Laparoskopik NİSSEN FUNDOPLİKASİYA Əməliyyat Üsulu

Nədir?

Reflyuks əməliyyatı ən çox həyata keçirilən cərrahi əməliyyatlardan biridir. Laparoskopik üsuldan istifadə edilərək bu cərrahi əməliyyat tətbiq olunur. Ağrısı çox azdır və xəstələr tərəfindən çox yaxşı qəbul edilir. Xəstələrdə laparoskopik əməliyyatı həyata keçirməyə mane olacaq bir səbəb olmadığı müddətcə açıq cərrahiynissenyə seçilmir.

Daha çox tətbiq olunan üsul laparoskopik Nissen Fundoplikasiyasıdır. Rudolf Nissen tərəfindən tətbiq olunmuşdur. Rudolf Nissen Alman Nasist zülmündən qaçaraq Türkiyəyə getmiş və orada bu əməliyyatları həyata keçirmişdir.

1-ci Mərhələ: Yemək borusunun ortaya çıxarılmasıdır. Bu mərhələdə mədə-yemək borusunun birləşdiyi nöqtə üzərində çalışılır və bütün struktur ortaya qoyulur. İstifadə edilən alət elektrik cərəyanı verərək qanaxmanı dayandıran bir qayçıdır.

2-ci Mərhələ:Bu mərhələdə xüsusi bir alət ilə yemək borusunun arxasından keçilir və yemək borusu havaya qaldırılır.

3-cü Mərhələ:Yemək borusunun diafraqmadan keçdiyi boşluq tikiş və ya yamaq yolu ilə daraldılmalıdır. Bu mərhələdə yemək borusunun diafraqmadan keçdiyi açıqlıq (hiyatus) tikişlərlə daraldılır.

4-cü Mərhələ:Bu mərhələdə mədənin üst hissəsi yemək borusunun arxasından keçirilir.

5-ci Mərhələ:Bu mərhələdə mədənin ən ideal şəkildə, yəni boş olaraq yemək borusunun arxasından keçirilir. Bundan sonrakı mərhələdə mədənin iki tərəfi ilə yemək borusu arasına tikişlər qoyularaq əməliyyata son verilir.

Gastroözofageal reflyuks xəstəliyinin prioritet müalicəsi tibbidir (dərmanlar + həyat tərzi dəyişiklikləri). Bgastro01ir çox reflyuks xəstəliyindən əziyyət çəkənlər sadə tədbirlərlə xəstəlikləri ilə bağlı problemlərdən xilas ola bilərlər. Gepatologiya olaraq təqib edilən reflyuks xəstələrinin arasında kiçik bir qrup xəstənin isə əsas müalicə üsulu cərrahi olmalıdır. Hansı xəstələrin cərrahi müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirmək üçün ətraflı təhlillərin aparılması lazımdır. Reflyuksda əsas məqsəd yemək borusu-mədənin birləşdiyi nöqtədə yeni bir qapaq mexanizmi yaratmaq, pozulan His aspektini yenidən yaratmaq və diafraqmadakı (əgər varsa) qrıjanın ortadan qaldırılmasıdır.

Sağdakı şəkildə Rosetti modifikasiyasının bir nümunəsi görülən Nissen üsulunda mədənin fundusu (gastro02üst hissə) yemək borusunun ətrafına sarılaraq tikilir. Buna görə mədədə olanların yemək borusuna qaçmasının qarşısı alınır. Eyni əməliyyatda yemək borusunun diafraqmadan keçdiyi yer daraldılır. Daha əvvəl açıq olaraq keçirilən bu əməliyyat indi isə qapalı olarak həyata keçirilir. Açıq üsula görə qapalı üsulda daha az ağrı duyulur. Dəridə kosmetik görünüşün pozulmaması da əhəmiyyətli bir üstünlükdür. Klinikamızda ən çox tətbiq olunan üsul laparoskopikdir.

Angelchik protezi daha qədim dövrlərdə müraciət edilmiş bir üsuldur. Bu metodda yemək borusunun əgastro03trafına silikon bir protez qoyularaq reflyuks müalicəsi tətbiq edilməyə çalışılır. Hal hazırda bu üsul istifadə edilmir. Bunun səbəbi bu protezin mədəyə zərər verməsi və deşilmələrə yol açmasıdır.

Reflyuks cərrahiyyəsi tətbiq olunacaq xəstələrə mütləq yerinə yetirilməsi lazım olan manometr testi igastro04lə yemək borusunda bir hərəkət pozğunluğu (motilite) olub olmadığı təyin edilməlidir. Motilite pozğunluğu olan xəstələrdə mədəni yemək borusunun ətrafına 360 dərəcə sarımaq udma çətinliyi kimi çox ciddi problemlərə yol aça bilər. Manometr testi ilə motilite pozğunluğu aşkar edilən xəstələrdə Tuopet və ya Dor üsulları tətbiq oluna bilər. Bu iki üsulun Nissen üsulundan fərqi yemək borusunun qismi olaraq sarılmış olmasıdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN