Hipospadiya Xəstəliyi və Əməliyyatı

Hipospadiya Nədir?

Yeni doğulan oğlan uşaqlarında görülən doğuşdan olan bir pozğunluqdur. Normal penis sidik kanalı (uretra) penis başının (glans) ucunda bitir və uşaqlar penisin ucundan sidiyə gedirlər.

Hipospadiyalı uşaqlarda isə sidik kanalı (uretra) penisin alt tərəfində və daha geridə bitir. Bu sonlandığı nöqtə ilə penis ucu arasındakı məsafədə sidik kanalı formalaşmamışdır.Yəni Sidik kanalının son hissəsi olan uretranın bayıra açılan dəliyinin normal yerində deyil, penisin alt hissəsində hər hansı bir yerdə yerləşməsidir. Xalq arasında buna anadangəlmə sünnətli olanlar da deyirlər.

Sidik kanalının açılma nöqtəsi testislərdən daha geridə ola bilər və nə qədər geridə isə o qədər ciddidir. Ancaq indiyə qədər gördüyüm xəstələrin əksəriyyətini penis ucuna daha yaxın olanlar təşkil edir.

Əlamətləri Nələrdir?

hipospadias

Uretranın (sidik kanalı) açıldığı nöqtəyə görə hipospadiya növləri

Sidik kanalının (uretra) penisin alt tərəfində və daha geridə olması
Penis başının yastılanıb içəri batması
Sünnət dərisinin (prepusium) penis başının alt üzündə yaranmaması (anadangəlmə yarım sünnətli)
Ereksiya olduğu zaman penisin aşağıya doğru qıvrılması
Hipospadiyalı uşaqların qarşıya doğru sidiyə gedə bilməmələri əksinə, ayaqlarına doğru sidiyə getmələridir.Bu vəziyyət oturaraq sidiyə getmək məcburiyyəti doğurur (Ayaqüstə sidik etmək yerinə).
Sidik kanal açıqlığı çox geridə olanlar yetkin yaşa qədər əməliyyat olunmazlarsa cinsi funksiya pozğunluqları ortaya çıxa bilər.

Diaqnozu

Günümüzdə hamiləlik zamanı ultrasəs ilə doğuş öncəsi diaqnoz qoymaq mümkündür. Bu mümkün olmazsa doğulduğu andan etibarən aparılacaq kliniki müayinə ilə asanlıqla diaqnoz qoyulur. Nadir hallarda hipospadiyalı uşaqlarda prepusium (sünnət dərisi) normal və tam ola bilir. Bu hallarda sünnət dərisi geriyə doğru sıyrılmadan uca yaxın hipospadiyalar müəyyən edilməyə bilər.

Başqa Hansı Testlər Aparılmalıdır?

Hipospadiya ilə birlikdə ən çox görülən bir başqa doğuşdan gələn problem enməmiş testis və qasıq qrıjasıdır. Bu səbəblə hipospadiyalı uşaqların testislərinin olub olmadığı və torbalara qədər düşüb düşmədiyi mütləq kontrol edilməlidir.

Həmçinin hipospadias faktları çox nadir görülən cinsiyət fərqlənməsi problemlərinin (hermafroditizm) bir hissəsi kimi də ortaya çıxa bilər. Bu səbəblə şübhəli faktlarda cinsiyyət ayırım testləri (xromosom təhlillər və s.) aparılmalıdır.

Müalicəsi

Yeganə müalicəsi cərrahi əməliyyatdır.Əməliyyat üçün ən uyğun yaş dönəmi 6-18 ay arasıdır. Əməliyyatda penisin aşağıya doğru əyilməsinə səbəb olan –kordi– adını verdiyimiz lifli lent təmizlənərək penis ereksiya zamanı aşağı doğru qıvrılmayacaq şəkildə düzəldilir.

hipospadias_oncehipospadias_sonraSidik kanalının açıldığı nöqtədən penisin ucuna qədər olan əskikliyini tamamlamaq üçün yeni sidik kanalı yaradılır. Yastılaşmış halda olan penis başına (glans) təbii konik forması verilir. Yəni nəticədə estetikfunksional baxımdan qəbul edilə bilən bir penis şəkli yaradılır.

Əməliyyatda Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyənin çox incə və həssas üsulları tətbiq olunur.Hipospadiya əməliyyatı zamanı uşağın sünnət ediləcək dəridən istifadə olunur, buna görə valideynlər diqqətli olmalıdırlar, uşaqları sünnət etməzdən öncə mütləq həkimlə məsləhətləşməlidirlər.

Hipospadiyanın tipinə görə seçilməsi lazım olan müxtəlif üsullar var. Cərrahi əməliyyat seçilən üsuldan asılı olaraq 1 ilə 4 saat arasında davam edə bilər.

SON MƏQALƏLƏR
2 şərh
  • Elşən

    Həkim Salam mənimdə sünnətinə bağlı Prawle mum var ancaq mənim 30 yayım var onu bərpa etmək olar

    • Fuad Nəzərov

      Salam. Sizin probleminizi həkim bildikdən sonra onun həll yollarını izah edə bilər. Sağ olun

ŞƏRH YAZIN