Xolesistektomiya əməliyyatı

 In Məsləhət, Öd Kisəsi- Xolesistektomiya - Cərrahi Əməliyyat

Öd Kisəsi

Ödün tərkibi öd turşularından əmələ gəlir. Ödün hazırlanması və depolanması qara ciyərin bir funksiyasıdır. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.Öd həzm prosesinin mühüm fermentlərindəndir. Öd kisəsi rezervuar (anbar) funksiyasını yerinə yetirir. Həzm zamanı həzmə lazım olan öd qara ciyərdən başqa öd kisəsindən də daxil olur.Öd kisəsində öd qida ilə bağlı olaraq yığılır.Öd kisəsində durğunluq yarandığı zaman orada daş və iltihab yaranmasına şərait yaranır.Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır.Öd kisəsiBundan əlavə öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Öd kisəsi çıxarılmış insanlar pəhriz saxlamalıdırlar əks halda həzm sisteminin funksiyası zəifləyəcəkdir və ağırlaşmalar baş verə bilər.böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki,xəstəliyin bu mərhələyə gəlib çıxmasını gözləmək lazım deyil. Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan qıssa müddət ərzində tamamilə normal həyat tərzinə qayıdır. Öd kisəsi olmadıqda öd yollarıöd kisəsi vəzifəsini hissəvi olaraq öz üzərinə götürür. Öd kisəsi xaric olunan insan daha tez-tez qida qəbul etməlidir ki, öd yollarında öd durğunluğu baş verməsin.Qida qəbulu porsion xarakteri daşımalıdır.

Pəhriz saxlayan insanların aşağıdakı qida məhsullarından istifadə etmələri məsləhətlidir.

– sıyıqlar (qarabaşaq, düyü, darı, yulaf yarmaları);

– yağsız ət, toyuq və balıq (xüsusən dəniz balığı);

– yağsız süd məhsulları (kəsmik, xama, yoqurtlar və s.);

– yumurta (yalnız ilıq şəkildə);

–  bitki yağları, kərə yağı (az miqdarda);

– tərəvəzlər (xüsusən kök, balqabaq, qarpız, yemiş), meyvələr (yalnız şirin meyvələr, turş meyvə və giləmeyvələr əks göstərişdir);

– desert kimi mürəbbə, zefir, marmelad (az miqdarda).

 

Recent Posts
Showing 4 comments
  • Vefa

    Onuda deyim ki 28 yasim var.2 ve 6 yaslarinda iki ovladim var

  • Vefa

    SALAM.MENIM ILK HAMILELIYIMIN DORDUNCU AYINDA AGZIMDA ACILIQ OLURDU.USM DEN KECDIM DEYILDIKJ ODUM DASIR.USAQ OLDU ACILIQ OLMADI. USAGIN UC YASI OLANDA IKINCI HAMILELIKDE BU PROSES YENE DE OLDU.BU DEFE USM DE MUAYINE OLUNDUM VE DEYILDIKI ODUMDE IKI PALIP VAR 2 VE 5 ML OLCUDE……INDI DE BEZEN SEHERLER BEZEN DE YEMEKDEN SONRA ACILIQ OLUR AGZIMDA.BILMEK ISTEYERDIMKI BU PALIPLER DASA CONE BILER.EVVELCEDEN COX SAG OLUN

    • Fuad Nəzərov

      Salam. Siz dediyiniz vəziyyət çox tez-tez görülən haldır. Sizə məsləhətim odur ki USM aparın və kliniki baxışdan sonra sizə uyğun müalicə taktikası seçilməlidir. Sağ olun

Leave a Comment

Start typing and press Enter to search