Qan Azlığının Ələmətləri,Səbəbləri və Müalicəsi

Müəllif
Bölmə Anemiya - Qan Azlığı, Qan Qrupu

Bu yazımda sizlərə qan azlığının əlamətləri, səbəbləri və müalicəsi haqqında məlumat verəcəm.Ümumiyyətlə,qansızlıq sadə bir problem olaraq görülsə də nəzərə alınmalı bir haldır.

Anemiya-Qan Azlığı Nədir?

Qana qırmızı rəngini verən və toxumalara oksigen daşıyan qırmızı qan hüceyrəsi içində olan hemoqlobin adlı zülaldır. Dəmir bu zülalın ən mühüm quruluşudur. Sağlam bir insanın bir desilitr qanında təxminən 12-16,5 qram hemoqlobin olur. Daha açıq şəkildə desək, hemoqlobin 12 gr/dl-dən az olduğu zaman anemiyadan danışmaq olar.

kan

Qan Analizi

Qan azlığı bəzi irsi səbəblərə bağlı olduğu kimi, başqa səbəblərə bağlı olaraq da inkişaf edə bilər.Normal və sağlam qidalanmamaq nəticəsində hemoqlobin və hüceyrə istehsalı üçün lazım olan maddələr kifayət qədər qəbul edilmirsə və ya bilmədən qan itkisinin artması ilə anemiya inkişaf edə bilər. Qan itkisi dəmir itkisinə də yol açır, əgər nizamlı qidalanma ilə itirilən dəmir miqdarı təmin edilə bilinmirsə dəmir çatışmazlığına bağlı qan azlığı inkişaf edir.Xanımlarda görülən dəmir çatışmazlığı anemiyasının ən əhəmiyyətli səbəbi adətlər ilə qan itkisidir. Anemiya insan sağlamlığı baxımından zaman içərisində həyatı əhəmiyyət daşıyan risklər yarada bilər. Dəmir çatışmazlığından başqa B12 vitamini, fol turşusu çatışmazlığı, qan hüceyrələrinin sürətlə yox olması ilə və sümük iliyinin hər hansı bir səbəblə funksiyasını normal yerinə yetirməməsi anemiyanın digər səbəbləri arasında yer alır.

Anemiyanın-Qan Azlığının Əlamətləri Nələrdir?

Qan azlığının daha çox görülən əlamətləri halsızlıq, tez yorulma, yuxu istəyi, baş dönməsi; Daha ağır hallarda isə yol gedərkən, pilləkən-yoxuş çıxarkən döyüntü, nəfəs darlığı kimidir.Qan azlığında halsızlıq, döyüntü kimi əlamətlər ilə birlikdə; Yaddaş problemləri,diqqəti bir yerə toplama qüsurları, üşümə, ürək sıxıntısı,saç tökülməsi və dırnaqlarda qırılma, dil və dodaq kənarlarında yara kimi fiziki təsirlər də görülməkdədir. Bunları emosiyanal və fiziki performans pozğunluğu kimi qiymətləndirmək olar. Qan azlığı olması insanın ailə və sosial həyatına mənfi təsir göstərir. Qan azlığı yüngül əlamətlərlə ortaya çıxsa belə, mütləq ətraflı araşdırılmalı və müntəzəm olaraq nəzarətdə saxlanılmalıdır. Bu əlamətlər aradan qaldırılmadığı zaman ortaya daha ciddi bir mənzərə çıxacaq.

Anemiyanın Diaqnozu Necə Qoyulur?

Anemiya bir xəstəlik olmayıb başqa xəstəliklərin əks olunmasıdır. Əvvəlcə bu xəstəliklərin araşdırılması və təyin edilməsi lazımdır.

Qan azlığı diaqnozunu qoymaq üçün ilk növbədə mütəxəssis bir həkim tərəfindən müayinə aparılır sonra xəstənin şikayəti də nəzərə alınaraq, qan analizi verilir. Mütləq təcrübəli həkimlər tərəfindən qırmızı qan hüceyrəsi və digər qan hüceyrələrinin mikroskopik araşdırması aparılmalıdır. Bu tədqiqlər nəticəsində də diaqnoz qoyulur.

Qan Azlığının Müalicəsi Necə Aparılır?

Qan azlığı səbəbinə bağlı olaraq müalicə edilir. Buna görə də qanazlığının hansı səbəbə bağlı olaraq inkişaf etdiyi araşdırılmalıdır.

kadınlarda-anemi-kadınlarda-kansızlık

Anemiya

Dəmir çatışmazlığı müalicəsində körpələrdə sirop və ya damcı istifadə edilərkən, yeniyetmələrdə qida yolu ilə dəmir dərmanı verilir. Yeniyetmə xəstədə qan itkisi olub olmadığı araşdırılmalı və qanayan yer aşkar edildikdə müalicəsi aparılmalıdır. Əks halda müalicə ilə xəstənin vəziyyəti düzəldilsə belə qan azlığı qısa müddət ərzində təkrar ediləcək. Hemoqlobin səviyyəsinin normal hala gəlməsindən sonra orqanizmdəki dəmir ehtiyatı normal səviyyəyə gələnə qədər müalicə davam etdirilir. Müalicə müddətini mütəxəssis bir həkim təyin edir. Bu müddət təxminən 4-6 ay arasında dəyişə bilər.

Deməli qan azlığı (anemiya) insanın ümumi sağlamlıq vəziyyəti baxımından həyati əhəmiyyətə malikdir. Yay aylarında qış aylarındakı qədər güclü olmasa da, üşümə, həmçinin halsızlıq, döyüntü kimi əlamətlərin qan azlığı səbəbi ilə ola biləcəyini unutmamaq lazımdır.

SON MƏQALƏLƏR
4 şərh
  • malya

    salam hekim mende qan azlığı var başgicəllənməsi təngnəfəslik güclü ürək döyünməsi nəyisə götürmək üçün əyilib qalxanda başım förlanır gözüm qaralır tez yoruluram isti havada halsız qışdada üşütməm kəsmir unutqanlıqda olur vəziyyətim nə dərəcədə ciddidi

  • Fuad Nəzərov

    Salam. Qanda olan hemoqlobini artırmaq üçün siz düz edirsiniz təyin olunmayan dərmanlardan istifadə etmirsiniz. Ancaq təbii olan bitkilər sizə daha yaxşı təsir edər. Sağ olun

  • Anonim

    Salam həkim 29heftelik hamiləyem gemoqlabinimde 90di ne yesem qanim qalxar heç bir dermanan isdifade etmirem

ŞƏRH YAZIN