Beyin Anevrizmalarının Əməliyyatsız Müalicəsi

Müəllif
Bölmə Beyin Sağlamlığı

Günümüzdə inkişaf edən səhiyyə texnologiyası sayəsində anevrizma müalicəsi artıq açıq əməliyyata ehtiyac olmadan,kəsik aparılmadan, qasıq nahiyəsindən daxil olunan bir kateterlə aparıla bilər.

Nədir?beyinanevrizma

Beyin damarlarında görülən və anevrizma adı verilən şarlar qanaxma verdiyi zaman daha çox hallarda ölüm və əlillik yaradır. Buna görə anevrizma aşkar olunan zaman mütləq müalicə edilməlidir.

Ailədə anevrizma olan şəxslərdə yaranma riski çoxdur.Beyin damarında zəif nöqtənin şişməsi kimi olan anevrizma çox zaman heç bir şikayətə səbəb olmadan qalaraq, anidən partlayaraq ölümə və yaxud ciddi iflicə səbəb ola bilər. Bu səbəblə diaqnoz qoyulduğu zaman mütləq müalicə edilməlidir. Ailədə beyin damar xəstəliyi olan, yaxın qohumlarında anevrizma olan və ya yüksək təzyiqi olanlarda bu risk daha da artır. Siqaret çəkənlərdə anevrizmanın qanaxma riski çəkməyənlərə görə daha yüksəkdir.

Kateterlə Müalicəsianevrizma-3

Daha əvvəllər anevrizma müalicəsi yalnız açıq beyin əməliyyatı şəklində aparılırdı. Son zamanlar tibbi inkişaf nəticəsində açıq əməliyyata ehtiyac qalmadan, qasıq nahiyəsindən kateterlə daxil olaraq damar içərisindən müalicəsi asanlıqla aparıla bilir. Açıq əməliyyata görə daha çox qısa müddətdə aparılan bu müalicədən sonra pasient bir neçə gün içərisində tamamilə normal olaraq gündəlik həyatına qayıda bilir. Embolizasiya adı verilən bu müalicə üsulu irəli texnologiya görüntüləmə avadanlıqları və xüsusi vasitələrlə həyata keçirilir.

Bu müalicənin uğurlu bir şəkildə aparılması üçün həkimin xüsusi təhsil alması (neyroradiologiya) və təcrübəli olması lazımdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN