İzmirdə yaşayan 62 yaşındakı Bülent Pinaz beynindəki şişə görə Türkiyədə ilk dəfə və təkcə Prof. Dr. Sertaç İşlekel tərəfindən lokal anesteziya tətbiq olunaraq əməliyyat olundu.
Əməliyyat masasında həm musiqi dinləyərək həm də həkimlər ilə danışa bilən Pinaz’ın operasiya müddətində çəkilən şəkilləri isə xeyli maraq yaratdı.
Beynindəki şişin görmə mərkəzinə təsir etməsi və vücudunda iflic olması riskinə qarşı əməliyyat masasında oyanıq halda beyin şişi əməliyyatı olan 62 yaşındakı kişi operasiya anındakı hərəkətləri də xeyli maraqlı imiş. İzmir Universiteti Tibb Fakültəsi Medical Park Xəstəxanasında Prof. Dr. Sertaç İşlekel və heyəti tərəfindən həyata keçirilən operasiyanın başlanğıcında Pinaz, əməliyyat masasında həkimlər ilə qurduğu diyalogla əllərini qollarını, ayaqlarını oynadaraq: “özümu çox yaxşı hiss edirəm” dedi.
Əməliyyatın gedişatı haqqında məlumat verən həkim, “Xəstənin beyində hərəkət etməyimizə səbəb olan motor sağ dediyimiz tərəfdə bir kütlə təyin olundu. Bu kütlənin çıxarılmasında iki səbəb vardır. Birincisi xəstənin 15 gün bundan qabaq ürək əməliyyatı keçirdiyi üçün ümumi anesteziya baxımından riskləri var idi. İkincisi də motor sağ dediyimiz yerdən kütləni çıxardarkən xəstənin qol və ayağının hərəkətlərinə zərər vermə ehtimalı var idi yəni ki, əməliyyatın xəstəni iflic etmə riski çox yüksəkdir. Bu riski ortadan qaldırmaq üçün lokal anesteziya ilə əməliyyatı etdik” dedi.