Vaginal Göbələk İnfeksiyası

Müəllif
Bölmə Qadın Sağlamlığı

Nədir?

Vaginal göbələk infeksiyalarına səbəb olan faktorlar aşağıdakılardır:

Şəkər xəstəliyi: Qan şəkər səviyyəsinin nizamsız seyr etdiyi şəkər xəstələrində vaginal maddələrdə və sidikdə şəkər səviyyəsi çoxalır, bu da göbələyin əmələ gəlməsinə səbəb olur.

Hamiləlik: Adətən hamiləliyin 6 ayından sonra hüceyrələrdəki immunitetin zəifləməsi ilə birlikdə kandida formalaşması artır bundan başqa, hamilələrdə vaginada olan qlikogen adlanan bu maddənin artaraq çoxalması da bu xəstəliyin yaranmasına təkan verir. Vaginada olan qlikogenin çoxalaraq artmasına səbəb də qanda olan progesteron və ostrogen səviyyəsinin artımı səbəb olur.

Valinal-enfeksiyon-gebelik-mantarDoğum kontrol dərmanları: Vaginal floranı qarışdıraraq göbələk əmələ gəlməsini asanlaşdırır.

Antibiotiklər: Geniş spektrli adı ilə bilinən güclü antibiotiklər uşaqlıq yolunun normal olan pH tarazlığını pozur və göbələk infeksiyasının əmələ gəlməsi üçün şərait yaradır.

Ana bətni içi vasitə (spiral):Tam olaraq təsiri bilinməməkdədir amma kandidoz üçün meylli bir faktor güman edilir.

İmmunitet sistemi: İstifadə edilən dərmanlar və sistematik xəstəliklərə görə hüceyrə olaraq immunitet sisteminin təzyiqi kandidozu sürətləndirir.

Əlamətləri

Vaginal göbələk əmələ gəlməsinin ən çox görülən və ən mühüm əlaməti vaginada qaşınmadır, gecələr şiddətlənərək artan qaşıntı istinin təsiri ilə daha da intensivləşir. Xəstələrin bəzilərində cinsi əlaqədən sonra ağrı ola bilər. Xəstələrin bir çoxunda genital bölgələrdə yanmalar olur. Adətən, sidik əsnasında sidiyin dəydiyi hissələrdə şiddətli yanmalar yaranır. Vaginal kandidozda hər zaman axıntı olmaz əgər axıntı var isə bu axıntının rəngi ağ və görünüşü kəsik süd və pendir kimi kiçik dənəciklər şəklindədir.

Allergiya Yaradanlargobelek

Ətirlər
Tualet kağızları
Üzgüçülük hovuzlarındakı dərmanlar allergiyaya səbəb ola bilər.
Allergik səth üzərində isə sonradan göbələk infeksiyası yarana bilər.

Yaranan bu axıntılarda pis qoxu hiss edilməz ancaq qoxunun hiss edilməsi kandidiozla birlikdə başqa bir infeksiyanın vaginada mövcud olmasıdır. Genital bölgədə və vaginada şişlik və qızartı ola bilər. Göbələk qızartıları vagina səthinə yerləşə bilər bu səbəblə vaginada qaşıma yolu ilə kiçik qanaxmalar və soyulmalar ola bilər.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN