Kemoterapiya Haqqında Bilmədiklərimiz

Müəllif
Bölmə Beyin Sağlamlığı, Kemoterapi

Nədir?

Kemoterapiya, şişin dərmanla müalicə edilməsi deməkdir. Cərrahişüa müalicəsi ilə birlikdə şiş müalicəsinin çox mühüm bir hissəsidir. Kemoterapiya ilə şiş hüceyrələri öldürülür və ya şişin böyüməsinin qarşısı alınmağa çalışılır. Bəzən tək, bəzən bir neçə dərman müxtəlif yollarla verilərək tətbiq edilir.

Kemoterapiya ilə məşğul olan elm sahəsinə Tibbi Onkologiya,bu sahədə çalışan həkimə isə Tibbi Onkoloq deyilir. Tibbi onkologiya ayrı bir ixtisas sahəsidir; Tibbi onkoloq şiş müalicəsi sahəsində ixtisaslaşmış bir daxili xəstəliklər mütəxəssisidir.

Şişin cinsinə və xəstənin xüsusiyyətlərinə görə; Şişi tamamilə yox etmək və xəstəni yaxşılaşdırmaq,şişin yayılmasının qarşısını almaq,şişin böyüməsini dayandırmaq və ya zəiflətmək,şişin səbəb olduğu əlamətləri yox etmək üçün kemoterapiya tətbiq oluna bilər. Təsirli bir müalicə üsulu olmasına baxmayaraq bəzi hallarda şişi tamamilə məhv etməyib, sadəcə əlamətlərini düzəldərək rahat bir həyatla təmin edə bilər.

Bəzi şişlərdə yeganə müalicə üsulu kemoterapiyadır. Digərlərində isə kemoterapiya digər müalicələrlə (cərrahi və radioterapiya) arxa-arxaya və ya eyni zamanda tətbiq olunur. Məsələn, əməliyyatdan əvvəl şişi kiçiltmək məqsədilə və ya əməliyyatdan sonra yayılmasının qarşısını almaq üçün kemoterapiya edilə bilər. Eyni üsullar radioterapiyadan əvvəl və sonra 48978678087418_1260723785 tətbiq edilə bildiyi kimi, radioterapiya ilə eyni anda müxtəlif üsullarla də kemoterapiya tətbiq oluna bilər. Kemoterapiya dərman vasitələrinin seçimi şişin cinsi, yayılmış vəziyyəti, xəstənin yaşı, ümumi vəziyyəti və mövcud başqa xəstəliklərinə (ürək xəstəliyi, yüksək təzyiq, şəkər xəstəliyi və böyrək xəstəliyi) görə tibbi onkoloq tərəfindən aparılır. Seçilən dərmanların dozaları və tətbiqi tezliyinə də yenə tibbi onkoloq tərəfindən bir çox müxtəlif faktor göz önündə tutularaq qərar verilir.

Əlavə olaraq bunu qeyd etmək istəyərdim ki,ailə və yaxınlarınızın sizin şiş müalicəsi aldığınızı öyrəndikləri zaman sizə, xəstəlik üçün faydalı olduğu söylənən müxtəlif qida, vitamin və dərmanlar qəbul etməyinizi təklif edə bilərlər. Bu cür təkliflər tez-tez televiziya, qəzet və jurnallarda şişirdilərək bəhs edilən müalicələrdir. Təəssüf ki, bunlar əsasən dəqiq və ya tam olmayan məlumatları əhatə edir.Şiş müalicəsində real irəliləyişlər əsas tibbi kəşflərin (yəni dərman və üsulların) klinikada uzun müddət sınanması və inkişaf etdirilməsi ilə təmin olunur.Hər kəsə təklif edilmədən öncə diqqətli araşdırmalar aparılması şərtdir. Müsbət təsiri sübut edildiyi zaman dünyanın dörd bir tərəfindəki xəstələr üçün istifadəyə verilir. Əgər bu cür müalicələrdən istifadə etməyi düşünürsünüzsə və ya istifadə edirsinizsə həkiminizə mütləq məlumat verin.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN