Qaraciyər Piylənməsi

Müəllif
Bölmə Qaraciyər - Cərrahi Əməliyyat

Nədir?

Qaraciyər piylənməsi qaraciyərin özünü qorumaq üçün yaratdığı piy vəzləridir.Piylənmə ilə birlikdə iltihab olarsa, bu vəziyyət əvvəl qaraciyər hüceyrə pozğunluğuna (nekroz), sonra fibroza və oradan da qaraciyərin sirrozuna gətirib çıxarır. Qaraciyər piylənməsi olan insanlar; əgər artıq dərəcədə kökdürsə, mütləq arıqlamalı, yağlı qidalardan uzaq qalmalıdır, bol meyvə tərəvəz istehlak etməli və nizamlı məşq etməlidir. Ən əhəmiyyətlisi də mütləq bu sahədə mütəxəssis olan bir həkimə müraciət etməlidir.

Qaraciyər yağlanması; Qaraciyər hüceyrələrində normadan çox, hətta bəzən ifrat dərəcədə yağ toplanması səbəbilə meydana gələn tibbi bir haldır. Cəmiyyətdə hər 4-5 nəfərdən birində qaraciyər piylənməsi görülür. Qadın və kişidə eyni sayıda görülür. Normal sağlam bir insanda qaraciyər hüceyrələrində az miqdarda yağ görükaraciger-yaglanmasilə bilər və bu hər hansı bir xəstəliyə səbəb olmur. Ancaq qaraciyərdə piylənmə çox miqdarda olduqda, bir sıra struktur və funksional dəyişikliklərə yol açır.

Qaraciyərdə hədsiz yağ yığılıb qalması nəticəsində 2 vəziyyət meydana gəlir:

-Qaraciyərdə piylənmənin bir nəticəsi olaraq qaraciyərdə iltihab meydana gəlir və tibb dilində buna Steatoheapatit adı verilir.

-Qaraciyərdə yalnız yağlanma olması və hər hansı bir iltihabın olmaması Steatohepatit inkişaf etdiyində bu zamanla qaraciyər hüceyrələrinin məhv olmasına (nekroz) yol açır və fibroz deyilən, eyni zamanda qaraciyər sirrozunun başlanğıcı sayılan vəziyyətə səbəb olur. Nekroz inkişaf etdikcə xəstəlik qaraciyərin sirrozu olmasına doğru irəliləyir. Bu mövzuda aparılan araşdırmalarda steatohepatiti olan xəstələrin də qaraciyərdə fibroz, -15-də isə qaraciyər sirrozu inkişaf edəcəyi müəyyən edilmişdir. Həmçinin steatohepatite bağlı inkişaf edən qaraciyər sirrozu fonunda qara ciyər xərçənginin də inkişaf etdiyi göstərilmişdir. Bu səbəblə qaraciyər piylənməsi diaqnozu qoyulan xəstələrin vəziyyəti ətraflı bir şəkildə dəyərləndirilməli və nəzarət altında saxlanılmalıdır.

SON MƏQALƏLƏR
4 şərh
  • leman

    Salam hekim. Əvvəlcə maarifləndirici məlumat verdiyinz ucun tesekkur edirem.
    3-4 gundur sag boyrek etrafinda agri hiss edirdim, dunen qan analizi ve idrar analizleri goturuldu ve bu gun uziye dusdum. Uziden cavab— İmpression: diffuse hepatic fatty infiltration- grade1. Xahis edirem aciqlaya bilersiz bu ne qeder ciddi bir sheydir, ya dietle ohdesinden gelmek olarmi,,??? 1.72 boyum var 69 kl.yam

    • Fuad Nəzərov

      Salam. USM nəticəsinə görə qaraciyər piy infiltrasiysi 1 dərcədir. Gələcəkdə pəhriz saxlamaq məcburiyətindəsiniz. Sağ olun

  • sahil

    Ariqlamaq üçün hansisa bir derman varmı

    • Fuad Nəzərov

      Salam. Bəli arıqlamaq üçün bu gün çox preparatlar vardır. Ancaq onların təyinatı çox ciddidir. Xəstəyə göstəriş hər tərəfli yoxlandıqdan sonra verilir. Sağ olun.

ŞƏRH YAZIN