Dalağın Vəzifəsi

 In Dalaq Əməliyyatı - Cərrahi Əməliyyat

Dalağın Vəzifəsi Nədir?

Dalağın müxtəlif vəzifələri olmasına baxmayaraq, bu orqanın vücuddan xaric edilməsi həyata mənfi istiqamətdə təsir göstərməz. Belə ki, çox kövrək bir quruluşa sahib olan dalaq, qarın bölgəsinə gələn knut ya da təsiredici zərbələr nəticəsində cırıldığı zaman cərrahi olaraq tamamilə çıxarılır və insan orqanizmi sonradan yaradılan bu çatışmazlıqdan əziyyət çəkmir. Dalağın dörd mühüm vəzifəsi vardır. Bunlar qan hüceyrələrinin yaranması, faqositoz, qırmızı qan hüceyrəsi toplaması və immunitetə göstərdiyi təsirdir.

Hüceyrə istehsalı: Ana bətnindəki uşaq 4 aylığa gələndə dalağın qırmızı pulpasında granülosit hüceyrələrin, trombositlərin və qırmızı qan hüceyrəsinin yaranması, ağ pulpada da lenfositlərin yaranması başlayır. Nə var ki, doğumdan sonra dalaq yalnız lenfosit istehsalını davam etdirir. Qırmızı qan hüceyrəsi, trombositlər və granülositlər doğuşdan sonra sümük iliyində yaranırlar. Sümük iliyinin qan hüceyrələri istehsalı qeyri-kafi qaldıqda, yəni “Medultar hemo-poez” qeyri-kafi qaldıqda, dalaq ana bətnindəki uşaqda olduğu kimi qan hüceyrələrinin istehsalı vəzifəsini yerinə yetirəmsini öz üzərinə gğtürə bilər. Bu vəziyyətə “Sümük iliyi kənar qan istehsalı”, yəni “Qeyri-adi medullar hemopoez” deyilir.

dalaq

Dalaq

Fagositoz: Dalaqda limfositlərdən başqa, bol miqdarda da makrofaj hüceyrələr yerləşir. Makrofaj hüceyrələr dalağa gələn qanda olan qocalmış, pozulmuş qırmızı qan hüceyrələri və bir sıra balaca qan hüceyrələri qandakı bəzi maddələri udub həzm edirlər.Dalaqdakı makrofaj hüceyrələr, udmuş olduqları qırmızı qan hüceyrəsi quruluşundakı hemoqlobin maddəsini bilirubinə çevirirlər. Bilirubin daha sonra dalağın toplardamar sisteminə verilib qaraciyərə göndərilir. Qanda bilirubin müəyyən bir səviyyəndən çox olarsa “Sanlıq” inkişaf edir. Alyuvar toplama: Dalaq müəyyən bir miqdarda alyuvarı öz içində saxlayır. Trombositlərin də mühüm bir hissəsi dalaqda toplanır. Beləki, bəzi xəstəliklər nəticəsində böyümüş olan dalağın anbar həcmi də böyümüş olacağından, qan dövranında müstəqil halda olan trombositlərin və alyuvarların sayında bir azalma ola bilər.

İmmunitet cavabına töhfə: Orqanizmdə hər hansı bir mikrob infeksiya və ya bir başqa zərərli amilin olduğu hallarda orqanizm bu zərərli düşmənə qarşı bir müdafiəyə keçir. Bunun üçün də bədəndəki döyüşçü hüceyrələrin çoxaldılması yoluna gedilir. Dalaq belə bir həyəcan vəziyyətində lenfosit istehsalını çoxaldır, sürətləndirir, makrofajların istehsalını artırır. Bu halda, dalaq ağ pulpaların sayı və həcmdə böyüdükləri görülür. Buna paralel olaraq dalağın hamısında də bir böyümə müəyyənləşdirilir. Dalağın böyüməsinə “Splenomegali” deyilir. Mikrob xəstəliklərdə dalağın böyümüş olduğu görülə bilər.

Dalaq Xəstəliyinin Əlamətləri

Dalaq ömrü bitən alyuvarları parçalayır və onların hemoqlobin və digər maddələrini yenidən istifadə etmək üçün orqanizmə ekstradisiya edir. Dəmirin, zülalın və metabolizmasının bir hissəsi dalaqda olur. Dalaq anemiya və qan xərçəngində qan istehsal etməyə başlayır. Həmçinin immunitet (antikor) maddələri də istehsal edir.Xəstəliklərdə bol leykosit istehsal edərək orqanizmin qorunmasını təmin edir. Dalaq qan içindəki mikrobların çoxunu tutur və öldürür. Dalaq həm alyuvar (qırmızı qan hüceyrəsi) həm də akyuvar (leykosit) istehsal edir.

Qanazlığı, halsızlıq, həddən artıq tərləmə, qarında şişlik, tez yorğunluq, sol böyrün alt qabırğanın altında əl ilə sıxıldığında hiss edilən şişlik, dalaq böyüməsi, nəfəs kəsikliyi kimi zəifləmələr görülür.
Dalaq çox mühüm funksiya yerinə yetirməklə birlikdə normal həyatın davam etdirilməsi üçün əvəzolunmaz bir orqan deyil. Dalağın funksiyaları bu orqanın yoxluğunda limfa vəziləri, sümük iliyi, qaraciyərin hüceyrələri tərəfindən də yerinə yetirilir.

Recent Posts
Showing 24 comments
  • RAMILE

    SALAM HEKIM COX CARESIZIK QARDAsimda qanda trombosit azligi var hal hazirda herbi qospitalda mualice alir amma hec bir xeyri yoxdu hekimler deyir dalagin cixarsaq belke duzeler ,bu xesteliyin mualicesi varmi xais edirik komek edin hec bir yerinde problem yoxdu ne dalaqda ne de qaraciyerde sumuk iliyinden analiz goturubler xosxasselidi yeni hec bir orqanda problem yoxdu

  • Aynure

    Salam hekim menim oglumun 13 yawi var. O yixildi hekimler dalag zedelenib dediler ve emeliyyat elediler. Indi onun 1 aydi dalagi yoxdur. Bilmek isteyirem geleceyi ucun problem ola biler ve nelere pehriz etsin. Qabaqcadan minnettarligimi bildirirem

  • Anonim

    Dalag

  • Vasif

    Salam doktor, oğlumda (8 yaş) USM müayinəsi nəticəsində dalağında sadə kista aşkar edildi. USM həkimi dedi ki, boş bir şeydir. Bilmək istərdim, bunun nə kimi təhlükəsi var? Uşaq böyüdükcə kista da böyüyəcək yoxsa itəcək? Bunun üçün müalicəyə və ya əməliyyata ehtyac varmı?

    • Fuad Nəzərov

      Salam. Uşağın hər hansı daxili orqanında patoloji ocaq differensiyası olunmalıdır və uyğun müalicə forması seçilməlidir. Sağ olun

  • nezrin

    Salam.menim dalagimda kicik olcude kista var ne etmek lazim?

    • Fuad Nəzərov

      Salam. USM nəticələrindən və kliniki baxışdan sonra tam demək mümkündür. Sağ olun

  • Aynur

    Salam həkim. Mənim anamda trombosit azlığı var. Yəni trombosit demək olar 0 idi. İndi güclü dərmanlarla normalda 15-40 olmalıdırsa mamamda 8-ə qaldırılıb. Bu vəziyyətdə dalaqdan əməliyyat oluna bilərmi?

  • lƏMAN

    Dalaqda düyünlü adenoma nədir. O, təhlükəli ola bilərmi.

    • lƏMAN

      Anamın 65 yaşı var. Həmişə köpdən şikayətlənirdi. Bu gün Onun dalağında düyünlü adenoma aşkar olundu. Analizdə dedilər, xoşxassəlidir. 2 aydan sonra yenə yoxlanmalıdır, böyüməsi necə gedir. Sizcə ,bu qorxulu xəstəlikdir.

      • Fuad Nəzərov

        Salam. Sizə verilən məsləhət bir az korreksiya edilməlidir. Belə ki dalaqda yaranan şiş diaqnoz qoyulan andan etibarən əməliyyata göstəriş sayılır. Sağ olun

    • Fuad Nəzərov

      Salam. Sizə verilən məsləhət bir az korreksiya edilməlidir. Belə ki dalaqda yaranan şiş diaqnoz qoyulan andan etibarən əməliyyata göstəriş sayılır. Sağ olun

  • ayişe

    Salam doktor.qiz uşaqlarinda dalağin gòtürülmesi gelecekde onlarin ana olmasinda bir problem olmayacaq ki? zBilirsiz niye soruşuram axi ana betninde uşaq 4 ayliginda dalağin qirmizi pulpasinda trombositler . Ağ pulpasinda ağ qan hüceyreleri yaranir.Bes dalaq olmasa bu hüceyreleri hansi orqan yaradacaq ? Mene ele gelir ki Allah teala heç bir şeyi artiq yaratmayib . Çox sag olun ki sizi kimi insan hekimler var en azindan marağinda olduğumuz suallara sizin sayenizde cavab tapiriq, Allah sizden min kere razi olsun!

    • Fuad Nəzərov

      Salam. Splenektomiya edilən xəstəyə hamilə qalmaq əks göstəriş deyil. Həmin hamilə qadın həkim nəzarətində olmalıdır. Sağ olun

  • Aynur

    Salam!Doktor menim qizimin 9 yaşi var . Bir neçe gun once sol qabirganin aşaģi hissesinde limon boyukluyunde şiş gordum. Derhal Uzm ve cerrahlara muraciet etdim. Amma uzi _ lerin heç biri duzgun diaqnoz vermedi biri hemotoma .diger
    ise exnokok ve ya kista oldugunu dedi . Indi de emeliyyat deyibler men çox qorxuram . Sizce bu diaqnozlara esasen dalagin goturulmesi vacibdirmi?evvelceden teşekkur edirem

    • Fuad Nəzərov

      Salam. Sol qabırqa altında olan şiş ancaq dalağa aid deyil. Onu mütləq əməliyyatdan öncə dəqiqləşdirib müvafiq qərar vermək lazımdır. USM aparıldıqdan sonra, əgər lazım gələrsə KT, MRT ve s. yoxlamaları aparmaq olar. Sağ olun

  • Fuad Nəzərov

    Salam. Sol qabırqa altında Dalaq və Yoğun bağırsağın bir hissəsi yerləşir. Ancaq həmin yerdə ağrıların olmasınının səbəbini həkim təyin edir. Sağ olun

  • Aida

    Salam Həkim.mənim sol tərəfdə qabırğamın altında tez tez küt ağrılar olur.səbəbini və hansı orqanı olduğunu bilmək istərdim.əvvəlcədən Təşəkkür edirəm.

  • Fuad Nəzərov

    Salam. Siz bizim klinikaya əlinizdə olan bütün yoxlamaların nəticəsi ilə müraciət edin sizə çalışıb köməklik edərik. Sağ olun

  • İsmayılova Terane

    Salam hekim.Mənim dalağım ölçüsündən 2 dəfədən biraz çox böyüyüb və bunu təsadüfən 8 il bundan qabaq USMə düşəndə bilmişəm.sonra müayinə üçün qanköçürmə inistutunda olmuşam.Diaqnoz naməlum sindrom,anemiya və reyno xəstəlikləri var.İndi dalağımı çıxartdırmaq istəyirəm,lakin heçbir cərrah yaxın durmur.Hamısı deyir ki,qanköçürmədən icazə kağızı gətirməlisən.Qanköçürmədə də kağız vermirlər.mən nə etməliyəm? özüm də Gəncədə yaşayıram.xahiş edirəm mənə cavab yazın.öncədən təşəkkürlər

Leave a Comment

Start typing and press Enter to search