Varikoz Xəstəliyi Müalicəsi

Müəllif
Bölmə Varikoz-Damar Genişlənməsi

Varikoz Xəstəliyi Diaqnozu

Xəstədə və ailəsində vena xəstəliyi olması
Fiziki müayinə: Varikozlu venalar gözlə görülə bilər.
Dupleks ultrasəs: Venoz qan laxtalarını müəyyən etməyə yönəlik olaraq yüksək tezlikli səs dalğalarından istifadə edən ağrısız bir testdir. Test həmçinin yararsız venları də göstərir.
Venogram: Venlara xüsusi bir boyanın (kontrast maddə) yeridilərək X şüaları köməyilə filmlərinin çəkilməsidir. Ultrasəsin genişlənməsi ilə istifadəsi olduqca azalmışdır.

Müalicəsivarikoz tedavi

Varikoz venların müalicə formaları bir çox faktorlarla təsirlənir. Bunlardan bəziləri şikayətlərin ciddiliyi, venalardakı təzyiqin miqdarı və iltihab olub olmamasıdır. Erkən mərhələlərdə, xəstələrdə təsirlənən ayağın fürsət tapdıqca yüksəldilməsi, ağrı və şişliyi aradan qaldırmaq üçün təsdiqedici elastik corab geyinmələri tələb oluna bilər. Ancaq, bu strategiyalar xəstəliyi ortadan qaldırmaz.

Varikoz venaları ortadan qaldırmağa yönəlik olaraq da bir sıra strategiyalar var. Hər bir strategiyanın hədəfi varikoz venaların hamısını və ya bir qismini aradan qaldırmaq və qan axınının sağlam venalardan keçirilməsini təmin etməkdir:

Kompresiya corabları ayaq venalarındakı qan axınını yaxşılaşdırdığı göstərilmişdir. Şikayətləri yüngül olan xəstələr digər bir kəsmə (qanlı) əməliyyatla müalicə edilmədən əvvəl kompresiya corabları ilə müalicə edilir. Kompresiya corabları, cərrahiyyədən əvvəl başlayıb və sonra da davam ediləcək şəkildə məsləhət görülür.

Skleroterapiya (İnyeksiya terapiyası): Kiçik varikoz venalar üçün tövsiyə edilir. Bu əməliyyat zamanı, duz məhlvarikoz skleroulu və ya bir sklerozan agent kimi bir kimyəvi maddə təsirlənmiş venaya yeridilir. Skleroterapiyadan sonra qanın təkrar venalara dolmasının əngəlləyərək, sağalmalarına imkan yaratmaq məqsədilə kompresiya bintləri tətbiq olunur. Beləliklə xəstə venaların içinin yapışması təmin edilərək qanla dolmasının qarşısı alınır. Skleroterapiya müalicəsi, inyeksiya yerlərində qəhvəyi iz qoyma, dərində olmayan venalarda qan laxtası əmələ gəlməsi, yeridilən kimyəvi maddəyə qarşı allergik reaksiya və yeni spider -hörümcək- venaların formalaşması kimi risklər daşıyır. Böyük varikoz venalar üçün istifadə edilmir.

Lazer: Xəstə vena üzərinə lazer işığı istiqamətləndirilərək venanın yavaşca solmasına və itməsinə səbəb olur. İndilərdə ayaqlardakı varikoz venalar üçün istifadə edilməsinə baxmayaraq, bu proses əslində, xüsusilə üst gövdə və üzdəki kiçik varikoz venalara və spider venalara da tətbiq olunur.

Ambulatuar flebektomiya, lokal anesteziya altında bir sıra dəri ponksiyası ilə daha kiçik varikoz venaları aradan qaldırmaq məqsədilə istifadə edilə bilər. Skarlaşma minimumda saxlanılır.
Vena soyma prosesi, ayağın böyük safen venası kimi böyük varikoz venaları üçün istifadə edilən cərrahi müalicədir. Bu prosesdə, böyük varikoz venanın kifayət qədər hissəsi bağlanır və cərrahi olaraq çıxarılır.
Endoskopik vena cərrahiyyəsi, əsasən ayaq yaralarının xəstəliyə müşayiət etdiyi hallarda tətbiq edilir. Venanın iç üzünə kiçik bir endoskop (incə bir kamerayla təchizatlı fiber optik bir cihaz) yerləşdirildikdən sonra anormal hissələr cərrahi olaraq çıxarılır.Vena ablasiyası, varikoz venaları bağlamaq məqsədilə radyofrekans enerjisi və ya lazer istifadə edən kateter əsaslı bir prosesdir. Bu əməliyyat zamanı, varikoz venası içərisinə uzun və incə bir borucuq (kateter) yerləşdirilir və kateterin uc hissəsi ilə lazer və ya radyofrekans enerjisi verilərək venalar örtülür.

Cərrahi və inyeksiya müalicəsinin hər ikisi də yaxşı nəticələr verməyə meyllidirlər. Ancaq varikoz venaları olan xəstələr, daha sonra təkrar etmə riskini azaltmağa yönəlik olaraq həyat tərzi dəyişiklikləri etməlidirlər.

Varikozun Qarşısının Alınması üçün Üsullar

Həyat tərzi dəyişiklikləri varikoz venaların şikayətlərini ortadan qaldırmağa və təkrar ortaya çıxmasının qarşısını almağa köməkçi ola bilər:

-Nizamlı məşq, xüsusilə də yürüyüş
-Bir yerdə uzun müddət oturmaq yada ayaqda dayanmaqdan çəkinmək lazımdır.
-Dövri olaraq ağırlığı bir ayaqdan digərinə dəyişmək və hər bir ayağı yuxarı aşağı doğru büküp-açmaq. Bu əzələ fəallığı, venalar üzərində qəlbə doğru olan qan axınını asanlaşdırır.
-Fürsət tapdıqca ayaqları ürək səviyyəsindən yuxarıda tutmaq
-Oturarkən ayaq ayaq üstünə atmaqdan çəkinmək (ayaq ayaq üstünə atma, ayaq venalarında güclü geriyə doğru təzyiq yaradır).
-Ayaq venalarındakı lazımsız təzyiqi azaltmağa yönəlik olaraq çəki nəzarəti
-Su keçirməz parça, sıx kəmər, sıx bintləri olan diz üstü, bud üstü corab kimi dar geyimlərdən çəkinmək

SON MƏQALƏLƏR
7 şərh
  • anonim 12

    Salsm həkim.Məndə gəng yaşından osteoxandroz var.Yəqinki bu sənəbdən fəqərələrimdə vəsümüklərimdə novbəylə ağrılar olur.Elə o cümlədən ayaq pəngə cümüklərindədə ağrılar olur(ayağımın üstündə)Eləbil harasa dəyib.Ama tez çekir. bu gündə elə oldu.İndometodin nazı sürtmək istəyirdim,ayagımın üstündə yumşaq, biraz qızartılı,həmdə dəydikdə çox ağrılı şişkinlik gördüm.Sizgə bu nə ola bilər,hemotoma, hemovlevitvə ya nə? Təşəkkür edirəm Sağ olün.

    • Anonim

      xususi mazlar varikozun qarwisini alir?

      • Fuad Nəzərov

        salam. Varikoz xəstəliyinin yerli effektiv müalicəsi məlhəmlərlə mövcud deyil. Sağ olun

      • Fuad Nəzərov

        Salam. Varikoz xəstəliyinin məlhəmlər vasitəsi ilə yüngülləşdirmək mümkündür. Sağ olun

    • Fuad Nəzərov

      Salam. Siz travma alsanız böyük ehtimalla demək olar ki hematomadır. Dəqiq demək üçün baxandan sonra qərar vermək mümkündür. Sağ olun

  • hicran

    iyn’ vurdurduqdan sonra y’ni k[pwk t’davwlwnd’n sonra ayaqlar;mda l’k’l’r qal;b v’ x;rda kapilyarlar c;x;r/ Bunu nec’ aradan g[twrm’k olar

    • Fuad Nəzərov

      Salam. Kiçik kapilyarların itməsi üçün Siz skleroterapiya üçün müraciət etməlisiniz. Sağ olun.

ŞƏRH YAZIN