Əməliyyat üçün hansı üsulu seçməliyəm?
Günümüzdə öd kisəsi daşının ən uyğun əməliyyat şəkli (qapalı) laparoskopik üsuldur. Ancaq bəzi xəstələrdə keçirilmiş əməliyyatlar səbəbiylə ya da qapalı əməliyyatın texniki olaraq aparıla bilinmədiyi hallarda açıq əməliyyat tətbiq oluna bilər.
Açıq və qapalı-laparoskopik əməliyyatlar arasındakı fərqlər nələrdir?
Qarın içindəki əməliyyat hər iki üsulda da eynidir; Öd kisəsi, bağlı olduğu yerdən ayrılaraq çıxarılır. Aradakı fərq qarın divarındakı əməliyyatdadır. Açıq əməliyyatda qarında bir kəsik açılır, əməliyyat sonrası xəstəxanada daha çox qalmaq lazım gəlir, sağalma müddəti daha uzundur, gündəlik həyata geri qayıtmaq daha çox vaxt alır, əməliyyatın izi qalır. Qapalı üsulda kəsik və iz yoxdur, qarın divarında 3-4 ədəd deşikdən əməliyyat keçirilir, xəstəxanada daha az qalınılır, gündəlik həyata qıssa müddətdə qayıdılır (adətən 3-7 gün), ağrı daha olur.
Öd kisəmdə polip aşkar edilərsə bunun müalicəsi necədir?
Poliplər öd kisəsinin daxili səthini örtən təbəqənin ət xalı şəklində çoxalmaları və ya xolesterin kristalı yığılması ilə yaranırlar. Poliplər birdən çox sayda olub şikayətə səbəb olursa, daş kimi qiymətləndirilib əməliyyat aparılır. Polip ölçüsü 1 sm-dən çox isə xərçəng olma riski səbəbiylə əməliyyat edilir. Balaca və şikyəti olmayanlar fasilələrlə ultrasəs ilə təqib edilirlər.
Öd daşları,kisə xaric edilidikdən sonra təkrar olarmı?
Öd kisəsi çıxarıldığı üçün öd kisəsi daşı bir daha əmələ gəlmir.
Öd kisəsinin vəzifəsi nədir?
Öd kisəsi, qara ciyərdə ifraz olunan ödü saxlayan və yeməklərdən sonra yağ həzmi üçün ödü bağırsaqlara boşaldan bir orqandır.
Öd kisəsi tamamilə, yoxsa sadəcə kisədəki daşlar xaric edilir?
Öd daşları, öd kisəsinin bir xəstəliyidir. Sadəcə daşlar çıxarılsa bir müddət sonra həmin daşlar yenidən yaranır. Həmçinin öd kisəsi olmadan da normal həyatımızı davam etdirərik. Bu səbəblə yalnız daşı xaric etmək deyə bir müalicə yoxdur; Öd kisəsi, daşlarla birlikdə çıxarılır.
Salam.Menim od kisemde 5,6,7,8,9 mm boyukluyunde dawlar movzuddur.Deqiw bilmek isteyerdim,bu dawlar mualice ve pehrizle gede bilermi yoxsa cerrahi mudaxilemi lazimdi?
Salam.Xeyr bu daşlar müalicə və pəhrizlə gedə bilməz ancaq operativ yolla nəticə əldə etmək olar.Sağ olun.
Salam.od dasi emeliyyatinda dasi xaric edib odu saxlamaqla emeliyyat mumkundurmu.aparilirmi??
Salam. Daşları xaric edib öd kisəsinin saxlanılması əməliyyatı tarixdə qalıb. Bu əməliyyata göstəriş çox məhduddur.Sağ olun
Salam hekim… Bilmek isteyerdimki laparoskopik öd emeliyyatin olunduqdan neçe müddet sonra hamile qalmaq olar. ????
Salam. Laparoskopik əməliyyatdan qıssa müddət sonra hamilə qalmaq olar. Sağ olun
Salam doktor men artiq 1hefdediki odumnen emeliyyat olmusam.ama cerrahi yolla yeni laporoskopik deyil.bilmey isdiyirem men ne vaxt cime bilerem ve normal yemeye ne zaman baslaya bilerem.cunki hele bulyon yogurt qatiq yeyirem
Salam.Əməliyyatdan sonrakı gediş əməliyyatın ağırlığından asılıdır. Sağ olun
Birdə sualım var ümumiyyətlə öd kisədə olan 5 və 3 mm olan poliplərin müalicəsi varmı? Yoxsa mütləq əməliyyat olunmalıdı? Xahiş edirəmki cavablandırasız indidən təşəkkür edirəm.
Salam. Siz USM müayinəsi aparın nəticəsinə uyğun sizə əməliyyat növü təklif olunacaq. Sağ olun
Mənim ödümdə 5mm poliplər var əməliyyat deyiblər.İki aydıki gözümün içində sarılığ var o keçmir deyə əməliyyat edə bilmirlər.İki aya poliplərin böyümə ehtimalı var?
Salam. Sarılıq xəstəliyi öncə müalicə olunmalıdır. Sağ olun
Salam.men laparoskopik emelliyyat olundum 3cu gunumdu.ciyin hissesinde agrilar olur.bulyon yemekleri yeye bilerem.bide emeliyyatdan sonra bayra cixmamisam uje 4den coxdu.bu neyneynen elagedar ola biler?
Salam. Bağırsaqların əməliyyatdan sonra parezi ilə əlaqəlidir. Sağ olun
Coxsagolun.her weye gore
Sağ olun
Salam. Mene uzi zamani dediler ki od kisende olcusu boyuk olandawlar var.Teessuf ki emeliyyat olmalisan. Indi cox qorxuram ki emeliyyat zamani desinler ki xercengdi bele ola biler yoxsa
?
Salam. Bizim klinikada belə problemlərlə üzləşməmək üçün öncə hər tərəfli yoxlayıb qərar veririk. Sağ olun
Salam. Laparoskpik öd kisəsi əməliyatında tikiş olmur ki sonra sökülə. Sağ olun
Salam, zehmet olmasa bilen varsa yazsin. Od emeliyyatindan neche gun sonra tikishler sokulmelidir?
Salam. Siz öd kisəsində olan polipə görə narahat olmayın. Hamiləliyinizi normal başa çastdırın.Öd kisəsində olan patologiya çox asan formada həll oluna bilər. Sağ olun
salam hekim.menim odumde polipler var 6mm idi 4aya oldu 9mm.hamileyem 8 ayliq qorxuram ki 2aya 1sm i kecer.siz ne meslehet gorursuz?
Cox sagolun cavablandirdiginiz ucun.Allah her zaman komeyinizde olsun
Sağ olun
Salam doktor.Atamin odunde polip var.yuxarida qeyd etmisiniz ama bagiwlayin bawa duwmedim tibbi terminde yazdiginiz ucun.emeliyyat olunduqda polip cixarilir yoxsa od?evvelceden oz tewekkurumu bildirirem
Salam. Öd kisəsində olan poliplər öd kisəsi ilə birlikdə çıxarılır. Yeni xolesistektomiya əməliyyatı icra edilir. Sağ olun
Hekim mende qebzlik Cox du. Derman icmesem umumiyyetle gede Bilmirem. Polip olduguna olarmi ele.axir vaxtlar odumde agrilarim Cox artib. Onceden tesekkurler.
Salam.Öd kisəsində polip olmasının qəbizlik xəstəliyi ilə əlaqəsi yoxdur. Sağ olun
Salam.menim odumde polip var.bilmek isteyirem onu emeliyyat etdirsem od cixarilir. Yoxsa tek polip.birde emeliyyati an Sonra geri qayitma ehtimali varmi
Salam. Siz dediyiniz vəziyyət bizə çox tanışdır.Əməliyyatın gedişi belədir: Laparoskopik Xolesistektomiya aparılır və polip yaranma ehtimalı qəti olaraq yoxdur. Sağ olun
Cox sagolun.cavaba gore.
Sağ olun
Salam hekim…menim od kisemde polip var..1ci defe martda bildim olcusu 4.9mm idi..3ayliq kecenden sonra bu ayin 9u yoxlatdim olcusu 6.1mm olub..bu olcude oldugda emeliyyata ehtiyac varmi??20yasim var..od kisem tam goturulse sonradan hamilelikle bagli problemim olmazki?umumiyyetle od goturuldukde nese problem olur sonradan??polipe gore yarpiz cayi icirdim her gun 3ay boyunca..ama eksine artib olcusu…tebii yolla mualicesi var polipin??
Salam. Öd kisəsində polip xəstəliyi əməliyyata göstərişdir. Sağ olun
Salam. Anama od kisesini emeliyyat etdirmeyi meslehet gorubler. Laporoskopik usulla emeliyyat neceye basa gelir. Xahis edirem semimi yazin
Salam. Laparoskopik xolesistektomiya əməliyyatı dünyada ən çox yayılmış əməliyyat növüdür. Bu gün həmin əməliyyat çox uğurla Avropa Cərrahi Protokoluna uyğun olaraq bizim klinikada tətbiq edilir. Sizi maraqlandıran mailiyyə məsələləri isə xəstə-həkim görüşməsi əsnasında yəni əməliyyatdan öncə dəqiqləşdirilir. Qiyməti isə çox münasibdir. Əlaqə tel: 050 226 50 50. Sağ olun.
Salam.Mumkunsə öd kisəsində-Qaraciyərdə Lanbiya qurdu aşkarlanarsa insanin səhəttində xasiyyətində hansi fəsatlar baş verir.Yani bu qurddan yaranan əlamətlər.Və necə mualicə etmək lazimdir
Salam. Öd kisəsində lyamblioz xəstəliyi bu gün aparılan müalicə nəticəsində tam və fəsadsız müalicə olunur. Onun üçün Siz həkimə müraciət etməlisiniz. Laborator təsdiqini tapandan sonra müalicə protokoluna uyğun olaraq dərman preparatlarlarından istifadə edəcəksiniz. Onu demək istəyirəm ki Siz xəstəlikdən tam azad olacaqsınız. Sağ olun.