Badamcıq Vəzisi Şişi

 In LOR

Orqanizmdə sürətlə çoxalan mikrobların səbəb olduğu badamcıq vəzisi iltihabı, irəliləməsi halında bədən müqavimətini zəiflətməklə yanaşı qidalanma problemlərinə da yol açır.

Bədəndəki yad maddələrə qarşı mübarizə aparan maddələrin, bədən müqavimətini olduğu kimi saxlaması üçün badamcıq vəzisi tam işləməsi və vəzifəsini yerinə yetirməsi lazımdır. Badamcıq vəzisi xəstələnməsi halında antikorların ifrazatında və fayda verməsində azalmalar müşahidə olunur.

Badamcıq vəzisi şişinin əmələ gətirdiyi ən böyük mənfi cəhət isə insanlarda halsızlığa, udmaqda çətinlik çəkməyə və bədən temperaturasının yüksəlməsinə yol açmasıdır. Bu xəstəliyin müalicə mərhələsində adətən antibiotik istifadə edilir. Ancaq xəstəliyin sağalma prosesini sürətləndirmək və bədən müqavimətini artırmaq üçün bitki ilə müalicələrdən də istifadə etmək lazımdır.

Badamcıq vəzisi şişini yaxşılaşdıracaq bir neçə üsulbogaz-iltigabi-icin-sifali-bitkiler1

Quru alça yarpaqları isti suyun içərisində 10 dəqiqə qədər dəmləndirib hər gün boğazda qarqara edilməlidir.

Adaçayı isti suyun içərisində dəmləndirilməli və boğazda qarqara şəklində istifadə edilməlidir. Adaçayı içərisində olan bir maddə boğaz iltihabına və badamcıq vəzisi şişinə qarşı müsbət cavablar verir.

Duzlu su ilə hər gün boğazınıza qarqara edin.

1 yemək qaşığı zeytun yağı ilə 2 dənə rəndələnmiş soğanı qovurun və tənzifin üzərinə düz sıra halında yayın. Yayılmış olan soğan pürəsini ilıq hala gəlidiyi zaman boğazınıza sarıyın və saxlayın.

Xəstəlik prosesində qətiyyən siqaret çəkmək olmaz.

Papatya qurusu ilə qırmızı üzüm sirkəsini dərin bir qabın içərisinə qoyun və 24 saat ərzində gözlədin. Papatya ləpə konsistensiyasına gəldiyi zaman sirkəli suyun içərisindən əliniz ilə çıxardın və yaxşıca suyunu sıxın. Əlinizdə qalan papatya pürəsini tənzifin üzərinə yayın və boğazınıza sarıyın.

56569401-thinkstock-bogaz-agrisi-hasta-kadin-glrHər gün təzə sıxılmış qreypfrut və portağal suyu için.

Qarağatı qaynamış suyun içərisində dəmləndirin və suyun içərisindən qarağatı süzərək götürün. Qalan maye qarışığın içərisinə 1 yemək qaşığı qədər tut mürəbbə şirəsi əlavə edin və sirop konsistensiyanı alana qədər qarışdırın. Hazır hala gələn təbii siropu sağalana qədər hər gün 3 xörək qaşığı şəklində istehlak edin.

İtburnu, nanə və adaçayını tez tez istehlak edin.

Qurudulmuş papatya ilə birlikdə xətmi çiçəyini qaynamış suyun içərisində dəmləndirin.Təxminən 2 saat qədər dəm aldıqdan sonra üzüm suyu ilə şirinləşdirin və hər gün 1 fincan şəklində istehlak edin.

Hər gün bal ilə qarışdırılmış isti su için.

30 qr zəncirotu kökünü bir çaydanın içinə qoyun və üzərinə su əlavə edin.Sonra bu ikisini bir dəfə qaynadın və dəmə qoyun. 20 dəqiqə dəm aldıqdan sonra ilıq halda için. Hazırlanılan bu çayı hər gün 1 fincan şəklində için.

Heyvanı qaynadın və suyu ilə hər gün qarqara edin.

Quru ənciri süd ilə bişirin və hər gün istehlak edin. Badamcıq vəzisi şişməsi və sinə ağrısı üçün yaxşıdır.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search