Başağrısı və Miqren

 In Başağrısı və Migren

Cəmiyyətdə Baş Ağrıları

Baş ağrısı cəmiyyətdə ən çox görülən şikayətlərin başında gəlir. Baş ağrısı şikayəti olanların nisbəti cəmiyyətdə %90-a çatır. Bütün baş ağrılarının %90-ı isə miqren gərginlik tipli baş ağrılarından ibarətdir.

Baş ağrılarının neçə tipi var?

Baş ağrılarını 14 əsas qrup və yüzlərlə alt qrup olaraq sinifləndirilmişdir. Birbaşa baş ağrısı ilə ortaya çıxan, başqa bir xəstəliklə əlaqəsi olmayan baş ağrıları əsas baş ağrılarıdır. Bunlar miqren, gərginlik tipi və yığın baş ağrılarıdır. İkincil baş ağrıları isə %10 görülən, səbəbi müəyyən bir xəstəliyə bağlı olaraq, beyin damar xəstəlikləri, sinir sistemi xəstəlikləri, beyin şişləri, göz xəstəlikləri, sinuzit, menengit kimi xəstəliklərin olması zamanı ortaya çıxan baş ağrılarıdır.

Miqrenin xüsusiyyətləri nədir?

Adətən ağrı başın tək tərəfində olurbaş-ağrısı
Ağrı zonqlayıcı xüsusiyyətdə, orta və ya şiddətlidir
Mədə bulanması, qusma olur
Ağrı 4- 72 saat çəkir
Ağrı başlanğıcında görmə qüsurları olur (auralı tipdə)
Baş hərəkətləri və fiziki fəallıqla ağrı artır
İşıqdan və səsdən narahat olma

Miqrenin neçə tipi vardır?

Ümumi olaraq iki qrupa bölünür. Auralı dediyimiz ön əlamətli miqren və aurasız miqren. Miqrenlərin yalnız %10-u auralıdır.

Miqrenin aurası nədir?

Aura, ön əlamətli miqrendə rast gəlinən şikayətlərdir. Bu əlamətlərin çoxu görməklə bağlıdır. Xəstə, parlaq işıqlar, zig zag xətlər gördüyünü və ya görmənin bulanıqlaşdığı, bir sahədə və ya bir bölgədə görmə itkisi olduğunu deyir. Bundan başqa, əldə, ayaqda uyuşma, baş dönməsi, danışmaqla bağlı pozuntular da görülür. 20-30 dəqiqə çəkir və sonra ağrı başlayır.

Miqrenin səbəbi məlumdurmu?

Ekoloji amillər, genetik olaraq meylli insanlarda, beyində bir aktivləşmə yaradırlar. Bu aktivləşmə, beyin damarlarında genişlənmə yaradır və kimyəvi maddələr aşkara çıxır. Bunlar sinirlərə xəbərdarlıq edərək ağrıya səbəb olurlar.

Miqrenə təkan verən amillər nələrdir?

Yüksəklik dəyişiklikləri
Hava çirklənməsi, siqaret dumanı
Parlaq işıq və ya titrəyən işıq
Yüksək və davamlı gurultu
Ətir qoxusu, qüvvətli digər ətirlər və kimyəvi maddələr
Hava vəziyyətindəki dəyişikliklər (təzyiq, temperatur və rütubət dəyişikliyi, lodos)
Mövsümi dəyişikliklər (payız və yaz ən pis vaxtlar)
Aclıq
Çox və ya az yatma, yuxu sistemindəki fəsadlar
Təyyarə ilə səfərlər
Doğum kontrol həbləri
Qadınlarda hormonal dəyişikliklər (adət dövrü)
Bəzi yemək və içkilər (şokolad, qabıqlı quru meyvə, qırmızı şərab və s.)

Miqren qadınlarda niyə daha çoxdur?

baş-ağrısı-2Bu, qadınların hormonal sisteminə bağlı bir vəziyyətdir. Menopauza dövründəki qadınlarda miqren krizisləri seyrəkləşir. Hamiləlikdə də 3 ilə 9-cu aylar arasında miqren krizisləri azalır.

Baş ağrısını miqrendən necə seçmək olar?

Baş ağrısı çoxlu stressdən irəli gəlir
Bütün başa yayılır, təpədə təsirlidir. Başın arxasından önə doğru yayılma göstərir
Çox nadir tək tərəfli ola bilər
Mədə bulanması ola bilər amma qusma görülməz
Bir həftə – 15 gün ağrıyla (yüngül) keçir
Ağrı krizis şəklində olmaz
Ağrı başlamazdan əvvəl görmə qüsurları olmaz
Hərəkət etmə,ağrını artırma

Miqrendə müalicə necə olmalıdır?

Müalicədəki hədəf,təkan verən amilləri azaltmaq, sinir sistemindəki həssaslığı və ağrı zamanı ortaya çıxan damar və damar ətrafındakı narahatçılığı azaltmaqdır. Əsas müalicə, qoruyucuağrı zamanı müalicə olmaq üzrə ikiyə ayrılır. Əgər xəstənin ağrıları ayda bir iki dəfə görülürsə, sadəcə, ağrı zamanı müalicə məsləhət görülür.

Recent Posts
Showing 6 comments
  • Fuad Nəzərov

    Salam. Böyük ehtimalla damarlar sıxılır və ağrı güclənir. Siz nevropatoloqa müraciət edin. Sağ olun

  • gulnar

    Demeli hekim 6 yaxud 7 il olar toya gedende basimi cox terpedende alis veris edendee…mende ya gozden basliyir boyuna ya da boyundan gozeee aqri vurur bu neticede basimin saq hissesi oldurucu aqriyirrr…bu ancaq yatandan sonra kecir…..gozum aqriyan kimi boynum aqriyir ancaq saq terefdii bir noqtedi basilinsaxlayanda elimle deyanir aqriii…sinirdi nedi goze getmisem teziq filan yoxdu…ne di bu

  • Anonim

    salam hekim 6 il bundan qabaq beynimden cirk geldi 2 kurs mualice etdirdim sonra kecdi indi soyuq olanda bas agrilari olur tekrar hekime muraciet elemek lazimdimi stramon tez tesir edir

    • Fuad Nəzərov

      Salam. Bəli baş beyin KT aparmağınız və həkimə müraciət etməyiniz məsləhətdir. Sağ olun

  • Nicat

    Hekim salam.Bununla ikinci defedir ki seherler gözüm qaralır başım fırlanır sonra başım ağrıyır.Bu neden ola biler? Hemin vaxt başım da ağrıyır gunortadan sonra bu hal keçir. tesekkur edirem

    • Fuad Nəzərov

      Salam. Siz A/T nəzarət edin. Baş ağrıları davam edirsə həkimə müraciət edin. Sağ olun

Leave a Comment

Start typing and press Enter to search