Anal Kanalın Çatı Əməliyyatı (Fistul)

 In Anal Çat (Fistul) - Cərrahi Əməliyyat, Yoğun Bağırsaq - Cərrahi Əməliyyat

Ümumiyyətlə daimi qəbizlik, doğuş, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər.

Nədir?

Anal kanalın çatı, proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bilər.

Anus dərisində çoxlu sinir ucu olması səbəbilə çox həssas bir bölgədir. Həmçinin iki fərqli və iç-içə yerləşən əzələ təbəqəsi tərəfindən sarılıb sıxılmaqdadır. Xüsusilə bədən defekasiyaya (nəcis ifrazı) hazır deyilkən çətin nəcis ifraz etmək və ya makatın çox çətinlik çəkdiyi ishal vəziyyətlərində bu bölgədə yırtıqlar yarana bilər. Son dərəcə ağrılı olan bu yırtıqlar əzələlərdə spazmaya yol açaraq daha çox təzyiqə məruz qalırlar və qan dövranı yetərsiz olduğu üçün yırtıq tumhastaliklarsağalma şansı tapa bilməz.

Əlamətləri

Çatın dibində olan sinirin daimi qıcıqlanması anal sfinkterin daimi spazmasına, bu da ağrının daha şiddətli olmasına səbəb olur. Xəstələr ağrını azaltmaq üçün müxtəlif vəziyyətlər alırlar, bəzən özlərinə yer tapa bilmirlər.

Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik kisəsinə, uşaqlığa, aralığa və belə yayıla bilir. Ağrı bu nahiyyələrə yayılaraq qadınıarda  adət pozğunuluğuna səbəb olur.

Anal çatın ikinci əsas əlaməti qanaxmadır.
Xəstələr defekasiya aktı zamanı şiddətli ağrı olur. Sanki balaca şüşə parçaları çıxarırmış kimi hiss edərlər. Ancaq əsl ağrı defekasiya sonunda ortaya çıxır və saatlarla davam edə bilər. İnsanın gündəlik fəaliyyətlərini dayandıracaq qədər şiddətli ola bilər.

Müalicəsi

“Lonqo”, “Bant Liqasyon” üsullarından başqa günümüzdə “İnfrared Koaqulasyon lazer” aparatı vasitəsilə babasil xəstəliyindən əziyyət çəkənlər bir neçə dəqiqə ərzində heç bir kəsik, dəlik olmadan, ağrısız, stressiz və qansız formada bu xəstəlikdən xilas olurlar.

Anal kanalın çatı müalicəsi cərrahi yolladır. Son dövrlərdə ağrısız və qansız cərrahi metoda daha çox üstunluk verilir. Bu zaman xəstəliyin təkrar olunması da az qeyd olunur.Təəssüf ki tez-tez “hemeroid“, ya da “babasil” kimi adlandırılan anal fistullar bir sıra lazımsız və faydasız dərmanlarla müalicə edilməyə çalışılır.

Anal fistul müalicəsində ilk addım xəstənin müşayiət edən bir yoğun bağırsaq problemi olub olmadığının ortaya qoyulmasıdır. Ancaq kəskin fistulu olan bir xəstə qismən də olsa sakitləşdirilmədən barmaq müayinəsikolonoskopiya edilməməlidir.Xəstənin defekasiya akt vərdişi ətraflı olaraq sorğulanmalıdır.

makat-ameliyatlari-sonrasi-sik-rastlanilan-sorunlar-640x360İlk mərhələdə xəstələrə isti suya oturma vannası məsləhət görülə bilər ancaq bu tətbiq praktik olaraq qeyri-mümkündür. Onun əvəzinə xəstəyə biri defekasiya aktından sonra olmaq üzrə gündə ən az iki dəfə duş qəbul etməsi, suyu dayana biləcəyi qədər amma yanmayacaq qədər isti nizamlaması və 10,15 dəqiqə makatına tutması məsləhət görülür.

Bunlar nəticə vermədiyi hallarda makata nitroqliserin tərkibli kremlər tətbiq oluna bilər.Anal fistul müalicəsində növbəti mərhələ makat xalq arasında “botox” kimi tanınan botulin zəhərinin yeridilməsidir. Təxminən 70 faiz nisbətində uğurlu olan bu üsul müvəqqəti olaraq makat əzələlərini qismi iflic edərək təsir edir.

Anal fistulda son çarə cərrahi əməliyyatdır. Əməliyyatda makatı yığan əzələlərdən daxildə olanı kəsilərək yaranın qan dövranının artması və özü-özünə yaxşılaşması təmin edilir. Doğru edildikdə müvəffəqiyyət nisbəti 98-99% civarındadır.
Əməliyyatın təcrübəli cərrah tərəfindən aparılması çox böyük əhəmiyyət daşıyır.

Recent Posts
Showing 4 comments
  • kamran atayev

    Salam.doktor men 3 defe emeliyyat olmuwam.birinci emeliyatim 2010 cu ilde anal catdan olub. 1 ilden sonra gucdu agrilarim oldu.iltihab yigildi.sora iltihap partladi.rahatlawdim.o vaxdan beri tez tez guclu agrilarim olur.ve iltihab gelenen sora rahatlawiram.kecen ilin yayinda yene emeliyat oldum.emeliyat uhursuz oldu.2 aydan sora bawqa bir proktoloq emeliyyat etdi.yene ugursuz alindi.elacsiz qalmiwam.xesteliyimi tapa bilmirem.mumkunse komekliy gostererdiz.evvelceden tewekkurler

    • Fuad Nəzərov

      Salam. Böyük ehtimalla paraproktit xəstəliyi ilə ağırlaşmışdır. Siz təkrar əməliyyat olmalısınız . Sağ olun

  • Turkan

    Doktor Salam.Anal cat emeliyyat olunduqdan sonra yeni ikinci defe yaranma ehtimali var? evvelceden tesekkur edirem.

Leave a Comment

Start typing and press Enter to search