Yumurtalıq Kistasının Partlaması

Yumurtalıq kistaları böyüdükcə içlərində olan maye də artır və kistin gərginliyi getdikcə artaraq sonunda kista çəpərində yırtılma və ya partlayış – adlanan vəziyyət yarana bilər.

Əlamətləri

Yumurtalıq kistasının partlaması çox vaxt mühüm problemlərə yol açmaz. Bəzən kiçik bir kista yırtılır və xəstə bunu heç hiss etməyə bilər və normal həyatına davam edə bilər. Bəzən də yırtılan kista zonasında qanaxma yarana bilər. Bu qanaxma bəzən bir müddət sonra öz-özünə dayana bilər və bir problemə yol açmır amma bəOverkistizən bu qanaxma dayanmır və qarın içərisinə çox miqdarda qanaxma ola bilər və xəstədə ağrı, özündən getmə, gözlərin qaralması, şok kimi həyatı təhlükə altında atacaq dərəcəyə qədər vəziyyət irəliləyə bilər, təcili əməliyyat lazım gələ bilər. Bu səbəblə xüsusilə yumurtalıq kistasının olduğunu bilən bir xəstə ağrı, gözlərin qaralması, huşunu itirmə hissi, başgicəllənməsi kimi şikayətləri başlayar başlamaz təcili olaraq həkimə müraciət etməlidir; Kista partlamış ola bilər və ya burxulmuş (torsiya) ola bilər.

Yumurtalıq kistaları bəzən öz-özünə partlaya bilərkən bəzən cinsi əlaqə əsnasında və ya başqa gündəlik fəaliyyətlər əsnasında partlaya bilirlər və xəstə şiddətli qasıq və ya qarın ağrısı hiss edir. Ağrıdan başqa, xəstənin ürək bulanması, qusma kimi şikayətləri də ola bilər. Kista qarın içərisinə artıq qanaxma edərsə halsızlılq, baş dönməsi, göz qaraltısı,özündən getmə kimi şikayətlər də əlavə oluna bilər. Bəzən kista partlamasına baxmayaraq qarın içərisinə qanaxma olmur, sadəcə, kista içərisindəki maye axır və ya qanaxma olsa da qısa müddətdə öz-özünə dayanır və xəstə ağrı və ya başqa bir şey hiss etməz.

Diaqnoz

Yumurtalıq kistasının partlamasında diaqnoz müayinə və ultrasəsə əsasən asanlıqla qoyulur. Ultrasəslə partlamış olan kista və ətrafına axan maye və ya qan asanlıqla görülə bilər. Həddindən artıq qanaxma olan hallarda xəstənin təzyiqi və qan dəyərləri aşağı olaraq ölçülür. Qarın ağrısı yarada biləcək xəstəliklərlə ayırıcı diaqnozun keçirilməsi əhəmiyyətlidir.

Müalicəsi

Müalicədə bəzən sadəcə gedişatı izləmək və xəstəyə dəstək müalicəsi kifayətdir. Kistaya bağlı ağrı və ya qanaxma öz-özünə qısa müddətdə overkistakeçəcək və xəstə normal halına qayıdacaqdır. Lakin bəzi hallarda kistanın partlaması qarın içərisinə həddindən artıq qan sızmağa səbəb olur və qanaxma dayanmır və ya xəstəni şoka salacaq qədər pis vəziyyətə gəlib çıxarsa bu halda dəstək müalicəsi və açılan qanaxmanı dayandırmaq üçün əməliyyata ehtiyac ola bilər. Əməliyyatda kistanın qanayan bölgəsindəki qanın dayandırılması əsasən mümkündür. Bəzən kista olan yumurtalığın tamamilə xaric edilməsi lazım gələ bilər. Əməliyyat laparoskopik və ya açıq əməliyyat şəklində tətbiq olunur.

SON MƏQALƏLƏR
4 şərh
  • Elcin

    Salam hekim anamda coxdan kisda varimish arada birdefe mualice alib sonra dayanib.indi 20gun olar hali pisleshib agriyib rayonda hekime apariblar goturub sistemm yazib hali posleshib bashqa hekime gedib rengen edibler birde analiz ag ciyerine su ygishib qani cox ashagidi tecili Bakiya getirdim agcier inistutunda yoxladilar cox halsizdi ayaqadurankimi Ireland crooner azqala unilateral Helen birdefe de ozunden getdi gelende agcier den su cekdiler Wanda qariwiq maridi or dada analiz etdik bir indie. Ankologiya gonderdiler Sabah Cavan cxmalidi aparata scald olar dedicated kisda dandy qanaxma verity qanin onshore azalir birde deadlier bizdik deyiller ankologiya apar menu cox qorxuzdular odds bu mualice ya emelyatla kecen shedding yoxsa pis xestelikdi? Cox sag olun.

    • Fuad Nəzərov

      Salam. Xəstəliyi Onkologiya klinikasında hystomorfoloji olaraq yoxladıqdan sonra xəstəliyin taktikasını (yəni nə etmək lazımdır) biləcəksiniz. Sağ olun

  • Anonim

    Axsaminiz xejir hekim mende yumurtalıq kistasi var 50ml her 2 tərəfimdə artiq 1ildir mualice geturdum sojrulmadi indide cox agrilar verir indi men neyləyim

    • Fuad Nəzərov

      Salam.Əgər yurmurtalıqlarda kistoz dəyişiklik konservativ üsula tabe olmursa operativ üsul haqda fikirləşmək lazımdır. Sağ olun.

ŞƏRH YAZIN