Bağırsaq Polipləri

 In Nəzik Bağırsaq - Cərrahi Əməliyyat, Yoğun Bağırsaq - Cərrahi Əməliyyat

Kolon və Düz Bağırsaq Polipləri

Poliplər yoğun bağırsağın (kolon və düz bağırsağın) səthini örtən təbəqənin (mukoza) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq kanalı (lümen) içinə doğru böyüyür.
Bəzi poliplər, düz (qulpsuz) bəziləri isə bir sap ilə bağırsaq divarına bağlıdırlar (saplı polip). Yoğun bağırsağın ən çox görülən xəstəliklərindən biridir. Yeniyetmələrdə %15-20 nisbətində polip görülür. 50 yaş üzərində isə bu nisbət %40-50-ə çatır.

Yoğun Bağırsaqda Polip – Polipin Endoskopik Görüntüsüpolipler

Adətən yaxşı xasiyyətli olmasına baxmayaraq, poliplərin, xərçənglərlə olan əlaqəsi qəti olaraq göstərilmişdir. Yoğun bağırsaq xərçəng xəstəliklərinin %90-dan çoxu polip kimi inkişaf edir. Bir polipin xərçəng olması üçün təxminən 8-10 il qədər bir müddət keçir. Poliplər xərçəng üçün qabaqcıl bir xəstəlik olduqları üçün xərçəngə çevrilmədən əvvəl xaric edilməlidir.

POLİPLƏRİN SİMPTOMLARI (ƏLAMƏTLƏRİ) NƏDİR?

Bir çox polip simptomu (əlamət) olmaz və endoskopiya və ya yoğun bağırsağın radioloji araşdırılması zamanı təsadüfən təyin edilir. Ancaq bəzi poliplər qanaxma, selikli qişa axıntısı (yapışqan axıntı), bağırsaq funksiyalarında dəyişiklik və nadir hallarda də qarın ağrısına səbəb olur.

Diaqnozu

Poliplər, ya doğrudan bir endoskop (bağırsaq kanalının içini görmək üçün cihazlar) köməyi ilə birbaşa olaraq, yoğun bağırsağın səthini örtən təbəqənin (mukozanın) araşdırılması nəticəsində ya dərmanlı qalın bağırsaq filmi (iki kontrastlı, barium kolon filmi) ilə bilinə bilər.
Kolorektal endoskopiyada, birbaşa göz ilə qalın bağırsağı örtən təbəqə izlənə bilər.3 üsul vardır.

1- Rijit Sigmoidoskopiya

Yoğun bağırsağın (kolon və düz bağırsaq) son 20-25 sm-lik məsafəsinin görünməsinə imkan tanıyır.
Rijid sigmoidoskopiya prosesi

2- Elastik sigmoidoskopiya

Yoğun bağırkalın-bağırsaksağın son 60 sm-lik hissəsinin izlənməsini təmin edir.
Hər iki araşdırma üçün sadəcə, imalə ilə bağırsaq təmizliyi kifayətdir. Yenə hər iki araşdırma də xəstəyə hər hansı bir ağrı kəsici və ya sakitləşdirici verməyə ehtiyac qalmadan müayinə otağında rahatlıqla edilə bilər.

Fleksibıl sigmoidoskopiya prosesi

3- Kolonoskopiya

Daha uzun, hərəkətli və asanlıqla büküləbilən (elastik) bir cihaz ilə bütün kolon incələnə bilər. Bu araşdırma üçün bütün qalın bağırsaq təmizliyi lazımlıdır. Əməliyyat zamanı xəstənin rahat olması üçün sakitləşdirici və ağrı kəsici də verilə bilər.

Dolaylı qalın bağırsağı örtən təbəqə,dərmanlı qalın bağırsaq filmi olan iki kontrastlı, barium kolon filmi ilə dəyərləndirilə bilər. Verilən barium məhlulu (dərman) kolonda tutulduğu zaman poliplər tanına bilər.

Kolonoskopiya Prosesi

Nəcisdə (gaitada) gizli qan incələməsi, kolorektal xəstəliklərdə əhəmiyyətli bir test olmasına baxmayaraq neqativ çıxması halında poliplərin olmadığını göstərməz. Kolonda bir ədəd polipin varlığı bütün kolonun incələnməsini tələb edir. Çünki bu xəstələrin %30-da yoğun bağırsağın başqa yerində müşayiət edən başqa poliplər olur.

Poliplər Müalicə Edilməlidir?

Yoğun Bağırsaq Xərçəngi ilə poliplər arasında qəti bir əlaqə vardır. Bu səbəblə hansı polip xərçəngə çevrilmə tendensiyasına malik olması, hansının olmaması tam olaraq bilinmədiyi üçün bunların hamısının tamamilə xaric edilməsi tövsiyə edilir.
Kolonoskopiya ilə keçirilən bir çox müayinə zamanı görülən poliplər eyni zamanda çıxarıla bilər. Daha geniş poliplərdə isə tamamilə çıxarmaq üçün birdən çox müalicə üsulu lazımdır. Ancaq bəzi poliplər böyüklüklərinə, mövqelərinə və saylarına görə bu tip üsullarla çıxara bilməz və əməliyyat lazım ola bilər.

Polip endoskopiya (kolonoskopiya-sigmoidoskopiya) köməyi ilə çıxarılmasına polipektomiya deyilir. Polip endoskopiya zamanı xüsusi alətlər köməyi ilə çıxarmaq olar.
Polipektomiya aparılaraq poliplərin çıxarılması Yoğun Bağırsaq Xərçənginin inkişafının qarşısını alır. Bu səbəblə Yoğun Bağırsaq Xərçəngi qarşısı alına bilən bir xəstəlikdir.

Poliplər Təkrar Edə Bilərmi?

Bir polip tamamilə çıxarıldıqdan sonra eyni yerdə nüks qədər də gözlənilmir. Amma polip əmələ gəlməsinə zəmin yaradan amillər, eyni qalın bağırsağın başqa bölgələrinə də təsir etdiyi üçün başqa yerlərdə polip çıxa bilər. Yeni polipi olan xəstələrin ən az %30-da daha əvvəldən də poliplər olmuşdur. Bu xəstələr kolon-rektum xəstəlikləri mövzusunda xüsusi təhsilli həkimlər tərəfindən müntəzəm müayinə edilməlidir.

Yoğun Bağırsaq Xərçəngi Necə Başlayır?

Demək olar ki, bütün yoğun bağırsaq xərçəng xəstəliklərinin, bir Polip zəminindən başladığı mövzusunda fikir birliyi vardır (Polip; Bağırsaq daxili səthini örtən təbəqədən inkişaf edən bağırsaq içinə doğru böyüyən qabartı və şişə verilən addır). Poliplər bağırsaq içini örtən təbəqədə ortaya çıxır və getdikcə ölçüləri arta bilər.

Recent Posts
Showing 3 comments
  • tehran

    salam, doktor. məsləhətə ehtiyacım var. Yaxın xəstəmi endoskopiyadan keçirdim. 0,2-0,3 sm ölçüsündə düz bağırsaq polipi aşkar olundu. bütövlükdə diaqnoz belədir: qıcıqlanmış bağırsaq sindromu. qastroduodemit. düz bağırsaq polipi. yerindəcə yandırılmasına icazə vermədim. nə qədər düz elədim, bilmirəm. müalicə yolu ilə aradan qalxa bilərmi? əvvəlcədən təşəkkür edirəm.

  • Günay

    Salam doxdur men üç defə babasirden əmalyat olmuşam gənə məndə babasir əmələ gəlif qanama verir xaiş edirəm mənə kömək edin bu nəylə bağlldl

    • Fuad Nəzərov

      Salam. Babasil əməliyyatında əgər göstərişi və əməliyyatın gedişi düzgün aparılıbsa təkrar yaranması mümkün deyil. Sağ olun

Leave a Comment

Start typing and press Enter to search