaşasanız gecənin bir yarısı belə olsa təcili olaraq həkimə müraciət edin.
123
Döyüntülər çox vaxt ürəyin hansı vəziyyətdə olduğunu göstərir. Narahatlığınız varsa həkiminizə müraciət edin. Həkiminiz ürəyinizi yoxlanışdan keçirəcəkdir. Bunlardan biri də iyirmi dörd saatlığa ştanq qoymaqdır. Bu aparat ürək atışını davamlı olaraq təqib edir və qeyd edir. Evdə rahatlıqla istifadə edilə bilər. Ürək döyüntüləri daim davam edirsə və ya mədə bulanması, tərləmə, özündən getmə, döş qəfəsi ağrısı ilə birlikdə olursa təcili tibbi müdaxilə şərtdir.

Hamiləlikdə Ürək Döyüntüsü Necə Keçir?

Müalicə üsulu döyüntünün səbəbinə görə dəyişir. Döyüntülər çox vaxt hər hansı bir müalicəyə ehtiyac duymadan öz-özünə keçə bilər. Beləliklə, əgər döyüntünün altında başqa bir sağlamlıq problemi yoxdursa, həkiminiz aşağıdakı maddələri tövsiyə edəcəkdir:
Rahatlama məşqləri, tai chi, yoqa, qoxu müalicəsi, bədən sağlamlığı və vizual sağlamlıq kimi üsullarla stress və həyəcanı azaldın.
Kofein, nikotinli, alkoqollu içkilərdən və qanuni olaraq icazəsi olmayan dərmanlardan uzaq durun.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN