Qarındakı Köpün Səbəbləri Nələrdir? Bağırsaq Qazından Xilas Olmağın Yolları

Müəllif
Bölmə Bağırsaq Qazı Səbəbləri

Bağırsaq qazları ən pis vaxtlarda sizi yaxalaya bilər;Bağırsaq qazını (flatus) çıxarmaq ümumiyyətlə ciddi bir şey olmasa da, çox utandırıcı ola bilər.
Əslində hər kəs oksigen, azot, hidrogen, karbon dioksid və metan qarışığından ibarət olan qazı gündə ən az 12 dəfə və ya daha çox çıxarır. Ancaq bəzi insanlar çox zaman həddən artıq qazın olmasıdan şikayət edirlər. Bəzi hallarda, çıxara bilmədiyiniz qaz ya da irritabl bağırsaq sindromuna (IBS), laktozaya qarşı həddindən artıq həssaslıq və ya mədə soyuqdəyməsinə (gastroenterit) bağlı qaz güclü və arabir ağrıya səbəb olur.
Qaz əmələ gəlməsinə mane ola bilmərik ancaq, bir neçə sadə tədbirlə ifraz etdiyiniz qazı beləliklə də narahatlığınızı azalda bilərsiniz.

Köpün Əlamətləri

1_100

Həzm Sistemi

İnsanların çoxunda həddən artıq qaz və qaz ağrısının əlamətləri müəyyəndir.Bunlar:
Qarında şişlik (distansiya)
Gəyirmə və ya qaz çıxarma şəklində,istəkli ya da istəksiz qaz çıxarma
Qarında kəskin batıcı ağrılar olması. Bu ağrılar qarnınızın hər hansı bir yerində ola bilər və yerləri sürətlə dəyişə bilər. Mədənizdə “düyünləşmə” hissi ola bilər.

Köpün Səbəbləri

Yeyərkən və içərkən hava udarsınız. Əsəbi olduqda da bilmədən hava udulması. Bu hava, həzm sisteminin aşağı hissəsinə doğru qaz yaranması üzrə irəliləyir. Ancaq qaz, ən aşağı bağırsaq segmentində, nazik bağırsaqda həzm edilməmiş karbohidratları yoğun bağırsaqdakı bakteriyalar qıcqırma etdiyi zaman əmələ gəlməkdədir. Təəssüf ki, meyvə, tərəvəz, dənəli bitkilər (lobya və yaşıl noxudlar) kimi sağlam qidalar çox vaxt ən çox narahatlıq verən qidalardır.

Səbəbi, bu qidaların daha çox lif tərkibli olmasıdır. Lifin həzm sistemini yaxşı işlətmək, qan şəkərini və xolesterini tənzimləmək,infarkt və digər ürək problemlərinə mane olmaq kimi bir çox faydaları vardır, ancaq qaz yaranmasına da kömək edir. Məsələn, Metamucil və Fiberall kimi psilyum tərkibli lifli konsantratlar, xüsusilə ərzaqlara çox sürətli bir şəkildə əlavə edilərsə, asanlıqla belə problemlərə səbəb olmaqdadır.
Mədə soyuqdəyməsi və ya qida zəhərlənməsində olduğu kimi bəzi kəskin xəstəliklərdə, həddən artıq qaz meydana gələ bilər. Divertikulit, IBS və ya xoralı kolit və ya Crohn xəstəliyi kimi enflamatuar bağırsaq xəstəliyinin olduğu daha ciddi xroniki hallarda bir neçə əlamətdən biri də qaz olur.

Antibiotik istifadəsi, bağırsaqdakı normal bakteriya florasını pozduğundan qaz yaranmasında rol oynaya bilər. Laksatiflərin həddən artıq istifadəsi və ya qəbizlik yaradan konstruktiv dərmanlar da problemə kömək edə bilər.

Qaz və köplük, əsasən südlü ərzaqları yeyəndən sonra meydana gəlirsə, orqanizm süd məhsullarındakı şəkəri (laktoza) həzm edə bilməməkdədir. İnsanların çoxu 6 yaşından sonra laktozanı kifayət qədər qəbul etmir və bəzi yeni doğulan körpələrdə belə laktozaya qarşı həddindən artıq həssaslıq vardır. Xüsusilə, buğdada və bəzi digər taxıllarda olan glutendə olduğu kimi digər qidalara həddindən artıq həssaslıq da qaz, ishal və hətta kilo itkisinə də səbəb ola bilər.
Orqanizmin bəzi şəkərsiz ərzaqlar, saqqız və şəkərlərdə olan sorbitol və mannitol kimi süni şəkərləndiriciləri qəbul edə bilməməsi mümkündür.
Əslində sağlam insanların yarısından çoxunda, bu şəkərləndiricidən istifadə etdikləri zaman qaz və ishal meydana gəlir.
Bağırsaq qazına və ya qəbizlik və ya ishala səbəb olan hər bir şey, qaz ağrılarına da səbəb ola bilər. Kəskin və batıcı olaraq hiss edilən bu ağrılar adətən, bağırsaqda qaz yığıldığı və bunları bayıra çıxara bilmədiyiniz zaman meydana gəlir. Qaz ağrıları adətən şiddətli olub qısa müddətlidir. Qaz ortadan qalxdığı zaman, ağrı da keçir.

Risk Faktorları

Laktoza ya da glutenə qarşı hədsiz hassaslıq varsa meyvə, tərəvəz, dənəli taxıllar baxımından zəngin qidalanırsınızsa ya da irritabl bağırsaq sindromu, divertikulit və ya enflamatuar bağırsaq xəstəliyi kimi xroniki bir bağırsaq narahatlığınız varsa qazla bağlı bir çox probleminizin olması normaldır.

Həkimə Müraciət Etmə Zamanı

Qarnınızın şiddətli, davamlı və təkrarlayan bir ağrı, xüsusilə də mədə bulanması, qusma, qanaxma, kilo itkisi və ya yüksək temperatura mövcud isə həkimə müraciət edin. Bundan başqa, köp ya da köpə bağlı şikayətləriniz normal həyatınızı davam etdirməyinizə mane olursa, həkimlə əlaqə saxlayın. Faktların çoxunda müalicə narahatçılığı azaldır və ya aradan qaldırır.

Köpdən Necə Qorunmaq Olar?

nocanvas_bagirsak-gazi

Bağırsaqdakı Qaz

Aşağıdakı təkliflərdən bir və ya daha çoxu hədsiz qazın yaranmasına mane ola bilər:
Sizi ən çox narahat edən qidaları müəyyənləşdirməyə və onlardan uzaq durmağa çalışın. Bir çox insan üçün narahat edici qidalar arasında lobya, noxud, mərci, kələm, turp, soğan, brokkoli, brüssel kələmi, gül kələm, kələm turşusu, qaysı, banan, alça və gavalı suyu, üzüm, tam taxıllı buğda çörəyi, kəpəkli taxıllar və ya kekslər, ağır yeməklər, pivə, soda, mineral su kimi digər karbonatlı içkilər, süd, krem, dondurma və buzlu süd məhsulları olmaqdadır.
Yağlı yeməklər və qızartmaları azaltmağa çalışın. Çox vaxt köpmə, yağlı yeməklər nəticəsində ortaya çıxır. Yağ, mədənin boşalmasını ləngitməkdə və dolğunluq hissini artırır.

Bir müddət, lif baxımından zəngin qidaları azaldın. Həftələr sonra yediklərinizə yavaş-yavaş bunları əlavə etməyə başlayın. Lif dəstəyi üçün bir şey istifadə edirsinizsə, ilk başladığınız miqdara qayıtmağa və dozanı tədricən artırmağa çalışın. Lifli tərkibli qidalar qəbul edirsinizsə, hər gün ən azı 8 ilə10 stəkan arasında su içməyinizdən əmin olun.
Süd məhsullarının istifadəsini azaldın. Süd əvəzinə, az laktoza tərkibli qatıq kimi qidaları istehlak edin.

Laktozanın həzm edilməsinə yardımçı olan Lactaid və ya Dairy Ease kimi məhsulları da qəbul edə bilərsiniz. Bir dəfədə süd məhsullarından az miqdarda istifadə etmək və ya digər qidalarla birlikdə yemək həzm sistemini asanlaşdırır. Ancaq bəzi hallarda, süd məhsullarından tamamilə uzaq durmaq lazımdır.
Yavaş yeyin, yeməyinizi yaxşıca çeynəyin.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN