Əlaqə üçün zəng edİn: 050 226 50 50

Tireotoksikoz (zob) Əməliyyatı

zob 2

Zob Nədir?

Tireotoksikoz (Zob) qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə əmələ gələn bir xəstəlikdir.. Bir çox hallarda buna səbəb diffuz toksiki zob və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzdə çoxlu miqdarda tiroksin və triyodtironin hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulması ilə nəticələnir.

Boğaz uru (zob) xəstəliyinin yaranma səbəbləri:

Boğaz urunun əmələ gəlmə səbəbləri əsasən ətraf mühitdə yod çatışmazlığı , şüalanmanın artması, ekologiyanın pozulması ilə bağlıdır. Uşaq vaxtı boyun nahiyyəsinə hər hansı bir müalicə məqsədilə şüa terapiyası alanlarda, eləcə də irsiyyətində qalxanvari vəzin müxtəlif xəstəlikləri olan insanlarda görülür. Bundan əlavə hamiləliyin ilk üç ayında qalxanabənzər vəzin hormonal testlərindən keçməyən, eləcə də lazım gələrsə müalicə almayan, doğuşlar, abortlar, müxtəlif əməliyyatlar zamanı coxlu miqdar qan itkisinə məruz qalan qadınlarda boğaz uru xəstəliyinə rast gəlinir. Tireoid hormonlarının azlığı (Hipotireoz)- sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.

Boğaz uru (zob) xəstəliyinin simptomları:

– iştahasızlıq olmasına baxmayaraq çəkiTireotoksikoznin artması, xəstənin sifətinin ifadəsiz və şişkin olması
– kişilərdə – cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.
– tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və
hətta sətəlcəm
– arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik
– iştahasızlıq, ürəkbulanma, qarın köpü
– gündüz süstlük, gecə isə yuxusuzluq, yaddaş zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü)
– dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması
– uşaqlarda fiziki və əqli gerilik

Zob əməliyyatı zob xərçəngi və ya şübhəsi olan, zəhərli zobu olan, çox böyük zobu olan xəstələrə tətbiq olunur.

Bu yazını paylaşın
  


Hazırda “Tireotoksikoz (zob) Əməliyyatı” bölməsində 75 şərh var.

  1. salam mənim 28 yaşım var. boğazımda 22 mm düyün kista var dedilər. Əməliyyat lazımdır. övladım yoxdur. mən bilmək istəyirəm ki əgər əməliyyat olunsam bu məndə yenidən yaranmayacaqki ?

  2. salam men may ayinin6 bogazimda sis hiss etdim amma hec bir narahatligim yox idi agrimirdi tecili endekrenoloqa getdim hormonlardan analiz verdim uzi olundum hormonlar normal cixdi ttq 3’146 t4 -14’91 a\tk tpo-10’3 bir duyunlu zob dedi sag terefdeki hisse soldan boyukdu zobun ustunde kistalar var bizi onkologiyaya gonderdi sizden ciddiliyin oyrenmek isteyirem xerceng olma sansi varmi yasim30 evvelceden tesekkur edirem

    • Salam.Hər hansı bir şişin hər hansı bir yerdə olması elə xərçəngdir demək olmaz.Ancaq şübhə olduğu üçün ehtimal edilirsə onu dəqiqləşdirmək üçün indi müasir metodlar çoxdur.Siz dediyiniz situasiya xərçəng xəstəliyinə demək olar ki oxşamır.Ancaq istəsəniz həm diaqnozu dəqiqləşdirmək üçün həm də müalicə üçün bizim klinikaya yaxınlaşmanız tövsiyə olunur.Sag olun.

    • Salam. Boğaz anlamı genişdir. Həmin boğaz xəstəliklərinə ağız boşluğunun dibi, qırtlaq, burunudlaq, qalxanvari vəzin ve s. sahələrin xəstəlikləri aiddir. Xərçəng xəstəliyinin simptomları hər bir xəstəlik üçün fərqlidir.Onun diaqnozunu yalnız həkim çox ciddi yoxladıqdan sonra qoya bilər.Bu məsuliyyət yalnız həkimin üzərinə düşür.Ona göre hər bir insan şübhələndiyi vaxt həkimə müraciət etməsi vacibdir.Bu həm xəstə üçün erkən aşkar olunmasına, həmi həkim üçün radikal müalicənin təşkil edilməsinə gətirib çıxara bilir.Sag olun.

      • Salam..mende zob var..cox zeifem urey nahiyyede agrilarim olur cox esebiyem..zobum duyumsuzdu..ama boyukdu pis olma hallarim olur.4-il evvel mualice almiwam yenede vezyet eynidi zib cekilmir halim tez tez pislewir..bu emelyat olunmslidimi..?mumkunse deyin.

        • Salam.Tiretoksikoz xəstəliyi çox yayılmış xəstəliklərdəndir.Kəskin ur da deyilir. Ancaq bu xəstəliyi təyin etmək üçün mütləq həm klinik həm də laborator və instrumental yoxlama vacibdir. Sizin həkimə müraciət etməniz zəruridir. Sağ olun.

          • Laboratoriyada yoxlanilib zehersizdi zob usm duyumsuzdu…ama tez tez pis oluram cekim cox awagidi artmir..1-ildi esebdrn mualice edirler esebime hec tesiri yoxdu mualicenin..hekim zobun oldugnu deyir..emelyatdansa qorxuram..prablem yaranar..zehersiz zob emelyat olunur??olculeri cox boyuyub son 3-ayda

        • Salam.Siz klinikaya müraciət edərək xəstəliyinizin hansı mərhələdə olduğunu və müalicənin hansı yöndə aparılacağı barədə məlumat ala bilərsiniz.Sağ olun.

          • Salam mende sag terefde kista var onu malice edim iran gedmiwdim berez duzeldi indi yen agirilar var ne mesleh bilisiz

          • Salam. Kista yarandığı orqanlar insanda çoxdur. Sizin sualınıza cavab vermək qeyri dəqiq olduğu üçün çətindir. Sağ olun.

    • Salam. Bəli keçə bilər, o baxır hansı mənşəli şişdir. İltahab mənşəli olanlar konservativ müalicə üsulu ilə keçə bilər.Konkret həll etmək üçün xəstə müayinə olunmalıdır. Sağ olun.

  3. salam.məndə sağ payda düyünlü zob aşkar olunub.mərkəzində 9,7×6,1 ölçüdə hipoexogen sahəsi olan,periferiyasında qan damarları ilə zəngin olan 19,3×15,6×15 mm ölçüdə izoexogen düyün aşkar olunur.mən mütləq əməliyyat olunmalıyammı? zəhmət olmasa məsləhət verin.

    • Salam. Əgər Siz dediyiniz kimidirsə xəstəyə baxımadan qərar vərmək çətindir ancaq belə görünür ki əməliyyatdan öncə Sizin analizlərin nəticəsini nəzərə alınmalıdır. Sağ olun.

  4. salam hekim. men uzi muayinesinden sonra bilmiwemki, qalxanabenzer vezimin sag payinda kistalar var… en balacasi 0.1, en boyuyu ise4.4mm dir. hormon analizi vermiwem… amma temiz cixdi… amma bogulma, esebilik cekinin armasi kimi fesadlar verir… men ne etmeliyem. zehmet olmasa mene komek edin.. evvelceden tesekkurler…

    • Salam. Siz zob xəstəliyinə görə analizlər verin. Onların nəticəsinə görə Sizə müalicə təyin olunar. Sağ olun.

  5. Hekim menim bogazimda elebil nese var.axsamlar nefesim catmir utxunanda cox his edirem.geceler yuxum gelmir,terliyirem elevaxti usuyurem.gunlerimde hec eseblesmiremde diyem esebdendi.ama xuxusuzluqdan ozumu pishis edirem. Ellerim keyir. Istahim yoxtu.bu zobun elameti ola bilermi.

    • Salam. Siz LOR həkiminə müraciət edin. Sonrakı mərhələdə bilinəcək ki nə etmək lazımdır. Sağ olun.

  6. Salam menim boğazımda sol payın ortalateral seqmentinde kista ölçüsü 5,5*3,5 mm nöqtevi kalsifikatla.bilmek isteyirem bu mualiceyle gedesi bir kistadı ? Evvelceden teşekkürler!!!

    • Salam. Kalsifikatlar heç vaxt sorulmur. Ancaq müşahidə etməlisiniz. Əgər böyümə ehtimalı varsa onda əməliyyat etmək lazımdır. Sağ olun.

  7. Doktor siz xesteleri harda qebul edirsiz?birdeki bu kista qorxulu pir kistadı zehmet olmasa bu barede melumat vererdizde birdeki bu ölçüler necedi böyükdü?

    • Salam. Xəstələri Mən Turan Klinikasında qəbul edirəm. Kistlərin qorxulu və qorxulu olmayanı onun inkişafından asılıdır. Siz dinamikada yoxlatdırın və daha sonra hər şey aydın olacaq. Sağ olun.

  8. Salam.Dr Sadiq dr emeliyyat edecek meni,deyir emeliyyatdan sonra ömrünün sonuna qedre derman icmelisen.Nece edimki derman icmeyim?

    • Salam. Boğazda olan kistalar çox vaxt qalxanabənzər vəzlə bağlı olduğu üçün mən o haqda da deyəcəm. Həmin vəzin şişləri mütləq yoxlanmalıdır. Onun üçün birinci növbədə USM müayinəsi və analizlər mütləq yoxlanılmalıdır. Ondan sonra qərar verilməsi mümkündür. Sağ olun.

    • Salam. Boğazında olan şişlər çox vaxtı qalxanabənzər vəz ilə bağlıdır. Ona görə həkimə müraciət edin və Sizə hər tərəfli məlumat verilər. Sağ olun.

  9. salam hekim 27 yasim var 4 ay qabag hamami xlor net kimyevi madde ile temizliyende neti yere sepib sotkaladim sonrada ustunden isti su ile su vurdumki temizlensin ozumu pis hisss etdim tengenefes oldum 2 kurs mualice olundum tengenefeslik biraz kecdi amma yaxsi nefes ala bilmiram ele bil sinemin ustunde nese agir bir sey qoyublar sinem agriyir mesem joqa verir xais edirem mene komeklik gorsedesiniz tesekkurler

    • Salam. Siz bunun allergik reaksiya olmasını inkar etmək üçün laborator analizlər verilməsini tövsiyə edərdim. Sağ olun.

    • Salam.Əgər həqiqi adenoma təsdiqlənibdirsə və ölçüləri uyğun gəlirsə əməliyyat lazımlıdır. Sağ olun.

  10. qalxanvari vəzin adenoması, əməlyat deyiblər, bilmək istiyirəm mualicəsi var, birdə mənə uzidə biopsi edilməsini yazıblar, nəysə məndə başqa xəstəlik ola bilərmi

    • Salam. Sizin haqda ciddi bir fikir söyləmək üçün mütləq kliniki yoxlama (check up) vacibdir. Sonra hansı növ müalicə yolu izlənəcəyi təyin edilə bilər. Sağ olun.

  11. qalxanvari vəzi ölçüdə böyümüşdü, konturlar hamar, strukturası həmcinsdi, solpayında21×12mmölçülü dört ədəd bir birinə bitişik yerləşmiş dəqiq konturlu törəmə, sağ payında 7mm ölçülü. düyün təyin olunur.məndə bu diaqnoza görə qalxanvari vəzin adinoması nəticə yazıblar və BP məsləhət olunduğunu yazıblar, həkim eməlyattıq olduğunu deyir, amma bp eləttirmədi, istiyərdim bu diaqnoza görə sizdə bir nəticə yazardız, qabaqçadan Təşəkkür edirəm

    • Salam. Sizin vəziyyətdə Mən çox istərdim ki bizim klinikada KT və biopsiya aparılsın və sizə yüksək səviyyədə lazım olan müalicə növü təyin edilsin. Sağ olun.

    • Salam. Siz dediyiniz vəziyyət rast gəlinilən haldır. Onun üçün Siz əlinizdə olan yoxlama raporları ilə bizim klinikaya yaxınlaşsanız hər tərəfli müayinə və müalicə olunarsınız. Sağ olun.

  12. Salam.mende zob var sag terefde 51x18x17mm,sol terefdeise 45x17x18mm.istmus qalinligi ise 4.6 mmdir.qan analizinde tiroidit fonunda sag payin kisti askar olunub.ve esas sualim budurki artiq 5 il var ki men oskururem gun erzinde 4 5 saatlarnan.mene cox maraqlidiki bu oskureyin mendeki zobla elaqesi ola bilermi?hekimler oskureyimin sebebin tapa bilmirler.

    • Salam. Öskürəyin zob xəstəliyi ilə əlaqəsi praktiki olaraq yoxdur. Ancaq bronxoskopiya aparıb səbəbini təyin edə bilərsiniz. Sağ olun.

  13. salam hekim menim difuz toksiki zobum var idi zobum cox boyumusdu qanda hormonlar cox yuksek idi 2 il mualice goturdum hal hazirda 2 ilde olarki derman qebul etmirem hekim dedi normaldir hormonlarin tsh-0.37 ft4-1.03 dur bu normadir yoxsa yox .onceden cox sagolun

    • Salam.Əgər analizləriniz qaydasındadırsa USM-də dəyişiklik yoxdursa bu normal hal kimi qiymətləndirilir. Sağ olun.

  14. Salam həkim. Mende ÜZM nəticəsinə görə bogazimda sağ pay14×41×18mm , sol pay 16×39××21mm yerləşməsi tipik,kənarları hamar,exo quruluşu qeyri həm cins , exogenliyi azalıb, damar şəkli güclənib , ocaqli deyisiklik yoxdur …nəticəsi tireoidit cavabı aldım Xahiş edirəm bu haqda mənə məlumat verəsiniz. Mümkünsə ..cox sagolun

    • Salam. Tireoidit qalxanabənzər vəzin hər hansı iltahabıdır.Əgər kistoz dəyişiklik yoxdursa analizləri verib müalicə planı üzrə xəstəlikdən azad ola bilərsiniz. Sağ olun.

  15. HEKIM MENIM ANAM DUYUNLU ZOBDAN 2 ILDIR EMELIYYAT OLUNUB 1 AYDIR BOGAZI AGRIYI UZI ETDIRIB HECNE YOXDUR BES 1 AYDAN COX DUR BOGAZINDA AGRILAR VAR NEDEN OLA BILER?

  16. salam. qaxanabenzer vezin sag payinda 12,7*8mm 4,4*4 mm olcude divaryani komponentli maye terkibli kisatalar ve. 5*3,3mm 3,5*2mm 3,4*1,8mm olcude kistalar izlenir. isthmus 3mm. bu neticelere gore ne deye bilersiz? emeliyat lazimdirmi? mualiceyle sorulub gedermi? evveceden tesekkur edirem…

    • Salam. Sizin dediyiniz kimidirsə əməliyyata göstəriş kimi görünür. Dəqiq kliniki baxışdan sonra demək olar. Sağ olun

    • Salam. Siz böyük ehtimalla qalxanabənzər vəzin kalsinatları nəzərdə tutursunuz. Onlar haqda USM və KT müayinəsindən sonra baxıb demək mümükündür. Sağ olun

  17. zobdan sinədə vəzdər əmələ gələ bilər, birdə sinə sümüyü əyilə bilər.öncədən təşəkür edirəm

    • Salam. Tipik hypertireoid zobdan limfa düyünləri əmələ gələ bilməz (böyüyə bilməz). Sinə sümüyü deformasiyaya uğraya bilər. Sağ olun

  18. Salam menim anamda coxlu miqdarda düyün askar olunub ve emeliyyat olunmalidir.bilmek isterdim bu emeliyyat narkozla olur? Neçe saat çekir? Qorxuludurmu?

  19. salam hekim, men analiz vermisem zob ucun neticede- serbest T4-13,4 TSH-1,29 oldu mende zob var ya yox? hais edirem cavablandirin

    • Salam. Sizə analizlərin nəticəsində olan dəyişikliklər deyilib. Ancaq bir analizlərin nəticəsi ilə bərabər kliniki yoxlamadan sonra bir nəticəyə gəlmək olar.Sağ olun

  20. Salam hekim mende sag terefde 2duyun bir de bogazin on hissesinde 7mm olcude kista var analizde THS 0’3 dur qalanlari. Normaldir ne meslehet. Verediz

  21. salam doktur menim28 yasim var aileliyem 1ovladim var men usiden cixdim mene zob dediler.qalxanabenzer vezin 1ci2ci dereceli hiperplaziyasi ve diffuz struktur deyisiklikler qalxanvari vezin sol payin arxa divarinda20.0x11.5mmolcude qarisiq terkibli kistoz toreme on divarinda 13.5×9.0mm,9.0mm,7.0mm olcude qarisiq terkibli hipoexogen duyun sol payda boyuna yaxin 5.0mmolcude izoexogen duyun izlenilir qalxanvari vezin sag payinda 14.0×19.5mmolcude izoexogen duyun izlenilir doktor hormon tesleri temiz cixib mene emeliyyat lazimdir sizden xahis edirem mene deqiq cavab deyesiniz cox sag olun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Current ye@r *