Böyrək Daşları Haqqında Bilmədiklərimiz

Müəllif
Bölmə Böyrək - Cərrahi Əməliyyat

Nədir?

Böyrək kanalları içərisində ağrı və sızıltıya səbəb olan mineral tərkibə malik sərt cisimlər böyrək daşı adlanır. Böyrək daşları xroniki səbəblərdən ötrü, doğuşdan etibarən gələn sidik yollarındakı anormallıqlar və bəzi sistemlər xəstəliklərə görə yarana bilər. Sidiyin olduğu yerdə yarana bilmə imkanı olan böyrək daşları ümumiyyətlə, böyrək içərisində olur. Bədəndəki sidik qoruyucu bəzi mineralların çatışmazlığı böyrək daşı əmələ gəlməsinin əsas b_8e7dd6f0a2a235b8e3a10660d269abb4səbəbidir. Dəniz səviyyəsindən yüksək,isti və tropik bölgələrdə yaşayan insanlarda böyrək daşı daha çoxdur. Günəşin bu xəstəliklə bağlı təsiri çoxdur. Çünki günəş ilə birlikdə D vitaminin orqanizmdəki sintezi artır. Beləliklə, böyrəklərdəki mineral sorulması daha çox baş verir və ortaya kalsium tərkibli böyrək daşları çıxır.

Böyrək Daşının Əmələ Gəlməsini Artıran Amillər Nələrdir?

Gün boyu bədənin ehtiyacı olan maye istehlakını reallaşdırmamaq böyrək daşının əmələ gəlməsinə təkan verir. Ailədən gələn genetik bir problem də ola bilər. Bundan başqa, hərəkətsizlik və pəhriz böyrək daşının əmələ gəlməsində daha aktiv rol oynayır. Əsasən 30-50 yaş arası insanlarda görülən böyrək daşı riski, yetkinlik dövründəki uşaqlarda da nadir görülə bilər.

Böyrək Daşı Olan Şəxs Nə Etməlidir?

Bol maye qəbul edilməsi böyrək daşının əmələ gəlməsinə qarşı görülməsi vacib olan ilk tədbirdir.

böbrek-taşıKola,çay və qəhvə kimi içkilərə uzun müddətli bir ara verilməlidir.

Hərəkət etməyə əhəmiyyət verilməlidir.

Nizamlı bir şəkildə yürüşlərə çıxılmalıdır.

Məşq edilməlidir.

Duz istehlakına məhdudiyyət qoyulmalıdır.

Həmçinin birbaşa müalicə tələb olunursa tibbi müalicələri də mövcuddur.

Vücud xaricindən lazer və ya şok dalğaları ilə böyrək daşının qırılması mövcud müalicələr arasında yer alır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN