Uşaqlarda Sidik Qaçırmasının Səbəbləri və Müalicəsi

Müəllif
Bölmə Sidik Qaçırma - Enurez

Nədir?

Gecə sidik qaçırması dünyada eyni zamanda ölkəmizdə də rastlanan bir problemdir. 5 yaşını keçmiş uşaqlarda gecə səbəbsiz yerə altını islatma kimi təsvir edilir. Normal uşaqlarda xüsusilə çox maye qəbul edildiyi günlərdə gecə altını islatma kimi görülür. Bunun gecə sidiyə getmə olub olmadığını anlamaq üçün hansı tezliklə ortaya çıxdığına baxmaq lazımdır. Əgər bu hal həftədə 2 dəfədən çox olursa o zaman burada bir gecə sidik qaçırmasından söz edə bilərik.

Uşaqlarda gecə altını islatma yalnız gecə rastlanılan bir hal deyil. Bəzi hallarda gündüz də bu cür altını islatma halları görülür.

Gecə Sidik Qaçırmasının Səbəblərialtini_islatan_cocuk_basarisiz_oluyor_1

Gecə sidik qaçırmasının bir çox səbəbi ola bilər. Bu faktorların başında genetik faktorlar gəlir. Gecə altını islatmaqdan əziyyət çəkən uşaqların ailə üzvlərində də körpə ikən bu vəziyyətin görülmə nisbəti 75%-dir. Bununla birlikdə bu uşaqlarda sidik kisəsi tutumu ilə əlaqəli problemlərin olduğu və gecə sidiyin azalmasını təmin edən hormonun bu uşaqlarda az fəaliyyət göstərdiyini müəyyən edən bir araşdırma nəticələri də vardır.

Gecə sidik qaçırmasının psixoloji səbəbləri olduğu da inkaredilməz bir həqiqətdir. Bu cür uşaqlarda məktəbə getmə, köçmə, boşanmalar və s. çətin və stresli hadisələrdən sonra gecə altını islatmaların artdığı görülür.

Gecə Sidik Qaçırmasının Müalicəsi
alt-islatma

Bu xəstəlik zamanla öz özünə keçən bir xəstəlikdir. Ancaq gecə altını islatan uşaqlar bu vəziyyətin yaratdığı utanma hissi ilə depressiyaiçinə qapanma əlamətləri göstərməkdə olduğu üçün ana və ataların mütəxəssis bir həkimdən kömək istəmələri bu mərhələdə əhəmiyyətlidir. Mütəxəssis həkim müalicəyə başlamazdan əvvəl uşağı hərtərəfli fiziki müayinədən keçirməli və problemin altında psixoloji səbəblərin xaricində başqa bir sıra fizioloji səbəblərin olub olmadığını araşdırmalıdır. Əgər aparılan bu tədqiqlərdən sonra sidik qaçırma səbəbləri fiziki deyil isə yuxudan əvvəl daha az maye istehlakı, yuxu əsnasında uşağı oyadaraq tualetə aparılması kimi üsullarla müalicəyə başlanılır. Yalnız müalicənin başlanğıcında istifadə edilən bu üsullarla yaxşılaşan uşaqlar vardır. Əgər bu üsulların bir yararı yoxdursa dərman müalicələrinə başlanılır. Dərman müalicələri çox vaxt uşaq psixoloqları ilə birgə aparılır.

SON MƏQALƏLƏR
5 şərh
  • A.yusif

    Hekim zehmet olmazsa tecili cavablandirasiniz. Qizim 5yasi tamam olub. 1heftedir ki,yalniz gunduzler sidikqacirma olur. Gunde 1 ve ya 2defe olur. Bu ne ile elaqeli ola biler.

  • oksana deniz

    salam doktor.zehmet olmasa sualimi cavablandirardiz.indiden tewekkur edirem.oglumun 10yawi var 1aydir ki,hemen hemen her gun geceleler sidik qacirir.bunun sebebi ne ola biler?mualicesi nedi?

    • Fuad Nəzərov

      Salam. Sizin oğlunuzda enurez xəstəliyidir. Sizin oğlunuzun müalicəyə ehtiyacı var. Sağ olun

  • Halime

    Doktor salam.Oglum 4 yasindadir,geceler altini isladir ,hekim mualice yazdi mulace qurtarandan sonra eyni hal yene yarandi.Bilmek isterdim ki bu veziyyet nece yasina qeder davam edir?evvelceden tesekkur edirem.

    • Fuad Nəzərov

      Salam. Siz enurez xəstəliyini müalicə ilə yanaşı bəzi həkimin verdiyi tapşırıqları yerinə yetirməlisiniz. Sağ olun

ŞƏRH YAZIN