Badamcıq Vəzisi Əməliyyatı – Tonsillektomiya

 In LOR

Badamcıq vəzisi (Tonsil) nədir?

Badamcıqlar, boğazın hər iki tərəfində olan vəzlərdir. Badamcıqlar, boğaza girən bakteriya və virus cinsi mikrobları tuturlar və bədənin mikroblarla döyüşməsinə köməkçi immunitet sistemi hüceyrələrini və antikorları ifraz edirlər.Uşaq doğulduğu zaman anadan keçən immunglobulinlərə görə kiçikdirlər. 4-5 yaşlarda daha tez-tez olmaq üzrə infeksiyalara bağlı olaraq böyüyürlər. İrəli yaşlarda kiçilməyə meyilli göstərərlər.

Badamcıq vəzisi iltihabı (tonsillit) nədir?

Badamcıq vəzisi iltihabı, badamcıq vəzisi mikroblarla qarşılaşması və şişməsi nəticəsində inkişaf edir. Əgər tez-tez təkrarlayan badamcıq vəzisi iltihabınız varsa, həkiminiz badamcıq vəzisinin xaric edilməsini təklif edə bilər. Tez-tez iltihablanmalara görə müdafiə vəzifəsini yerinə yetirə bilmədiyi zaman, hətta sağlamlığınıza zərər verməyə başlamış olan badamcıq vəzisi bədəndə qalması xroniki iltihablı badamcıq vəzisi olmasından daha risklidir.

Badamcıq vəzisinin iri olması önəmlidir?tiroit-bogaz-boyun-glr

Badamcıq vəzisi və gəniz əti böyümələri üst tənəffüs yolunu daraldacaq ölçüyə çatdıqda xoruldama və apne dediyimiz yuxuda nəfəssiz qalma kimi ciddi problemlər yaradır. Bu hallarda bir Lor həkiminə müraciət etməkdə fayda vardır.

Əməliyyat nə zaman lazımdır?

Badamcıq vəzisi və gəniz əti əməliyyatları Lor klinikalarında tez-tez həyata keçirilir. Dərman müalicəsindən nəticə əldə etmədikdə cərrahi olaraq bunların çıxarılması yolu seçilir. Bu əməliyyata qərar vermək üçün istifadə edilən iki meyar vardır.

Qəti nisbi olaraq əməliyyatın zəruriliyi müəyyən olunur.

Qəti əməliyyatı tələb edən hallar

1- Üst tənəffüs yolunun badamcıq vəzisi və gəniz əti böyüklüyünə bağlı olaraq keçilməzliyi
2- Badamcıq Vəzisi ətrafında apse (Peritonsillər apse)
3- Pis xasiyyətli şiş şübhəsi
4- Çənə quruluşunu pozan gəniz əti və badamcıq vəzisi böyümələri

Nisbi göstəricilərə əsasən təkrar olunan badamcıq vəzisi infeksiyaları daha çox görülür. Badamcıq vəzisi əməliyyatlarının %40-ı bu səbəblə həyata keçirilir.

Son bir ildə 7 dəfə və ya
Son iki ildə ildə 5 dəfə və ya
Son üç ildə ildə 3 dəfə və ya daha tez-tez qızdırmalı badamcıq vəzisi iltihablanması keçirilməsi
Difteriya mikrobu daşıyıcıları
Ürək qapaq qüsurları olan adamlar.
Badamcıq vəzisi və gəniz əti iltihablanmasından asılı olaraq tez-tez orta qulaq iltihabı keçirilməsi.
Febril konvulziyalara səbəb olan tonsillit hücumları

Bu kimi hallar xroniki badamcıq vəzisi iltihablanması adlandırılır.Problemin həllində cərrahi əməliyyat seçilir.

Badamcıq vəzisi əməliyyatı (tonsillektomiya) zamanı nələr olur?

Badamcıq vəzisi əməliyyatı ümumi anesteziya tətbiq edilərək və təxminən 20-30 dəqiqə çəkir. Bir anesteziyanın başlama və sonocanvas_bademcik-iltihabina çatma müddəti də əlavə edildiyi zaman əməliyyatda keçən ümumi müddət 1-1.5 saata qədər ola bilər.

Badamcıq vəzisi ağızın içindən dəridə bir kəsik aparılmadan xaric edilir. Cərrah, badamcıq vəzisini olduğu yerdən çıxardacaq və qanaxmanı dayandıracaqdır.

Yaxşılaşma

Badamcıq vəzisi yerləşdiyi yer əməliyyatdan sonra açıq yara olaraq qalır. Bu səbəbdən udma zamanı boğaz ağrısı və qulağa vuran ağrı ola bilər. Boğaza baxacaq olsanız badamcıq vəzisi yerləşdiyi yerin ağ-sarı rəngdə olduğunu görərsiniz. Bu mənzərə iltihablanmağa bağlı deyil və 15-20 gün davam edəcəkdir. Daha sonra əməliyyat yeri ağız içi rənginə bənzər bir çəhrayı rəngli toxuma ilə örtüləcəkdir.

Recent Posts
Showing 7 comments
  • Gunduz

    salam Hekim menim 3 gundu bogazim agriyir su icende yemek yiyende udquna bilmirem adi suda bele neden ola biler?

  • Ayşen

    Men 20 yaşimda badamciq emeliyyati olmuşam. İndi 23 yaşim var. Lakin emeliyyatdan sonra bogazimda derin çapıqlar qalib. Lidaza ile 10 gün elektrofarez almişam yene xeyri olmayib. Her ay xeste oluram hekime gedirem müalice yazir biraz keçir yeniden başlanır. İndi ise udquna bilmirem. Bogazimda udqunan zaman pis agri olur. Gece yatanda bogazim quruyur. Men bilmirem ne edim ki qurtulum bu ezabdan. Siz ne meslehet verərdiz?

    • Fuad Nəzərov

      Salam. Siz normal Müalicə almalısınız. Onun üçün LOR doktora müraciət edin. Sağ olun

      • Gunduz

        salam Hekim menim 3 gundu bogazim agriyir su icende yemek yiyende udquna bilmirem adi suda bele neden ola biler?

        • Fuad Nəzərov

          Salam. Sizdə böyük ehtimalla Kəskin Angina xəstəliyi baş vermişdir. Sağ olun

          • Gunduz

            cox sagolun Allah razi olsun

Leave a Comment

Start typing and press Enter to search