Müalicə Variantları Nələrdir?
BPH müalicəsində ilk pillə mütləq tibbi müalicə olmalıdır. Tibbi müalicədən gözlənilən nəticə alına bilimrsə və ya müalicəyə baxmayaraq sağalmış olan əlamətlər zaman içərisində yenidən meydana gəlirsə, artıq fərqli müalicə variantları seçilməlidir.
Dərman müalicəsində prostat içindəki əzələləri boşaldan və sidiyin axınına bir pasaj təmin etdirən dərmanlar (alfa-bloker dərmanlar) əlavə olaraq prostat vəzinin həcmində azalmağa yol açan dərmanlar (5-alfa reduktaz inhibisyası edən dərmanlar) istifadə edilir. Bunun yanında içində sabal ekstreni deyilən bir bitki ekstreni də tibbi müalicədə rahatlıqla istifadə edilə bilər.
-Alfa bloker dərmanlar (amil maddələri; Tamsulosin, Alfuzosin, Terzosin, Doksazosin)
-5-alfa reduktaz inhibitoru dərmanlar (Finaterid, Dutasterid)
-Sabal ekstreni (saw palmetto)
Alfa-bloker deyilən dərmanlar sidik kisəsinin boynundakı və prostat içindəki əzələləri boşaldaraq, böyümüş və yolu kəsən prostat zəifləməsini və sidik kanalındakı təzyiqinin azaldılmasını təmin edir. Ağızdan qəbul edilən həb şəklindəki dərmanın təsir müddəti 24 saat olduğundan davamlı təsir etmək üçün gündə 1 həb davamlı qəbul edilməlidir.
5-alfa reduktaz inhibitoru deyilən dərmanlar isə prostat böyüməsində təsir göstərən aktiv testosteronun (kişilik hormonunun) yaranmasını əngəlləyir və prostat böyüməsinə maneə olduğu kimi, prostatın balacalaşmasını da təmin edir. Ancaq bu balacalaşdırıcı təsir 50 qram üzərindəki prostat həcmlərində qabarıqdır. Həmçinin balacalaşdırıcı təsir üçün dərmanın ən az 6 ay müddətli fasiləsiz istifadə edilməsi lazımdır.
Sabal ekstreni bitki mənşəli dərman olub, prostat içindəki iltihaplanmağı və prostat böyüməsindəki amilləri əngəlləyərək prostat üzərində rahatlatıcı təsir göstərir.
Tibbi müalicənin yetərli olmadığı hallarda artıq daha yararlı müalicə variantları ortaya qoyulmalıdır. Bunlardakı ən yaxşı alternativlər təsir edici sırasına görə:
Transuretral rezeksiya (TUR), bipolar enerji ilə, plazmakinetik enerji ilə ya da monopolar enerji ilə tətbiq olunur.
Lazer vaporizasiyası, KTP, Diod, Thulium lazer ilə həyata keçirilir.
Lazer enikliasiyası, Holmium lazer ilə həyata keçirilir.
Laparoskopik cərrahiyyə prostat ağırlığı 100-120 qramın üzərindəki prostatlarda tətbiq edilir.
Prostatdakı iki xəstəlikdən (yaxşı xasiyyətli prostat böyüməsi və prostat xərçəngi) başqa prostat vəzinin, xüsusilə gənc kişilərdə görülən, xroniki prostat iltihabı kimi tanınan bir xəstəliyi də var. Tez-tez sidiyə getmək, testislərdə, ya da penis kökündən makata doğru yayılan dolğunluq hissi və ya küt ağrı və maye boşalarkən sızlama, yanma hissi, bəhs etdiyimiz xroniki prostat iltihabının əlamətləri arasındadır. Mikroblara bağlı yaranan bu xroniki infeksiya uzun müddətli antibiotik müalicəsi ilə nəzarət etmək mümkün ikən, mikroblara bağlı olmayan iltihaplanmağın müalicəsi daha uzun çəkir.
Bəzi hallarda BPH ilə prostat iltihabı bərabər ola bilər və iltihab prostat əlamətlərini sürətləndirir. Bu səbəblə yuxarıda göstərilən dərmanların müalicəsinə uzun müddətli antibiotik və antienflamatuar (iltihab quruducu) dərmanlar əlavə edilə bilər.