Böyrək Çatışmazlığı Müalicəsi

 In Böyrək - Cərrahi Əməliyyat

Müalicə Üsulları

Müalicə variantları böyrək çatışmazlığının səbəbinə bağlı olaraq dəyişir.
Məsələn, böyrək çatışmazlığı qandakı maye nöqsanlığına bağlı olaraq yaranmışsa həkiminiz damar yoluyla (entravenoz) maye köçürülməsi yaza bilər.Tamamilə əks halda isə, yəni böyrək çatışmazlığı həddindən artıq maye yığılması ilə inkişaf edərsə sidik qovucu dərmanlar yazıla bilər.Həmçinin xəstənin qanında olan mineral (kalsium, kalium) nisbətlərini normal səviyyəyə çəkmək üçün dərman qəbul edilə bilər.
Böyrək çatışmazlığı səbəbi ilə artan qandakı toksinlər dializ müalicəsi ilə aradan qaldırıla bilər. Süni böyrək vəzifəsi yerinə yetirən dializ aparatı qanı filtrdən keçirir və toksinləri təmizləyir.

Böyrək Çatışmazlığı Riskini Artıran Amillər

bobrek-diyaliz

Dializ Müalicəsi

Yuxarıdakı hallara əlavə olaraq qısa zamanda çox miqdarda maye itkisi, yüksək təzyiq dərmanları, infarkt, ürək xəstəlikləri, infeksiya, qaraciyər çatışmazlığı, bəzi dərmanların (aspirin, ibuprofen, advil) tez-tez istifadəsi, lupus xəstəliyi, sümük iliyi xərçəngi, xolesterin olması səbəbindən zəifləyən damarlar, həddindən artıq alkoqol istehlakı, xəbərdaredici dərmanların istifadəsi, qan damarında görülən iltihaplanmalar, ciddi yanıqlar və bədənin susuz qalması böyrək çatışmazlığı səbəbləri arasındadır.

Böyrək Çatışmazlığı Diaqnozu Necə Qoyulur?

Həkiminiz diqqətinizi çəkən əlamətlərin nələr olduğunu öyrəndikdən sonra fiziki müayinə edəcəkdir. Gün ərzində nə qədər sidik etdiyinizi və sidiyə çıxarkən hər hansı bir problem yaşayıb yaşamadığınızı soruşa bilər.
Böyrək çatışmazlığı diaqnozunun tam qoyulması üçün müxtəlif testlər və prosedurlar istifadə edilir. Sidik və qan testləri böyrəklərin funksiyasını tam olaraq yerinə yetirib yetirmədiyini müəyyənləşdirir və həkiminizə yardımçı olacaqdır.
Böyrəklərin ölçülərində hər hansı bir dəyişiklik olub olmadığını görmək üçün ultrasəs və ya CT kimi gprüntüləmə üsullarına müraciət edilə bilər.
Bəzi hallarda böyrək biopsiyası aparılması lazım gələ bilər.

Qidalanma Formaları

Böyrək çatışmazlığı müalicəsbobrek-yetmezligii zamanı və sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır.
Həkiminiz sizin vəziyyətinizə uyğun bir qidalanma proqramının yaradılması üçün sizi bir qidalanma mütəxəssisinə istiqamətləndirə bilər.
Böyrək çatışmazlığı olan xəstələrə, böyrəklərə düşən yükün yüngülləşməsi üçün adətən daha az kalium istehlak etmələri (banan, portağal, kartof, ispanaq, pomidor yüksək miqdarda kalium tərkibli ərzaqlardan bəziləri), natriumu nəzarət altında saxlamaları (konserv qidalar, dondurulmuş qidalar, hazır qidalar, fast-food ərzaqların tərkibinə yüksək miqdarda natrium daxildir), istehlak etdikləri fosforu məhdudlaşdırmaları (tərkibində süd, fındıq, quru meyvələr yüksək fosfor olan qidalar arasındadır) məsləhət görülür.

Böyrək Çatışmazlığından Qorunmaq Olarmı?

Böyrək çatışmazlığından qorunmaq üçün üçün yalnız bir şey edə bilərsiniz ki böyrəklərə həddindən artıq yük salmayan bir qidalanma proqramına sadiq qalmaqdır.
Çox duz istehlak edirsinizsə, həddindən artıq yağlı qidalarla qidalanırsınızsa, müntəzəm olaraq alkoqol istifadə edirsinizsə, siqaret çəkirsinizsə böyrək çatışmazlığı riskini artırırsınız deməkdir. Çünki böyrəkləriniz bütün bunları təmizləmək üçün çox iş görəcəkdir.
Uzun illər boyu normadan artıq çalışan böyrəklər günün birində yorulur.
Bundan başqa, yüksək təzyiq və şəkər xəstələri, sonrakı illərdə böyrək çatışmazlığı yaşamamaq üçün həkimin verdiyi dərmanları nizamlı olaraq istifadə etməli, şəkəri və təzyiqi nəzarət altında saxlamalıdırlar.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search