Dermoid kista- Qıl dönməsi

 In Dermoid Kista - Cərrahi Əməliyyat

Qıl dönməsi nədir? 

Xalq arasında qıl (tük) dönməsi olaraq adlandırılan pilonidal sinus ümumiyyətlə quyruq hissəsində görülən bir və ya bir neçə ədəd dəridə açılmış dəlik , iltihab , şişlik və ya Apse şəklində özünü göstərən bir xəstəlikdir. Son illərdə tez-tez görülən bu narahatlıq insanların həyat keyfiyyətini pozması , müalicəyə baxmayaraq təkrarlanma  ehtimalı olması səbəbi ilə xəstələrin qorxulu yuxusu halına gəlməkdədir.

Pilonidal sinus büzdüm bölgəsi xaricində qasıq bölgəsində , qoltuq altlarında və göbəkdə də görülə bilər. Ən çox olaraq 16 – 40 yaş insanlar arasında rast gəlinilir. Kişilərdə daha çox olan bir xəstəlikdir.

Xəstəliyin səbəbi iki omba arasında qalan intergluteal sulkus deyilən çuxur (novça) şəklindəki bölgəyə kürək və başdan tökülən tüklərin , bu büzməli bölgədə sürtünmə nəticəsində çuxurun (novun) ən dibindəki tər vəzi dəliklərində sanki bir sap kimi dönərək dəri altı bölgəyə girməsi , bu bölgədə ağac kökü kimi labirintlər meydana gətirməsidir. Bu dəliklərdən içəriyə girən bakteriyalar burada iltahap, irinli və ya qanlı , murdar qoxulu axıntılar meydana gətirir. Əgər üstdəki dəlik tutularsa iltahab çölə axmaz və apse meydana gələr.

Pilonidal sinus simptomları nələrdir?

Quyruq hissəsindəki qıl dönməsi ümumiyyətlə infeksiya olana qədər özünü çox bildirməz. Bu xəstələrdə quyruq hissəsində ağrılı şişlik , otura bilməmək , yeriyə bilməmək kimi şikayətlərlə həkimə gedən bir gənc yeniyetmələrdə , burada apse müəyyən olunması və bu apsenin açılaraq xaric (drained) edilməsi ilə başlayır. Apsenin xaric (drained) edilməsi təcili müalicə tələb edən hallarda tətbiq edilir. Əgər xəstə əməliyyat olmaz isə bu bölgədə zaman zaman axıntı olması xaricində şikayət olmadan bir müddət həyatını davam etdirə bilər.

Ancaq bir neçə həftə və ya ay sonra yenə eyni hal təkrarlanacaq. Hər apse təkrarında isə ağac kökü şəklindəki sinuslar daha irəliyə gedərək xəstəlik daha da inkişaf edəcək.

Müayinə zamanı bu bölgədə dəlik açıqlığı iynə ucundan kibrit çöpü diametrinə qədər dəyişə bilər.Bir və ya bir neçə dəlik müəyyən oluna bilər , bu dəliklərdən açıq rəng axıntı , iltahab , zaman zaman qıl gəldiyi görülə bilər. Yenə bu bölgədə qızartı , şişlik , ağrı daha çox rastlanan şikayətlərdəndir.

Pilonidal sinus necə müalicə edilər?

Pilonidal apsenin müalicəsi: Qıl dönməsi apsesi təcili müalicə tələb edən bir vəziyyətdir . Çünki xəstə ağrılıdır , oturmaqda və yeriməkdə çətinlik çəkməkdədir. Apse müalicəsi ümumiyyətlə əgər apse çox böyük deyil isə lokal anesteziya ilə həyata keçirilir. Apse,anesteziya tətbiq olunduqdan sonra inyeksiya ilə boşaldılır, içi təmizlənib yuyulur , antibiotikli pomadlarla bağlanır. Tez-tez təkrarlanan pansumanlarla infeksiya keçirilir. Bu əsnada apse ətrafındakı ətlərin da təraş edilməsi,təmizlənməsi lazımlıdır.

Pilonidal sinus müalicəsiTük dönməsi sinus traktuslarına yəni dəri altında olan ağac kökü şəklində yerləşmiş ət yuvalarına istiqamətli olaraq həyata keçirilir. Bu məqsədlə fenol inyeksiyası , sinus traktusunun kəsilib açıq buraxılması , qismən çıxarma , total çıxarma və primer bağlama və ya açıq buraxma (marsupializasiya) , dəyişik flap çevirmə deyilən toxuma sürüşdürmə üsulları tətbiq olunmaqdadır.

Bədənin digər bölgələrində görülən qıl dönmələri büzdüm qədər olmasa da xəstələri narahat edir. Xüsusilə qadınlarda qasıq və pərinə bölgəsində görülən kiçik apse şəklində özünü göstərən və bir cür yaxşılaşmayan mərkəzlər meydana gələ bilər. Bu halların çox böyümədən müalicə edilməsi irəlidəki daha böyük problem və əməliyyatların qarşısını alacaqdır .

Göbək bölgəsində olan qıl dönməsi özünü ümumiyyətlə axıntı və pis qoxu ilə müəyyən edir. Bu bölgədəki iltihabı və sinusların da daha çox inkişaf etmədən müalicə edilməsi lazımdır.

Qıl dönməsi ən yaxşı aparılmış bir əməliyyatdan sonra belə təkrarlanma ehtimalı olan bir xəstəlikdir. Busəbəblə xəstələrin əməliyyatdan əvvəl yaxşı qiymətləndirilməsi , uyğun əməliyyatın seçilərək , titizliklə edilməsi qədər , əməliyyatdan sonra xəstənin həkiminin məsləhətlərinə daha ciddi yanaşması da əhəmiyyətlidir.

Əməliyyatdan sonra erkən dövrədə yaranın yaxşı qorunub baxılması , uzun dövrdə isə o bölgənin gigiyenasına diqqət edilməsi lazımlıdır. Əməliyyatdan sonrakı dövrdə ən az iki il müddət ilə o bölgə təraş edilməli və ya tük tökücü dərmanlarla təmizlənməlidir.

Recent Posts
Showing 61 comments
  • yasin

    Salam doktor. Mende quyruq eyilmesi(ye’ni buzdum eyilmesi) var ,,,bunu 7 ay bundan once bilmiwem,uzerinden 7 ay kecor hele de hecne etmemishem..

    Sizde buzdumun eyilmesini duzeldirler?

    Agrili olur?
    Qiymetini de yazardiniz bir zehmet..

    Onceden tesekkurler.

  • Ramiz

    Salam,Sizin klinikada polinidal sinus emeliyyati neceye bawa gelir?

  • Kamall

    Salam.mende belimde ashagi nahiyede deri alti balaca shish vardi.shish itdi ve deshik achldi iltihab axdi.hekime getdim qil donmesi deyil,sadece deri altinda el ichi qeder kista oldugunu dedi.emeliyyat olunmalisan dedi.bu emeliyyat ciddi birsheydimi,nece edilir emeliyyat narkoz yoxsa iyneyle nahiyeni keyitme?meni bilgilendirerdiz bu barede zehmet olmasSalam.mende belimde ashagi nahiyede deri alti balaca shish vardi.shish itdi ve deshik achldi iltihab axdi.hekime getdim qil donmesi deyil,sadece deri altinda el ichi qeder kista oldugunu dedi.emeliyyat olunmalisan dedi.bu emeliyyat ciddi birsheydimi,nece edilir emeliyyat narkoz yoxsa iyneyle nahiyeni keyitme?meni bilgilendirerdiz bu barede zehmet olmasa.

    • Fuad Nəzərov

      Salam, Siz dediyiniz Pilonidal Sinus və ya Dermoid Kist düzgün xəstəyə və xəstəliyə uyğun aparılsa problem yaranmayacaq.Günümüzdə bu xəstəlik barədə uğurlu əməliyyat növü çoxdur.Sağ olun

  • Rahman

    cox sagolun

  • Rahman

    salam doktor.bilmek isteyerdim emeliyyat neceye bawa gelir ve nece gunden sonra ayaga qalxmaq olar derse getmek olar,sag olun

  • elnaz

    Tewekkur.doktor.amma mene mualice yazilmayibNe etmek olar?

  • elnaz

    Salam.doktor.men dermoid kistadan 6aydi emeliyyat olunmusam.demek olarki sagalib amma az az cirk gelir.azca dewik qalib.bunnun bir problemi olmaz?

  • Sevda

    Salam kista xesteliyi nedir?

  • hemide

    Gobek icinden iyli iltihab gelirse bu qil donmesi ola bilermi? Gobek etrafi deil icinden gelir sari rengli iltihab ve qawinma verir. Bu ondan ola bilermi?

    • Fuad Nəzərov

      Siz dediyiniz xəstəlik İrinli Omfalitdir. Bəli, bəzi zamanlarda daxilində tük koması ola bilər. Sağ olun

  • Kamran

    emliyatdan 13 gun kecib emeliyat olunan yirtigdan iyli iltihab gelir

    • Fuad Nəzərov

      Salam.Əməliyyat yarasından iyli ifrazatın gəlməsi iltahab əlaməti kimi qiymətləndirilir. Sağ olun

  • Anonim

    hekim men noyabrin 1 inbuzdum sumuyunden emeliyyat olundum yara baglanmiwdi indi ise yuxaridan tuk olmayan yerden wiwdi levamikol qoyduq dewik acildi qan geldi cirk gelmedi ancaq qan bu ne ola biler indi ise hekim deyirki gel hemin yeri qawiyaq belke sap qalib bu olarmi xahiw edirem cavab yazin

  • Anonim

    salam

  • Selcuq

    Salam.Menim qoltuq altımda ve canaq bölgemde bir neçedene şiş var.şiş yeni emele gelende eziyyet verir deşikenden sonra rahatlayıram.Bir defe ünelyat oldum quyruq saxumundan amma qıl dönmesi çıxmadı.Bu ne xesteliyi ola biler.Çox hekimde olmuşam heç biri ekac ede bilmiyib.

  • Anonim

    Salam hekım mende buzdum bolgede agrı var.Cırk,sıskınlık yoxdur.Ancaq oturanda agrı verır.1-2 heftedırkı bu hal mende meydana gelıb.Özümde hamileyem.Sızce bu ne ola bıler?

    • Fuad Nəzərov

      Salam.Hamilələrdə büzdüm nahiyəyə ağırlıq düşdükcə ağrılar baş verə bilər. Sağ olun

  • Fuad Nəzərov

    salam.

  • Lale

    Salam, doktor. Bu yazilan buzdum sumuyunun kistasi olan yerde mende wiwkinlik var. Ama ne agri, ne de cirk yoxdu. Bu da dermoid kista ola biler? Ola biler dermoid kista olsun ama hec bir simptomu olmasin? Ya kista yox bawga ne ola biler? Cox narahatam cavab verseniz sevinerem. Cox sag olun

    • Fuad Nəzərov

      Salam. Siz narahat olmayın.Ola bilər ki Dermoid kist (Pilonidal Sinus) olsun ancaq sizi narahat etməsin yəni iltahablaşmasın. Sağ olun

    • Fuad Nəzərov

      Salam. Dermoid kist (Pilonidal sinus) ola bilər. Ancaq iltahablaşmamış forması. USM apara bilsəniz narahatçılıq aradan götürülə bilər. Sağ olun

  • AYGUN

    DOKTOR, MUMKUNSE TELEFONUNUZU VE YAXUD
    SIZINLE NECE ELAQE SAXLAMAQ OLARSA YAZIN.

  • Günay

    Salam hekim.Mende büzdüm hissede sol terefde balaca bir şey var…Herden qaşinti verir…Bir neçe defe qopartmişam.yeniden emele gelib…O dermoid kista ola bilermi?Yoldaşimda da dermoid kista xesteliyi var….Ona göre çox narahatam..Bu xestelik keçici ola bilermi?

    • Fuad Nəzərov

      Salam. Dermoid kist (Pilonidal Sinus) yoluxucu xəstəliklərdən deyil. Siz dediyiniz vəziyyəti qiymətləndirmək üçün siz kliniki baxışdan keçməlisiniz. Sağ olun

  • Fuad Nəzərov

    Salam. Siz dediyiniz vəziyyət Dermoid kist (Kıl dönməsi, Pilonidal sinus) xəstəliyidir. Siz müayinə edildikdən sonra böyük ehtimalla əməliyyat olunmalısınız. Onun üçün bir neçə üsul mövcuddur. Onlardan hansı sizə uyğundursa həmin üsulla əməliyyat aparılmalıdır. Sağ olun

  • PERI

    Salam doktor size sualim var. Menim oturacaq hissede orta xett var e onun sol terefinde ezelede wiw var biri deyir cibandir, biri deyir dermoid kistadir, biri deyir kor cibandir bilmirem deqiq, 12 gundur ki mene eziyyet verir-viwnevski cekdim qipqirmizi idi, sonra tundlewdi sonra mazi cekdikden sonra ucu cixdi 3gun az-az cirk axdi cox pis iy gelirdi cirkden,bugun cirk qurtardi ancaq ki, sis oldugu kimi qalib, duzdur agrilarim da gedib ancaq wiw qalib ve cox narahatam xahis edirem mene bir soz deyerdiz doktor

  • Murad

    Salam hekim.Siz hansi klinikada çalişirsiniz?

    • Fuad Nəzərov

      Salam. Mən İnternational Medical Centre-1 klinikasında çalışıram(H. Əliyev sarayının arxası). Sağ olun

  • Ell

    Demeli sizde bascom yeni mıkro sınussektomu metodu olur . Sizce bu uğurlu ameliyyatdımı? Sağolun

  • Ell

    Salam. Mende kuyruk sokumunda qıl dönmesi deyibler .Sİzde mikrosinussektomu ve yaxudda fenol heyata keçirilirmi?Sİzce mikro sinussektomu uğurlu ameliyyatdımı? Bildirmek istiyiremki qan axma ve iltihab yoxdu.1nöqtedi balaca. Sağolun

    • Fuad Nəzərov

      Salam. Hər hansı yenilik müasir cərrahiyyədə olursa bizim klinikada həmin metod istifadəyə başlayır. Sağ olun.

  • ceyhun

    Salam hekim men dermoid kisdadan 2 emeliyyat kecirmişem amma hekim deyirki bu anadan gelmedi bu ne qeder dogrudu ve hekim qarant vrrmir deyir yenede emele gele biler

    • Fuad Nəzərov

      Salam. Dermoid kist (Pilonidal sinus) tez tez residiv verən xəstəliklərə aiddir. Ancaq elm inkişaf edir,ona görə də bu gün yeni metodikalar mövcuddur ki residivin faizini çox çox aşağı salır. Demək olar ki əməliyyat bir dəfə ilə yekunlaşır. Sağ olun.

  • Anonim

    Menim yoldasimdada coxdandi buxesteluk .eger mualice olunmasa hansi xesteliye yolacar? Birde ne hekimine getmelidi?saqolun

    • Fuad Nəzərov

      Salam. Müraciət etməyinizin əsası var.Həkim olaraq isə Cərraha və ya Uroloqa müraciət etməyinizdə fayda var. Ən əsası normal həkim və özünüzün etibar etdiyi mütəxəssis olsun. Sağ olun.

  • elnar

    Salam.doktur mende 10 ildir ki buzdum hissede bu xestelik var,mualice etmemiwem indiye kimi..bel aqrilari olur.oturub dura bilmirem..bu qeder vaxt erzinse mualice etmemeyim hansi fesadlarla neticelene biler?

    • Fuad Nəzərov

      Salam. 10 il davam edən xəstəlik 10 il bundan qabaq müalicə olunmalıydı. Bu gün yenə də sizin həkimə müraciət etməyə şansınız vardır.Sağ olun.

  • Murad

    Hansi hekim?

  • Qurban

    büzdüm kista əməliyyatı olduqdan sonra əməliyyatın ləkəsi qalır ?

    • Fuad Nəzərov

      Salam. Dermoid kist əməliyatından sonra (Pilonidal sinus) xətt çapıq izi qalır. Ancaq mikrosinusektomy əməliyyatından gözə çarpan dərəcədə az çapıq izi qalır. Ancaq bu xəstə üçün çox da önəmli sayılmır. Sağ olun.

  • Arif

    Salam. Tük dönməsi əməliyyatı zamanı kəsik ölçüsü nəqədər olur. Mikro sinusektomi üsulu sizdə mövcuddurmu?

    • Fuad Nəzərov

      Plonidal sinus necə müalicə edilir?
      Plonidal apsenin müalicəsi: Tük dönməsi apsesi təcili müalicə tələb edən bir vəziyyətdir . Çünki xəstə ağrılıdır , oturmaqda və yeriməkdə çətinlik çəkməkdədir. Apse müalicəsi ümumiyyətlə apse çox böyük deyil isə yerli anesteziya ilə həyata keçirilir. Apse , anesteziya tətbiq olunduqdan sonra insiziya ilə boşaldılır, içi təmizlənib yuyulur , antibiotikli pomadlarla bağlanır. Tez-tez təkrarlanan pansumanlarla infeksiya keçirilir. Bu əsnada apse ətrafındakı ətlərin da təraş edilməsi lazımdır.

      Plonidal sinus müalicəsi isə təcili müalicədən sonra sinus traktuslarına yeni dəri altında iştirak edən ağac kökü şəklində yerləşmiş ət yuvalarına istiqamətli olaraq həyata keçirilir. Bu məqsədlə fenol enjeksiyonu , sinus traktusunun kəsilib açıq buraxılması , qismən çıxarma , total çıxarma və primer bağlama və ya açıq buraxma ( marsupializasiya ) , fərqli flap çevirmə deyilən toxuma sürüşdürmə üsulları tətbiq olunmaqdadır.

  • Elvin

    salam , men 17.07.2014 tarixinde buzdumun dermoid sist’inden emeliyyat olmusam , lakin helede aqrilar var ve qan , cirk gelmeye davam edir , yeniden emeliyyat olmaliyam ?

    • Fuad Nəzərov

      Salam.Siz Pilonidal Sinus (Dermoid kist) əməliyyatı keçirmisiniz. Lakin əməliyyatın nəticəsi tam uğurlu deyil (Residiv olduğu güman edilir). Sizin fikiriniz düzgündür. Sağ olun.

  • Ayten

    salam.mene matkamda dermoid kista deyibler. bu dogrudur?

    • Anonim

      Yox

      • Fuad Nəzərov

        Salam. Əgər uzun müddət Pilonidal Sinus yəni Dermoid Kistindən sonra irinli ifrazat davam edirsə çox güman ki residiv baş vermişdir. Ona görə kliniki baxışdan keçməyiniz (check up) məsləhətlidir.Sağ olun.

Leave a Comment

Start typing and press Enter to search