Burun Çəpərinin Əyriliyi – Septal Deviasion

 In LOR

Çəpər Əyriliyi

Burunun iç bölməsində meydana gələn əyrilik, bir çox insanda olduğu üçün əgər xəstəyə narahatlıq vermirsə müalicə aparmaq lazımsızdır. Ancaq xəstə vəziyyətdən şikayətçidirsə problem düzəldilməlidir və bunun da yeganə yolu əməliyyatdır.

İki tip burun formalaşdırma əməliyyatı var: SeptoplastikaRhinoplastikadeviasyon

Rhinoplastika; xəstənin burun şəkli və konturu dəyişdirmək üçün tətbiq olunan bir estetik cərrahiyyə əməliyyatıdır.

Septoplastika, burunun, funksiyasını yerinə yetirməsinin maneə törədən problemləri düzəltmək üçün tətbiq edilir. Əməliyyat, sümük quruluşunun təkmilləşməsi ilə yanaşı kişilərdə 17-18, qadınlarda isə 15-16 yaşından sonra tətbiq olunur. Ancaq bəzi xüsusi vəziyyətlərdə daha erkən yaşlarda da müdaxilə edilə bilər.

Təxminən 20-40 dəqiqə davam edən əməliyyatda qığırdaq və sümük forması qüsurları düzəldilir. Düzəldilməyəcək hissələr isə çıxarılır, əgər çöldə düzəltmək olarsa təkrar burunda olduğu bölgəyə yerləşdirilir. Əməliyyat, həm fiziki, həm də psixoloji cəhətdən rahatlığın təmin olunması üçün ümumi anesteziya tətbiq edilir. Əməliyyatdan sonra iz qalmaz.

Septoplastika; Estetik burun cərrahiyyəsi (rinoplastika) və sinusit əməliyyatı ilə birlikdə keçirilə bilər. Əməliyyat sonunda xəstənin burnuna 48 saat ərzində qalacaq tamponlar qoyulur. Bu tamponla çıxarıldıqdan sonra xəstə gündəlik həyatına qayıdır.

Çəpər əyriliyinin əlamətləri və yaratdığı şikayətlər nələrdir?

Çəpər əyriliyi aşağıdakı şikayətlərə səbəb olur:

Ən çox rastlanan əlamət burun tıxanıqlığıdır.Nəfəs tıxanıqlığı gecələr daha çox hiss edilə bilər.
Xoruldama, tez yorulma, baş ağrısı, gəniz axıntısı, öskürək kimi şikayətlərlə xəstəni narahat edə bilər və xəstənin rahat nəfəs almasına mane olur.images (5)
Gecələri ağızdan nəfəs alma səbəbi ilə tənəffüs havasının rütubəti və temperaturu tənzimlənə bilməz və boğaz iltihabının ortaya çıxmasını asanlaşdırır.
Nəfəs ala bilməmək, boşluqların normal işləməsinə mane sinusitə; Yaratdığı gəniz axıntısı ilə də larengit və bronxitə yol aça bilər.

Burundan kifayət qədər nəfəs almamaq, xüsusən irəli yaşlarda oksigen alınmasını azaltdığı üçün ağciyər və ürək xəstəliklərinin yaranmasına, yaxud mövcud xəstəliyin sağalmasının çətinləşməsinə səbəb ola bilər.

Çəpər əyriliyi diaqnozu necə qoyulur?

Çəpər əyriliyi diaqnozu ,müayinədə əvvəlcə əlamətlərin nələr olduğunu müəyyənləşdiriləcək, sonra isə daha əvvəl burnunuza ziyan verəcək bir travma alıb almadığınız və ya bir burun əməliyyatı keçirib etmədiyiniz soruşulacaq.Daha sonra əyriliyin dərəcəsini ölçmək üçün həkiminiz tərəfindən burun müayinəsi aparılacaqdır. Daha ətraflı araşdırma üçün endoskopik müayinə və kompüterli tomoqrafiya tələb oluna bilər.

Recent Posts
Showing 4 comments
  • Ayten Haciyeva

    Salam hekim 15 yasim olanda burnumdan qan acilirdi qani kesmek olmurdu damar aciqligi var idi hekime gedib mualice aldim qan acilmadi 8 ildir aile heyati qurdugum yene burunumdan qan acilir kesmek olmur ele olur ki gunde 3 defe burnumdan qan acilir. Hekim bunun mualicesi varmi? xais edirem sualima cavab yazin

    • Fuad Nəzərov

      Salam. Sizin halınız o qədər də pis deyil. Sadəcə Siz LOR həkiminə müraciət edin və bu vəziyyət aradan qaldırılacaq. Sağ olun.

  • roman

    Salam bu emeliyatin qiymeti texminen neceye basa gelr. Yazilanlarin hamsi mende var,nefes almaqda brablem cekrem.

    • Fuad Nəzərov

      Salam. Siz müayinə olunmalısınız və sizin xəstəliyiniz haqqında həkim əməliyyata göstəriş görmüşsə deməli sizə əməliyyat təklif edə bilər. Sağ olun.

Leave a Comment

Start typing and press Enter to search