Hipospadiya Xəstəliyi və Əməliyyatı

Hipospadiya Nədir?

Yeni doğulan oğlan uşaqlarında görülən doğuşdan olan bir pozğunluqdur. Normal penis sidik kanalı (uretra) penis başının (glans) ucunda bitir və uşaqlar penisin ucundan sidiyə gedirlər.

Hipospadiyalı uşaqlarda isə sidik kanalı (uretra) penisin alt tərəfində və daha geridə bitir. Bu sonlandığı nöqtə ilə penis ucu arasındakı məsafədə sidik kanalı formalaşmamışdır.Yəni Sidik kanalının son hissəsi olan uretranın bayıra açılan dəliyinin normal yerində deyil, penisin alt hissəsində hər hansı bir yerdə yerləşməsidir. Xalq arasında buna anadangəlmə sünnətli olanlar da deyirlər.

Sidik kanalının açılma nöqtəsi testislərdən daha geridə ola bilər və nə qədər geridə isə o qədər ciddidir. Ancaq indiyə qədər gördüyüm xəstələrin əksəriyyətini penis ucuna daha yaxın olanlar təşkil edir.

Əlamətləri Nələrdir?

hipospadias

Uretranın (sidik kanalı) açıldığı nöqtəyə görə hipospadiya növləri

Sidik kanalının (uretra) penisin alt tərəfində və daha geridə olması
Penis başının yastılanıb içəri batması
Sünnət dərisinin (prepusium) penis başının alt üzündə yaranmaması (anadangəlmə yarım sünnətli)
Ereksiya olduğu zaman penisin aşağıya doğru qıvrılması
Hipospadiyalı uşaqların qarşıya doğru sidiyə gedə bilməmələri əksinə, ayaqlarına doğru sidiyə getmələridir.Bu vəziyyət oturaraq sidiyə getmək məcburiyyəti doğurur (Ayaqüstə sidik etmək yerinə).
Sidik kanal açıqlığı çox geridə olanlar yetkin yaşa qədər əməliyyat olunmazlarsa cinsi funksiya pozğunluqları ortaya çıxa bilər.

Diaqnozu

Günümüzdə hamiləlik zamanı ultrasəs ilə doğuş öncəsi diaqnoz qoymaq mümkündür. Bu mümkün olmazsa doğulduğu andan etibarən aparılacaq kliniki müayinə ilə asanlıqla diaqnoz qoyulur. Nadir hallarda hipospadiyalı uşaqlarda prepusium (sünnət dərisi) normal və tam ola bilir. Bu hallarda sünnət dərisi geriyə doğru sıyrılmadan uca yaxın hipospadiyalar müəyyən edilməyə bilər.

Başqa Hansı Testlər Aparılmalıdır?

Hipospadiya ilə birlikdə ən çox görülən bir başqa doğuşdan gələn problem enməmiş testis və qasıq qrıjasıdır. Bu səbəblə hipospadiyalı uşaqların testislərinin olub olmadığı və torbalara qədər düşüb düşmədiyi mütləq kontrol edilməlidir.

Həmçinin hipospadias faktları çox nadir görülən cinsiyət fərqlənməsi problemlərinin (hermafroditizm) bir hissəsi kimi də ortaya çıxa bilər. Bu səbəblə şübhəli faktlarda cinsiyyət ayırım testləri (xromosom təhlillər və s.) aparılmalıdır.

Müalicəsi

Yeganə müalicəsi cərrahi əməliyyatdır.