Mədə mikrobu və Xoralar

Müəllif
Bölmə Mədə mikrobu və Xoralar

Dünyada ən geniş yayılmış infeksiyalardan biri olan Helicobacter Pylori İnfeksiyası yarandığı anda xaric edilir və müalicə edilmədikcə həyat boyu davam edir.

Nədir?

Mədə yaralarının qısaca xarakterizə olunması və formalaşmasında rol oynayan mədə mikrobu – Helicobacter Pyloridir.

Xora Necə Yaranır?

Bir çox xora Helicobacter Pylori mikrobunun varlığı ilə meydana gəlir. Duodenal (onikibarmaq bağırsağı) xoralarda Helicobacter Pylorinin varlığı %100-ə yaxın nisbətlə təyin edilmişdir. Bəzi xəstələrdə Helicobacter Pylori vardır, ancaq xora olmaz, buna görə Helicobacter Pylori varlığı ilə birlikdə başqa amillər də məsələn; genetik -olduğu güman edilir. Helicobacter Pylori varlığı xora əmələ gətirməsindən başqa xroniki qastrit yaratdığı qətidir, sonrakı yaşlarda mədə xərçəng xəstəliklərinə yol verdiyi də güman edilir.

Xoranın Səbəbləri Nələrdir?

Mədə və duodenal yaraların başlıca səbəbləri; Qan qrupu sıfır olan kəslər, psixoloji stress, travma, cərrahi əməliyyat kimi müxtəlif fiziki streslər,alkoqol, kofein və siqaret çəkmək, uzun müddətli aspirin, kortizon və ya antienflamatuvar – naproxen sodium və bənzəri – dərman istifadəsi kimi sayıla bilər.

Mədə Mikrobu Helicobacter Pylorinin Xüsusiyyətləri Nələrdir?xora

Duodenal xoraların %95-də H. Pylori olur və bu aradan qaldırılmaz isə orqanizmdə xora əmələ gəlir. Bu səbəblə, günümüzdə Helicobacter Pylorinin aradan qaldırılması, xora müalicəsinin mühüm bir hissəsini təşkil edir. Bunun üçün çox müxtəlif antibiotiklərdən istifadə edilir. Az da olsa müqavimətli mikrob qrupları vardır.

Payızda və yazda mədə ağrıları və digər şikayətlər artır. Növbəli – gecə çalışan- zavodlarda,fabrikalarda çalışan işçilərdə, sosial peşələrdə, məhkəmə və təhlükəsizlik işçilərində, müəllim, həkim, jurnalistlərdə, ev qadınlarında tez-tez rast gəlinir.

Peptik Xoranın Başlıca Əlamətləri Nələrdir?

Yeməkdən sonra ya da ac olan zaman qarının üst hissəsində yanma şəklində ağrı, gecələr mədə bulanması və mədə ağrısıyla yuxudan oyanmaq – xüsusilə duodenum xorasında, qida qəbulu ilə keçən ağrı, qusma və ağrının qusmaqla ortadan qalxması, qaz, hədsiz acmaq ya da anoreksiya, anemiya və çəki itkisi kimi əlamətləri saymaq olar.

Xora Təhlükəlidir?

Xoraların təhlükəli nəticələri vardır: Mədə qanaxmaları, mədə yırtılmaları -perforasiya- və bağırsaq tutulmalarıdır. Müalicə zamanı cərrahi əməliyyat məcburi ola bilər.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN