Abdominoplastika Əməliyyatı

Qarın divarının formalaşdırılması, mövcud olan piylənmənin, sallanmanın və cildin elastikliyi vəziyyətinə bağlı olaraq başlıca liposuction (yağ əmmə) və abdominoplastika (qarın gərmə) üsulları ilə həyata keçirilir. Günümüzdə bu hər iki metod də çox tez-tez istifadə edilən əməliyyat üsullarındandır.

Abdominoplastika nədir?

karin-germe

Abdominoplastika Əməliyyatına Hazırlıq

Abdominoplastika yada qarın gərmə əməliyyatı, qarın divarında çox olan yağ və dərinin çıxarılaraq və qarın divarında zəifləmiş əzələlərin sıxlaşdırılaraq qarın divarının yenidən cavanlaşdırılıb formalaşdırılmasıdır. Bu əməliyyatla qarının süst, yağ toxuması artmış və şiş görünüşü aradan qaldırmaqda, yenidən düz və zərif görünüşünün qazandırılmasıdır və həmçinin bel incəldilir. Bənzər şəkildə qarın divarı əzələlərinin orta xətdə bir-birindən ayrılması ilə ortaya çıxan diastaza adı verilən bu vəziyyət də bu əməliyyatla bərpa olunur.

Abdominoplastika amaliyatında mövcud olan piylənmənin, sallanmanın və dərinin elastiklik vəziyyətinə bağlı olaraq klassik abdominoplastika, miniabdominoplastikamarriage abdominoplastika kimi əsas 3 müxtəlif üsul tətbiq oluna bilməkdədir.

Marriage Abdominoplastika nədir və klassik abdominoplastika və miniabdominoplastika üsullarından fərqləri nələrdir?

Klassik abdominoplastika adətən qarın divarında çoxlu miqdarda yağ yığılması olan və qarın dərisi elastikliyinin irəli dərəcədə pozulması ilə ortaya çıxan sallanma vəziyyətlərində tətbiq olunur.

Mini-abdominoplastika;ümumiyyətlə qarın divarında yağ yığılmasının orta dərəcəli olduğu və qarının alt yarısında görüldüyü və qarın dərisində elastiklik azalmasının qarının alt yarısında izləndiyi hallarda üstünlük verilir.

Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi adətən qarın divarında yağ yığılmasının və qarın dərisində elastiklik azalmasının qarının alt yarısında görüldüyü və bel hissələrində yağlanma olan xəstələrdə üstünlük verilir.

Abdominoplastika Əməliyyatı üçün ən uyğun namizədlər kimlərdir?

Abdominoplastika əməliyyatı üçün ən uyğun namizədlər, qarın divarında artıq toxumaların pəhriz və idman vasitəsilə ortadan qaldırıla bilinmədiyi sağlam insanlardır. Bu əməliyyat əksəriyyətlə qadın xəstələrdə tətbiq edilməklə yanaşı, həm qadın həm də kişi xəstələrin tez-tez müraciət etdiyi bir əməliyyatdır. Qadınlarda daha tez-tez keçirilməsinin başlıca səbəblərindən biri, qarın divarında əzələlərin və dərinin hamiləlik zamanı dartılıb elastikliyini itirməsidir. Artıq yağ yığılıb qalması isə həm qadınlarda həm də kişilərdə görülən digər önəmli bir səbəbdir.

Abdominoplastika ilə Lipos

ka

Əməliyyatdan Əvvəl və Əməliyyatdan Sonra

uction arasındakı fərqlər nələrdir?

Abdominoplastika kimi liposuction da qarın divarının yenidən formalaşdırılmasında tez-tez istifadə edilən bir üsuldur. Liposuction ya da digər adıyla yağ əmmə təşəbbüsü zamanı qarın divarında çox yağ toxuması aspirasiya yolu ilə sorulub çıxarılmaqda, buna qarşı dəri götürülməməkdə və qarın divarı əzələləri daraldılmamaqdadır. Bu səbəblə liposuction əməliyyatı, qarın dərisinin elastikliyini itirib sallanmadığı və qarın divarı əzələlərinin zəifləyib qarının gərgin görünüşünü itirmədiyi insanlarda tətbiq olunur. Abdominoplastika əməliyyatında isə qarın dərisinin elastikliyini itirib sallandığı və qarın divarı əzələlərinin zəifləyib qarının şiş görünüşü aldığı insanlarda tətbiq olunur.

SON MƏQALƏLƏR
8 şərh

ŞƏRH YAZIN