Lipoma,Anqiolipoma və Müalicəsi

Müəllif
Bölmə Piy Vəziləri - Lipoma

Lipoma Nədir?

Lipoma bədənin hər hansı bir hissəsində yağ toxumalarından ibarət olan xoşxassəli kütlədir. Ümumiyyətlə ağrısız və yumşaq tərkibli olur. Bəzən şikayətlərə yol açmadığına görə çox böyük ölçülərə qədər böyüyə bilər. İltihablı yağ vəziləri (zəhərli lipoma) çox ağrılı və sərt olur.
Lipomanı vücud yaradır, insanların elədiyi bir şeyə bağlı olaraq yaranmırlar. Var olan lipomalar içərisində yağ hüceyrəsi olduğu üçün çəkisi artaraq böyüyürlər. Anadangəlmə olduğu kimi sonradan da hər hansı bir yaşda yara bilər.lipoma

Lipomaların böyük əksəriyyəti xoşxassəlidir,amma çox az miqdarda da olsa bədxassəli olurlar.

Lipoma diaqnozu müayinə ilə qoyulur. Şübhəli hallarda sarkoma, liposarkom və ya başqa bir şey yaranma ehtimalı varsa; USM ilə müəyyən edilir.

Xəstələrin çoxu bu kütlələrin görüntüsündən şikayətçi olurlar. Kəskin müalicəsi isə cərrahi müdaxilədir.

Lokal anesteziya altında aparılan cərrahi müdaxilə ilə lipoma toxuması tamamilə çıxarılmalıdır, əks təqdirdə təkrar etmə ehtimalı vardır.

Anqiolipoma Nədir?

Tibbi baxımdan isə anqiolipomalar lipomalara çox bənzəyir.Ancaq anqiolipomalar ağrılı olur. Anqiolipomaların dəqiq diaqnozu üçün histoloji müayinənin aparılması vacibdir. Histoloji müayinədə isə yetişmiş adipoz toxuma hüceyrələri ilə kapilyar damarların qarışığından ibarət enkapsulyasiya olunmuş şiş müəyyən edilir.Ümumiyyətlə,lipomalarda damarların proliferasiyası müşahidə edilmir.

Anqiolipoma adipositlərin xoşxassəli törəməsidir və əsasən yeniyetmə və gənclərdə görülür. Anqiolipoma törəmələri adətən çoxsaylı və ağrılı olur.Anqiolipoma diametri 0.5-2.0 sm ölçüdə olan dərialtı yumşaq düyünLipoma (1) kimi çox zaman yuxarı ətraflarda və döş ətrafında görülür.  Anqiolipomalar həm də antiretrovirus terapiyasına başlamış HİV-ə yoluxmuş xəstələrdə də ortaya çıxır.

Anqiolipomaların müalicəsi də cərrahi müdaxilədir. Törəmələrin çoxsaylı olması müalicəsiisə bir çox hallarda çətinlik təşkil edir. Bir çox araşdırmalarda liposaksiyanın uğurlu nəticələr verdiyi görülmüşdür.

SON MƏQALƏLƏR
7 şərh
  • cahangir zeynalov

    doctor umumiyyetle bilmek isteyirem lipoma sixmaqim ne derecede duzqundur, onu sixmaq olardimi. sixmaqimin fesadlari ola bilermi?

  • cahangir zeynalov

    Salam. mende sine nahiyesinde lipoma var idi onu sixib icindeki piyi cixartmiwam. levamikol mazi ile bir nece defe surtmushem. lipomanin yeniden yaranma ehtimali varmi?

    • Fuad Nəzərov

      Salam.Əgər şiş kapsula ilə birlikdə çıxarılıbsa təkrar əmələ gəlməyəcək. Sağ olun

  • feride

    emeliyyat mutleqdi? eger hec bir mudaxile olmasa bawqa fesad verer??

ŞƏRH YAZIN