Daban Çatlarından Necə Qurtulmaq Olar?

 In Dəri Sağlamlığı, Məsləhət

b_400_280_16777215_0___images_stories_DERISUMUKSAC_dabandacatDaban Çatı

Ayaqlarda əmələ gələn çatlar istər sağlamlıq baxımından, istərsə də estetik baxımdan heç də xoş olmayan bir vəziyyətin yaranmasına səbəb olur. Bəzən çox çox quru və ağrılı da ola bilən daban çatlaması əsasən irəli yaşda olan insanlarda və gündəlik işlərinə görə daim ayaq üstə qalması lazım olan insanlarda görülür. Ancaq yaş və gündəlik iş görəmə amilləri ilə yanaşı, soyuq havalar və ya bəzi narahatçılıqlar da dabanlarda çatlar əmələ gəlməsinə səbəb olurlar. Əgər bu tip bir probleminiz varsa və bir an əvvəl xilas olmaq istəyirsinizsə aşağıda sizlər üçün hazırladığımız ev şəraitində tətbiq oluna biləcək müalicələrə bir göz atın.Bu prosesdən sonra müsbət nəticələri ən qısa zamanda əldə edəcəksiniz. Ancaq istifadədən əvvəl həkiminizlə məsləhətləşmənin faydası vardır.

Ev şəraitində çatlaq daban müalicəsində ehtiyacınız olan ləvazimatlar; Ləyən, ilıq su, vazelin, shea (Qərbi Afrikada yetişən və toxumundan yağ çıxarılan bir ağac) yağı, zeytun yağı və ya ağır nəmləndirici krem, süngər daşı, ayaq yiyəsi,hamam duzları və ya yumşaq ayaq təmizləyicisi,pambıq corab, dəsmal və limon suyu, yetişmiş banan və əzilmiş ananasdır. Əlbəttə, bu saydığımız materiallara yalnız bir daban kontekstində ehtiyacınız olmayacaq. Bu materiallar ilə fərqli ayaq müalicəsi və çatlaq daban müalicəsi edə bilərsiniz.

Ləyəni ilıq su və sabun ilə doldurun. Ayaqlarınızı sabunlu qarışığa salın və bu islatma prosesini minimum 20 dəqiqə edin. Bu zaman ayaqlarınızı süngər daşı ilə ovxalamayın. Daban çatlar yumşaldığı zaman ayaqlarınızı sudan çıxarın.

Yavaşca ayaqlarınızı ayaq təmizləyən və ya süngər daşıyla ovxalamağa başlayın. Ölü dəri qurtarana qədər ayaqlarınızı sürtməyə davam edin. Bu hərəkəti edərkən dərinizə xələl gətirməməyə diqqət göstərin. Ovxalama bitdikdən sonra bir dəsmal ilə ayaqlarınızı yaxşıca silin. Ancaq şəkər və ya göbələk xəstəliyiniz varsa bir ayaq və ayaq baxımı etmədən əvvəl mütləq həkiminizə məsləhətləşin. İstifadə etdiyiniz ayaq yiyəsini yaxşıca dezinfeksiya etməyi də laqeydlik etməyin.Yüksek-Topuk

Nəmləndirmə

Bütün bu proseslərin ardından nəmləndirmə prosesinə başlayın. Shea yağını, vazelini və ya zeytun yağını (nəmləndirici və yumşaldıcı olaraq hansını seçmişsinizsə) birbaşa olaraq ayaqlarınıza sürtün.Yatağa getməzdən əvvəl, hər gecə müxtəlif bir nəmləndirici istifadə edərək ayaqlarınızı rütubətləndirə bilərsiniz.Nəmləndirmədən sonra incə bir pambıq corab geyinməyi unutmayın.

Əgər nəmləndirmədən sonra ayağınızda qalıqlara rast gəlsəniz nə olar, yetişmiş banan və ya əzilmiş ananası limon suyu ilə birlikdə yaxşıca qarışdırın və ayağınıza ovxalayaraq tətbiq edin. Bu qarışığı 10 dəqiqə qədər ayağınızda saxlayın, ilıq suyla yaxaladıqdan sonra silib yenidən bir nəmləndirici ilə ayaqlarınızı yumşaldın. Ananas və banan quru cildlər üçün yaxşı bir təbii dərmandır.

Yuxarıda bəhs etdiklərimiz əsas olaraq dabanlarda toplanan ölü dərini yox etmək və quruyan dabanların çatlamasının qarşısını almaq üçün nəmləndirməyə yarayır. Əgər daban çatlaqlarınız hələ daha dərinləşməyibsə sadə bir nəmləndirici istifadə edərək də çatlamaların qarşısını ala bilərsiniz.

Recent Posts
Showing 2 comments

Leave a Comment

Start typing and press Enter to search