Yatarkən Ağız Suyu Axmasının Səbəbləri və Müalicəsi

Müəllif
Bölmə Ağız Suyu, Tənəffüs Yolu

Yatarkən ağızdan su axması bir neçə səbəbdən ola bilər. Ağız suyu axması tez-tez rast gəlinən bir vəziyyət olsa da, bəzən ciddi bir problemin əlaməti ola bilər.Ağız suyu ağızdan sızan tüpürcəyi xarakterizə etmək mənasındadır.Ağız suyu normalda ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq üçün ifraz edilən bir mayedir.

Yatarkən Ağızdan Su Axması Nəyə görə Olur?

Yan Tərəfə Doğru Yatmaq

Yan tərəfiniz üzərinə yatdığınız zaman, yer çəkimi ağzınızın açılmasına səbəb olur və ağız suyu udulmaq əvəzinə bayıra axır. Bu, yatarkən ağız suyu axmasının ən çox rast gəlinən səbəbidir.

Sinus İnfeksiyası

Udqunma və nəfəs alma problemlərinizin səbəbi sinus infeksiyası ola bilər. Bu, yatarkən ağız suyu axmasının səbəbi də ola bilər. Həmçinin qrip olduqda vəziyyətinizin daha pis olduğunu görərsiniz. Gegimli-uyku-300x180əniz yolu zəifləməsinin, ağızdan nəfəs almanın və ağızdan su axmasının səbəbi bu tıxanıqlıqdır.

Mədə Qıcqırması ya da Reflyuks

Həddindən artıq su axmasının səbəblərindən biri də mədə qıcqırması ya da reflyuks ola bilər.Qıcqırma, mədə turşusunun qida borusuna xəbərdarlıq etməsinə səbəb olur. Bu eyni zamanda həddən artıq ağız suyu ifrazatının da səbəbidir.

Allergiyalar ya da Zəhərlənmə

Daxili burun iltihabı, qida allergiyası, zəhərlənmə və xüsusilə də həşərat dərmanları və həşərat zəhərinə qarşı reaksiyaya görə vücudunuz həddindən artıq ağız suyu ifraz edə bilər. Ciddi allergiyalar ya da zəhərlənmələr bəzən həyatı təhlükəl yarada bilər. Buna görə allergiya və ya zəhərlənmə halları meydana gəldiyi zaman mütləq həkimə müraciət edin.

Badamcıq vəzisi İltihabı

Badamcıqlar boğazın arxa hissəsində yerləşən vəzilərdir. Bu vəzilər bəzən iltihablanır və boğazınızda yığılmış olan tüpürcəyi udmağa mane olur. Bu iltihablanma ağız suyu axmasına səbəb olan badamcıq vəzisi iltihabı adlanır.

Müəyyən Dərmanlardan İstifadə Etmək

Bəzi xüsusi dərmanların yan təsirlərindən biri hədsiz dərəcədə ağız suyu axmasıdır. Bu dərmanlar mərkəzi sinir sistemi sakitləşdiriciləri, antidepressantlar, morfin və ağız quruluğunu aradan qaldırıcı kimi dərmanlardır.

Ağız quruluşu buna səbəb ola bilər

Ağız quruluşu da ağız suyu axmasına səbəb ola bilər. Bəzi insanlar yatarkən dodaqlarını bağlamaqda çətinlik çəkir. Bu çətinlik böyük bir dilə malik olmaqdan, genişlənmiş badamcıq vəzisi, əyri dişlərdən ya da şişmiş gəniz ətindən ola bilər.

Digər Səbəbləri

Hamiləliyin yan təsiri iləas_5721603 yaranan reflyuks və mədə bulanması

Yüksək turşu tərkibli diyetlər

Mononukleoz

MS Xəstəliyi

Parkinson Xəstəliyi

Ruh və sinir xəstəlikləri

Diş ilə bağlı problemlər

Yatarkən Ağız Suyu Axmasının Qarşısı Necə Alınır?

Yuxuda ikən ağzınızdan su axması məlum olmayan bir sağlamlıq problemindən də ortaya çıxa bilər. Ən yaxşı müalicə üsulunu təyin etmək üçün əvvəlcə problemi müəyyən etməlisiniz. Vaxt itirmədən allergiya, zəhərlənmə,sinus infeksiyası, badamcıqlar, diş problemləri və ya ruh və sinir xəstəlikləri kimi xəstəliklərin müalicəsi üçün həkimə müraciət etməyiniz vacibdir.Yatarkən ağızdan su axmasının qarşısını almaq üçün bunları edə bilərsiniz.

Arxasıüstə Yatmaq

Arxasıüstə yatmaq yaxşıdır çünki arxası üstə yatmaq ağız suyunun, boğazdan aşağıya doğru axmasını təmin edir. Arxasıüstə yatmağa başlasanız və vəziyyətinizdə əhəmiyyətli bir dəyişiklik olduğunu görəcəksiniz.Gecə yatarkən başınızın altına yastıq qoymaq sizə yardımçı ola bilər. Bədəninizin şaquli vəziyyətdə olması ağzınızın qapalı qalmasına yardımçı olacaqdır.

Dərmanları Həkiminizlə Məsləhətləşin

Qəbul etdiyiniz dərmanların yan təsiri olaraq vücudunuz həddindən artıq ağız suyu ifraz edə bilər. Şübhəli dərmanlardan istifadə etdikdə orqanizminizdə bir dəyişiklik meydana gətirirsə həkiminizə bildirin.

SON MƏQALƏLƏR
7 şərh
  • Elchin

    Salam. Bu gece medemde olan narahatliqdan yuxudan ayildim. Agzimdan sel kimi axan sudan az qala bogulacaqdim. Ne medemde ne agzimda tursuluq hiss etmirdim. Bir an medem qarisdi, amma qaytara bilmedim.

  • Ibrahim Asifoglu

    Salam hekim. Men seher duranda agzim tamamile su ile dolu olur. Ve butun gun erzinde agzim turw tam verir. Hemde ki gun erzinde de agzim su ile dolur ve turw dad geldiyi ucun onu cole tupururem. Imkan varsa bu haqda mene melumat vere bilersiz men ne eliye bilerem.

  • Fuad Nəzərov

    Salam. Bu normal hal deyil, Siz yatarkən burnunuzla nəfəs almırsınız. Sağ olun

  • Kenan

    Hekim salam.Menim 25 yasim var yatarken agzimdan su axir.Bu normaldir? evvelceden tewekkur edirem

    • Fuad Nəzərov

      Salam.Yatarkən ağızdan su gəlməsinin daha çox rast gəlinilən səbələrindən biri burunla tənəffüsün çətin olmasıdır. Siz LOR həkiminə müraciət edin. Sağ olun

ŞƏRH YAZIN