Ağız Qoxusunun Səbəbləri

Müəllif
Bölmə Ağız qoxusu

Ağız qoxusunun səbəbi helicobacter pylori (latın dilində) ola bilər.İnsanın sosial həyatına mənfi təsir edən ağız qoxusunun səbəbi mədədə yerləşən helicobacter pylori ola bilər.

Ağız qoxusunun daha çox rastlanan əhəmiyyətli bir sağlamlıq problemidir. Ağız qoxusu insanların sosial fəaliyyətlərini də məhdudlaşdırır və insanda özünə inam itkisinə yol açır. Cütlüklər arasında da uyğunsuzluğa səbəb olur.

Ağız qoxusunun səbəbləri

Ağız içi və ağız xarici xəstəlikləragizkokusu_450

Ağız içərisindən gələn pis qoxunun bir çox səbəbi ola bilər.Ağız qoxusu verən xəstəliklər ağız içiağız xarici xəstəliklər olmaq üzrə iki qrupa ayrılır. Ağız içi səbəblər arasında dil üzərində yığılan bakteriyalar, diş əti və diş toxumalarının iltihabı ilə diş çürümələri sayıla bilər. Ağız qoxusu ilə gələn xəstələrin %90-ı ağız içərisində olan bir xəstəlik ilə qarşılaşırlar. Uzun müddət davam edən qulaq burun boğaz infeksiyaları, həzm sistemi və bütün bədən ilə bağlı xəstəlikləri də ağız qoxusu verən xəstəliklərdən saymaq olar. Şəkər xəstələrində də ağızda aseton qoxusu əhəmiyyətlidir.

Mədədə yerləşən helicobacter pylori   Nədir?

Helicobacter pylori — mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq helicobacter pylori yoluxması ilə əlaqələndirilir. Belə ki, 90% lat. helicobacter pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması helicobacter pylori-nin mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur.

Böyrək çatışmazlığı olan və qaraciyərin sirrozu xəstələrdə də amonyak yığılması ağız qoxusunun əhəmiyyətli səbəbləri arasındadır.Ağız qoxusu verən xəstəliklər içərisində mədədə yerləşən helicobacter pylori adı verilən bakteriya mühüm yer tutur. Aparılan tədqiqatlar göstərir ki bu mikrobun sıxlığı 80% miqdarındadır. Ağız qoxusuna yol verən digər həzm sistemi xəstəlikləri isə bağırsaq parazitləri, həzm sistemi qanları, reflyuks xəstəliyi, mədə qrijası, qaraciyər çatışmazlığı, mədə çıxışında tutulma və bəzi sorulma pozğunluqları sayıla bilər.

Helicobacter pylori müalicə olunduğu zaman problem ortadan qalxır

dis-curukReflyuks ağız qoxusu verən ən əhəmiyyətli xəstəliklərdən biridir.Helicobacter pylorinin ağız qoxusu əmələ gəlməsindəki rolu mövzusunda çox fərqli görüşlər mövcuddur. Bir fikrə əsasən bakteriya ağız içərisinə yerləşir və ağız qoxusuna yol açan sulfid birləşmələrinin əmələ gəlməsinə səbəb olur. Aparılan bir tədqiqatda ağız qoxusu olan və mədə ilə bağlı şikayətləri olan xəstələrin %57-də helicobacter pylori müəyyən edilmişdir.Bakteriyanın müalicə edilməsilə xəstələrin ağız qoxusunda azalma müşahidə edilmişdir.

Əvvəlcə ağız qoxusunun səbəbi müəyyən edilməlidir

Ağız qoxusu olan xəstələrdə əvvəlcə qoxunun səbəbi təyin edilməlidir.Ağız içi mənbəli isə ağız təmizliyi son dərəcə əhəmiyyətlidir. Diş və diş ətlərinin gündə ən az iki dəfə fırçalanması təklif edilir. Diş həkimi və qulaq burun boğaz müayinəsi mütləq aparılmalıdır. Ağız içində hər hansı bir xəstəlik yoxdursa xəstələrin reflyuks xəstəliyi və mədə mikrobu baxımından yoxlanılması çox əhəmiyyətlidir.

SON MƏQALƏLƏR
6 şərh
  • ilhame

    salam doktor menim sizden bir xaiwim var cox xaiw edirem cavablandirardiz men babasilden eziyet cekirem cat var heddinden artiq agrisi coxdu xaiw edirem bir derman adi vererdiz cox xaiw edirem bir meslehet verin

    • Fuad Nəzərov

      Salam. Hemorroid xəstəliyi üçün çox saylı dərman preparatlari mövcuddur. Məsələn Siz bir Proktosedil şamından istifadə edə bilərsiniz. Sağ olun

  • ilkin abbasov

    Xais edirem cavablayasiniz az omru qalib ?

    • Fuad Nəzərov

      Salam. Xəstəliyin gedişi haqda görmədən informasiya verə bilmək çətindir. Ancaq 4 mərhələ son mərhələ kimi qiymətləndirilir.Sağ olun

  • ilkin abbasov

    Salam hekim menim babamin yogun bagirsaq xercengine tutulub 73 yasi var emilliyat olundu amma qaraciyerinede yayilib onuda kimiterapiya edirler babam en azi nece il yasiya biler .Yogun barsagindaki olani goturduler amma bu xercengin 4 cu merhelesidi en azi nece il yasa biler ?

    • Fuad Nəzərov

      Salam. Xəstəliyin gedişi haqda görmədən informasiya verə bilmək çətindir. Ancaq 4 mərhələ son mərhələ kimi qiymətləndirilir.Sağ olun

ŞƏRH YAZIN