Cərrahın yaşı və təcrübəsi haqqında araşdırma

Müəllif
Bölmə Cərrahlıq

Araşdırma

Cərrahi əməliyyatın keyfiyyətinə təsir edən amillər hansılardır? Əslində, cərrah nə qədər çox əməliyyat etmişdirsə, təcrübəsi də o qədər  çox olmalıdır. Lakin, cərrahın performansının obyektiv nəticələrlə ölçüldüyü tədqiqatlar çox azdır. Lyon Universiteti və Harvard Medical School professorlarının araşdırmasına əsasən, cərrahın təcrübəsi və performansı arasındakı əlaqə əməliyyat sonrası komplikasiyalarla əlaqədardır.

AraşdırmaAraşdırma 1 Aprel 2008 və 31 Dekabr 2009-cu illər arasında 5 akademik tibbi mərkəzdə aparılmışdır. Bu müddət ərzində həmin mərkəzlərdə ildə ən az 500 tiroidektomiya əməliyyatı (zob) həyata keçirilmişdir. Rekkuren laringeal sinir iflici və hipoparatiroidizm araşdırılan əsas nəticələr olmaqla postoperative 48 saat və ondan sonra isə 6 ay müddətində komplikasiyalar dəyərləndirilmişdir.
Araşdırma müddətincə 3574 prosedura tamamlanmış və təcrübənin çoxluğu (il olaraq) və həyata keçirilən tiroidektomiya əməliyyatlarının sayı cərrahların yaşı ilə qarşılaşdırılmışdır. Təkvariasiyalı analiz nəticəsində aydın olmuşdur ki, hipoparatiroidizm , məzun olduqdan sonra ən qısa ya da ən uzun müddət keçirən cərrahlar üçün daha ümumidir. Çoxvariasiyalı analiz isə göstərmişdir ki, rekkuren laringeal sinir iflici və hipoparatiroidizm şansının artması ilə bağlı olan yeganə amil 19 ildən artıq olan təcrübə ilə bağlıdır.  Eyni zamanda, sinir iflici daha çox qadınlarla əlaqədar ikən, hipotiroidizm daha cavan pasientlər və tərcübəsiz cərrahlarla əlaqədardır.

Bu araşdırmalarla digər əməliyyatlar üçün də eyni nəticə əldə edilib edilməyəcəyi dəqiq deyil. Bu araşdırmaya orta səviyyədə təcrübəsi olan çox cərrah daxil deyildi. Cərrahların yaşları və təcrübələri arasındakı əlaqəyə bağlı olan digər amillər vardırmı? – Araşdırmaq lazımdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN