Böyrək Çatışmazlığı

Müəllif
Bölmə Böyrək - Cərrahi Əməliyyat

Nədir?

Böyrək çatışmazlığı, böyrəklərin işinin ləngiməsi və ya dayanmasına bağlı olaraq qanda olan su, duz və digər mineralların (elektrolitlər) tarazlığının pozulmasıdır.
Böyrəklər işləməyəndə elektrolitlər və tullantı mayelər orqanizmdə toplanmağa başlayır və bu tullantıların səviyyəsi yüksəldikcə ölümcül nəticələr ortaya qoya bilən ağırlaşmalara səbəb ola bilər.
Böyrək çatışmazlığı əlamətləri arasında, tualetə çıxdıqda çox az sidik gəlməsi, heç gəlməməsi,ayaqlarda şiş yaranması ilk sıralarda gəlir.

Böyrək Çatışmazlığı ƏlamətləriBoyrekkkk

Böyrək çatışmazlığının ilkin mərhələlərində hər hansı bir əlamət görülməyə bilər (simptomsuz).
Ancaq böyrəklərin işləmə gücü aşağı düşdükcə bədəndəki su və elektrolit tarazlığı pozulmağa başlayır.
Böyrək çatışmazlığı növbəti mərhələyə keçdikdə gücsüzlük, nəfəs darlığı görülür. Bu məqamda ayaqlar başda olmaqla bədəndə şiş əmələ gəlir.
Böyrəklər tam gücü ilə işləmədiyi üçün tualetə gedən zaman sidik çox az gəlir ya da heç gəlmir.
Digər əlamətləri isə iştahsızlıq, ürəkbulanma və qusmadır. Bütün bunlarla yanaşı zehin qarışıqlığı, həyəcan, əsəbilik halı və yuxu problemləri baş göstərə bilər.
Böyrək çatışmazlığının yuxarıdakı əlamətlərinə əlavə olaraq görülən digər bəzi əlamətləri isə hıçqırıq, əzələ krampları,qaşıntı, sinə ağrısı, nəzarət altına alına bilinməyən yüksək təzyiq kimi sadalana bilər.
Böyrək çatışmazlığı əlamətləri adamdan adama fərqlilik göstərə bilər və ya başqa bir narahatlığın əlamətləri ilə oxşarlığı ola bilər.

Bundan başqa, böyrəklər hər cür vəziyyətə olduqca asan uyğunlaşa biləcəyindən, böyrək çatışmazlığının ciddi əlamətləri, böyrəklər əvvəlki vəziyyətinə geri qaytarıla bilinməyəcək şəkildə zərər görənə qədər ortaya çıxmaya bilər.
Bundan qorunmaq üçün əlamətləri yüngül belə olsa, normaldan kənar bir hal hiss etdiyiniz zaman vaxt itirmədən həkimə müraciət edin.

Böyrək Çatışmazlığı Növləri

Böyrək çatışmazlığı səbəblərinə görə 5 əsas kateqoriyaya ayrılır:

Kəskin Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı böyrəklərə doğru olan qan axınının azalması vəziyyətində baş verir. Qan axını kifayət olduğu üçün böyrəklər qanı tam mənada süzə bilməz. Bu tip böyrək çatışmazlığı əsasən qan axınına təsir göstərən vəziyyətin düzəldilməsi ilə birlikdə müalicə etmək olar.
Kəskin Daxili Böyrək Çatıbobrekler-tam-kapasiteyle-calismadiginda-vucutta-odem-olusabilirşmazlığı: Kəskin daxili böyrək çatışmazlığı birbaşa böyrəklərə təsir edən travmalar nəticəsində görülür. Qəzalar, böyrəklərə alınan zərbələr, toksin yüklənməsi, böyrəklərə kifayət qədər oksigen getməməsi, həddindən artıq qan itkisi, böyrək infeksiyaları daxili böyrək çatışmazlığı səbəbləri arasındadır.
Xroniki Prerenal Böyrək Çatışmazlığı: İntensiv prerenal böyrək çatışmazlığı müalicə etmədikdə və böyrəklər qanı təmizləyə bilmədiyi zaman vəziyyət intensiv daxili böyrək çatışmazlığına çevrilir. Bu vəziyyətdə böyrəklər kiçilməyə başlayır və funksiyanı yavaş-yavaş itirir.

Xroniki Daxili Böyrək Çatışmazlığı: Böyrəklərdə alınan zərbələr, travmalar və müalicə edilməyən böyrək infeksiyaları kəskin daxili böyrək çatışmazlığının xroniki daxili böyrək çatışmazlığına çevrilməsinə səbəb olur.
Xroniki Postrenal Böyrək Çatışmazlığı: Bu tip böyrək çatışmazlığı sidik yollarının uzun müddət bağlanmış qalması və sidiyin orqanizmdən tam olaraq atılmaması nəticəsində yaranır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN