Asqırmaq Necə Yaranır Səbəbləri Nələrdir?
Asqırmaq, insanın təbii olaraq mane ola bilmədiyi bir davranışdır. Hər bir insan zaman zaman asqırır hətta yaz aylarında bir az daha çox asqırır.
Bəs nədir asqırmaq?
Asqırmaq, insan istəməsə belə iradədən kənar birdən səsli bir şəkildə ağızdan və burundan nəfəs verməkdir. Asqırmaq burun kanallarındakı sinirlərin xəbərdar edilməsi nəticəsində yaranan psixoloji bir reaksiyadır.
Asqırmaq Necə Yaranır?
Burun nəfəs almağımızı təmin edən orqandır və burun içərisindən hava keçib ciyərlərimizə gedərkən burun içi tüklər həm havanın temperaturunu tənzimləyir həmdə toz kimi yad cisimləri tutub saxlayır. Burun bu hərəkəti edərkən burun sinirlərinin xəbərdar edilməsi nəticəsində asqırmaq meydana gəlir.Asqırmadan əvvəl sanki bir yerimiz dişlənmiş kimi sinir uclarının xəbərdarlıq göndərməsi nəticəsində, burnumuzdan ilk öncə bir ifrazat gəlir. Biz bunu o qədər də hiss etmərik. Bu maddənin ardından beyinə göndərilən xəbərdarlıq nəticəsində baş və boynumuzdaki əzələlər xəbərdarlıq edilərək ani nəfəs boşalma hadisəsi yaşanır. Səs tellərinin olduğu hissə əvvəl bağlanır və buradakı havanın təzyiqi daha da yüksəlir. Sonra anidən açılaraq hava güclü səslə çölə verilir. Əlbəttə eyni zamanda burundakı toz kimi yad maddələr və soyuqdəymə yaradan mikroblar da çölə atılmış olur.
Asqırmaqla Bağlı Bilinməyənlər
Normalda yatarkən asqırma hadisəsi olmaz. Yuxu zamanı xüsusilə yuxu görmə ərəfəsində sinir sisteminin bəziləri qapalı olduğundan normal şərtlərdə asqırma olmaz. Xəbərdarlıq çox güclü isə ola bilər amma insan anında yuxudan oyanır.
İnsanlar asqırarkən gözlərini açıq saxlaya bilməzlər. Mütəxəssislər bunu insanların ağrı hiss etdiyi zaman gözlərini bağlamaları formasında açıqlayırlar. Asqırma ani və şiddətli bir refleks vəziyyəti olduğundan insanlar özlərindən asılı olmayaraq gözlərini yumurlar.
Asqırmağın Səbəbləri
Asqırma burundakı sinirlərə xəbərdarlıq edilməsi nəticəsində meydana gəlir – deyə açıqlamışdıq. Buradakı sinirlərə xəbərdarlıq edilməsinin səbəbləri müxtəlifdir. Asqırma ən çox allergik hallarda ortaya çıxır. Bunun yanında toz, tüstü, ətirlər hətta anidən işığa baxma kimi başqa bir çox səbəbləri də var. Günəş işığı ilə qarşılaşanda asqırmağın genetik olduğu irəli sürülür. Qrip və soyuqdəymə tez tez asqırma səbəblərindən biridir. Bu xəstəliklər zamanı insan burun tıxanıqlığı və burunda allergik bir vəziyyət yaşamasında görə tez tez asqırır. Amma asqırma xəstəlik mikroblarının nəfəs yolu ilə çölə atılmasını təmin etdiyinə görə faydalıdır.
Asqırarkən Heç Bir Zaman Nəfəsinizi Tutmayın
Bəzi insanlar asqırma refleksi gəldiyi zaman nəfəsini tutur, ağzını bağlayır və səssiz bir asqırma yaşayır. Mütəxəssislər bu şəkildə asqırmağın səssiz olması çox təhlükəlidir deyirlər. Asqırmağın səsli və tamamilə nəfəsi açacaq şəkildə olmasını tövsiyə edirlər. Asqırmağın tutulması halında boyun çıxmasına kimi bir çox zərərli təsir göstərə bilər.
Asqıran Adama Niyə “Sağlam Ol” Deyilir?
Cəmiyyət içərisində asqıran adama adətən, “sağlam ol” deyilir. Bunun səbəbi dinimizə görə belədir; Asqırma əsnasında qəlbimiz anlıq dayanır və təkrar işləyir. Dini kitablarda asqırmağın sünnət olduğu yazılır.
Digər bir səbəb isə Xiristiyanlıqdan gəlir. Altıncı əsrdə asqıranlara bədənlərindəki şeytanı atdıqları üçün təbrik mənasında “Tanrı səni zikr etsin” deyilirdi. Bu söz böyük vəba virusu başlayanda Papa tərəfindən deyilməsi zəruri sayıldı və qanuniləşdirilmişdir.
Hansı səbəblə olursa olsun asqıran adama çox yaşa, sağlam ol kimi gözəl sözlər demək nəzakətdən qaynaqlandığı hesab edilir. Bütün oxucularımıza, hər zaman sağlam olun deyirəm.
salam dokdur usagimin qarni ve basi agrayir qurd dermani vermisem sizce ne analiz vermeriyem cox sagolun
Salam. Qanın ümumi analizi. Sağ olun
salam dokdur usagim cox eziyyet cekir cox asqirir 20 defe asqirir cox mualice alir xeyir etmir usagimin 10 yasi var qurda mualice etdiy yenede xeyir elemir sizce anariz verim
Salam. Siz müayinə aparmağınız məqsədə uyğundur. Sağ olun
salam dokdur usagimin 9 yasi var urek bosluqlari konkordans yerlesmisdir aorta,sol medecik ag ciyer arteriyasi sag medecikden cixir.urek daxili olculer norma daxilindedir. ceperlerde qusur izlenilmedi.sol medeciyin sistolik ve diastolik funksiyalari normaldir ag ciyer arteriyadaxlisistolik teziqi norma daxilindedir n 30mm hg perikard bosluqu temizdir bir dereceli trikuspid derece pulmonar arteya qapaq katismazliqi kox narahatam xais edirem cavabrandilarsiniz
Salam. Aparılan testlər nəticəsində verilən məlumata görə xəstəlik ciddi olsa da ancaq operativ müalicə uğurlu olur. Sağ olun
sugra qizimin 9 yasi var tez tez asqirir her fesilde hedda burnun ici yara olur zehmet olmasa meslehet vererdiniz
Salam. Burun qisasi zərif struktura malikdir.Əgər yara olursa onun mənşəyi çox zaman infeksiyon allergik xarakter daşıyır. Siz LOR həkiminə müraciət edin. Sağ olun
Mrn gun erzinde 20 30 defe sebir vururam bunun sebrbi nrdir
Salam. Sizdə ya allergik mənşəli ola bilər və ya burunda qıcıqlandırıcı faktor yaranmışdır, onun aradan qaldırmaq lazımdır. Sağ olun
Salam. Böyük ehtimal ki allergik reaksiya yaranıb sizdə. Sağ olun
Salam doktor.Men yemek yedikden sonra 3-4 defe asqırıram.Yeni diqqet etmisem bu hal daha çox yemek yedikden sonra bas verir.Bu neden ola biler? evvelceden tesekkur edirem doktor.
Salam. Böyük ehtimalla qida qəbulu zamanı boğazda (носоглотка) qıcıqlanma yaranır. Qida qəbulu zamanı qidanın temperaturuna nəzarət edin. Sağ olun