Antibiotikdə Elmi İnqilab

Müəllif
Bölmə Maraqlı

Antibiotiklərə qarşı müqavimətli bakteriyaların qarşısının alınması üçün böyük bir addım atıldı. Amerikalı tədqiqatçıların bu kəşfi inqilab kimidir.

ABŞ-lı elm adamları, bakteriyalarda müqavimətin qarşısını alan yeni bir antibiotik kəşf etdilər. Teixobactin adlı antibiotik dərmanlara müqavimətli olan bir çox infeksiya və xəstəliyin müalicəsində təsirli ola biləcəyi düşünülür.

antıbıotıNortheastern Universitetində aparılan araşdırmada “Teixobactin” adı verilən yeni bir antibiotik inkişaf etdirildi. Araşdırma qrupuna görə, Teixobactin, dərmanlara müqavimətli olan bir çox bakteriyanı öldürür.

İnkişaf etdirilən antibiotik, mikrobların hüceyrə divarları toxumasını əngəlləyərək dərmanlara qarşı müqavimət inkişaf etdirmələrinin qarşısını alır.

ABŞ-lı tədqiqatçılar, labrotuvar şəraitində inkişaf etdirilə bilinməyən və torpaqda olan bakteriyalar üzərində işləyərək bu antibiotiki inkişaf etdirdi. Siçanlar üzərində aparılan sınaqlara əsasən Teixobactin-in ölümcül olan ağciyər və qan infeksiyalarının müalicəsində təsirli olduğu müəyyənləşdirilib. Teixobactin-in antibiotik araşdırmaları arasında bir inqilab olduğu bildirilir.Təxminən 1987-ci ildən etibarən heç bir antibiotik kəşf edilə bilmirdi.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN