Böyrək Kistası

 In Böyrək - Cərrahi Əməliyyat

Böyrək Kistası Nədir?

Kista böyrəyin quruluşuğca içərisində maye olan müxtəlif böyüklükdə tək və ya çox sayda kisəciklər şəklində olması halıdır.
İki qrupa ayrılır
1-Bəsit kista (tək və ya bir neçə kista vardır)
2-Polikistik böyrək (sayıla bilməyəcək qədər kista vardır)

Bəsit Böyrək Kistası

Adətən böyrəyin yuxarı və ya aşağı hissəsində sonradan yaranmış bir neçə mm ilə 5-10 sm böyüklüyündə kistlardır.Bilinən səbəbi böyrəyin süzücü kanalının tutulması ilə sidiyin toplanması nəticəsində yaranır.

Əlamətləri

Ümumiyyətlə USG ilə diaqnoz edilir,çok büyümədiyi müddətcə əlamət göstərməz,büyüməyə bağlı olaraq qarın yada yan ağrısı yaranır.

Böyrək Kistası bobrek ksDiaqnozu

Ultrasaundla qəti diaqnoz qoyula bilən böyrək funksiyalarının qiymətləndirilməsi üçün dərmanlı böyrək filmi (İVP) çəkilə bilər,qonşuluq əlaqələrinin qiymətləndirilməsi üçün tomoqrafiya və MRİ çəkilə bilər.

Böyrək Kistası Müalicəsi

Kista klinik yoxlanışlar əsasında ortaya çıxarsa,iltihaba səbəb olduqda və 5 sm-dən daha böyük hal alarsa müalicə planlaşdırılır.
Kistanın iynə ilə boşaldılması halında səbəb ortadan qaldırılmadığı üçün təkrarlanır.Mütləq müalicə kistanın kapsulu ilə birlikdə çıxarılmasıdır.Əməliyyat qarının yan hissəsindən tətbiq edilən kəsik ilə keçirildiyi kimi laparaskopik deyilən 1 sm-lik dəliklər vasitəsilə kista bölgəsinə göndərilən kamera və alətlər yardımıylada aparılır.

Polikistik Böyrək (Sayılamayacaq qədər çox böyrək kistasının olması)bobrrek

Ailəvi bir xəstəlikdir,ana və ya atadan keçir və uşaqlara keçə bilər.Hər iki böyrəkdə kista olur.Kistların sayı və böyüklüklərinin artmasına paralel olaraq böyrəyin sağlam toxuması gedərək azalır.Ümumiyyətlə böyrək çatışmazlığı ilə bitir.

Polikistik Böyrək Xəstəliyi Əlamətləri

-Çəki itkisi
-Böyrəyə uyğun bölgədə ağrı
-Sidikdə qanaxma
-Hipertoniya
-Baş ağrısı

Polikistik Böyrək Xəstəliyi Müalicəsi

Dəqiq bir müalicəsi yoxdur inkişaf edən problemə görə müalicə planlanır,iltihab olduqda müalicə edilir,üre yüksəldiyi zaman pəhriz və lazım gələrsə dializ tətbiq edilir,ağır iş rejimi məhdudlaşdırılır. Tam müalicə üçün böyrək nəqli planlaşdırılır.

Recent Posts
Showing 2 comments
  • Hafiz

    Həkim salam mənim gardaşımin sol böyreyinde kista oldugun soylediler Həkimler 3×9 sm böyüklüyünde bakıya getmeyimi meslehet bildiler hec melumatim yoxdur bakıda malice ola bilerem ve giymeti əmaliyyatin negeder olar hazırlıklı gelim

    • Fuad Nəzərov

      Salam. Siz öncə müayinə yolu ilə böyrəkdə nə olduğunu təyin edin, sonra onun üçün göstəriş olan müalicə üsulunu həkim seçəcəkdir. Sağ olun.

Leave a Comment

Start typing and press Enter to search